MƏMURLARIN DƏRMAN BİZNESİNİN MÜDHİŞ GİZLİNLƏRİ
Tarix: 8-10-2013, 16:27 | Çap et
Heç, kim dana bilməz ki, Azərbaycana daxil olan dərmanların böyük əksəriyyətinin keyfiyyət parametrləri xeyli aşağıdır. Elə bu səbəbdən də həmin dərmanlar heç bir dərdə dava olmur. Xəstəlik üzündən apteklərə üz tutan xəstələr dərman alıb, bir müddət qəbul etsələr də, heç bir faydasını görmürlər. Halbuki, qabaqlar dərman preparatlarının bir neçəsindən istifadə edəndən sonra hər hansı xəstənin səhhətində yaxşılığa doğru irəliləyiş hiss olunurdu. İndi bəzən hər hansı dərmandan 10-nu qəbul etsən belə, yaxud da 10 iynə vurdursan, bunun xeyrini görə bilmirsən. Hiss edirsən ki, xəstəliyin tam sağalmayıb və onun fəsadları hələ də qalır.
Keyfiyyətsiz dərmanların ölkəyə gizli yolla yox, elə aşkar şəkildə daxil olduğu bildirilir. Məlumata görə, xaricdən ölkəyə dərman preparatları sifariş edən bəzi firmalar istehsalçı şirkətlə anlaşaraq, bir flakon dərmanın tərkibində olan vacib elementi bir neçə flakona qatmaqla dərmanın təsir keyfiyyətini “öldürür”. Xəstəliyin sağalması üçün gərəkli olan maddənin dozası azaldıqca keyfiyyət də aşağı düşür. Belə olan halda qəbul edilən dərman da öz effektivliyini itirir. Keyfiyyətsiz dərmanlarla bağlı bir çoxları həyəcan təbili çalır. Ötən saylarımızda da xəbər verdiyimiz kimi, son vaxtlar Səhiyyə Nazirliyi ölkə apteklərində keyfiyyətsiz dərmanların satılması ilə bağlı yoxlamalar aparıb. Nazirliyin Dərman vasitələrinin analitik ekspertizasi mərkəzinin dərmanların keyfiyyətinə nəzarət şöbəsi 2013-cü ilin birinci rübü ərzində əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədilə reydlər keçirib. Bu reydlərdə ümumilikdə 68 aptekdə yoxlama aparılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan bir aptek aşkarlanıb. Həmin aptekin fəaliyyəti dayandırılıb. Keçirilən reydlər nəticəsində yararlılıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib. Faktlardan göründüyü kimi, bir neçə reyddə respublika ərazisində fəaliyyət göstərən apteklərdə bu qədər nöqsanlar üzə çıxıb. Hesablamalara görə, dünyada saxta dərman dövriyyəsi 20-60 faizdir. Bu rəqəm digər ölkələrə baxanda Azərbaycanda faciəvi həddə olmasa da, 30 faizdir. Təbii ki, bu faiz az deyil və düşünməyinə dəyər. Əgər əvvəllər dərmanlar ölkəmizə müxtəlif firmalar tərəfindən gətirilirdisə, indi bu, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bəzi ekspertlər, məsələn, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dünyada saxta dərmanları ifşa etmək mexanizmi yoxdur: “Gömrükdən minlərlə konteyner dərman keçirilir. Saxta dərman istehsalçısı bu dərmanların tərkibinə minlərlə komponentdən birini vurmur və məhz həmin qutuda olan dərmanların konteynerin hansı tərəfinə qoyulduğu bilinmir. Beləliklə, keyfiyyətli dərmanla birgə ölkəyə keyfiyyətsiz məhsullar də daxil olur”. Bəzi mütəxəssislər bu sahədə ciddi iş aparlmasına rəğmən, saxta dərmanları aşkarlamağın o qədər də asan məsələ olmadığı qənaətindədir. Hətta dünyaya dərman xammalının böyük hissəsini verən Hindistanda belə saxta dərmanlar var. Araşdırmalara görə, ölkəmizə dərman vasitələri daha çox məhz Hindistandan idxal olunur. Saxta dərmanların ikinci dəfə saxtalaşdırılması isə artıq Azərbaycanın özündə baş verir. İkinci dəfə dərmanın tərkibində olan təsiredici maddələrin azalması isə sonradan heç bir effekt vermir. Eyyub Hüseynov və digər bir çox ekspertlərin qənaətincə, saxta dərmanların Azərbaycan bazarında yayılmasının əsas səbəbkarları yerli biznes qurumlarıdır. Belə ki, biznesmenlərin dərman gətirdikləri ölkələrdə məhsulların orijinal variantları da var. Amma daha çox pul qazanmaq üçün saxta dərmanları ucuz alıb baha qiymətə Azərbaycan istehlakçısına satırlar. Həkimlər də biznes qurumlarının təsiri altındadır. Yəni onlar belə dərmanların vətəndaşlara sırınmasında vasitəçi kimi çıxış edirlər. Keyfiyyətsiz dərman satanların digərlərindən bir fərqi də ondadır ki, onları satan şəxsə satış müqabilində daha çox “haqq” verirlər. Bu isə asan gəlir əldə etmək istəyənləri şirnikləndirir. Bəzi mütəxəssislər istisna etmirlər ki, saxta dərman biznesində payı olan sahibkarların arxasında hansısa məmurlar dayanırlar. Onlar belə sahibkarları ya birbaşa, ya da dolayı yollarla himayə edirlər. Əks halda dərman işbazlarının bu qədər asanlıqla və rahatlıqla at oynatması qeyri-real görünür. Proseslərin hazırki gedişi isə onu deməyə əsas verir ki, bu cür məmurları yaxın gələcəkdə yaxşı heç nə gözləmir. Saxta dərman biznesinə qarşı aidiyyatı hökumət strukturları ilə mətbuatın, müstəqil ekspertlərin həmrəy mübarizəsi tezliklə onları öz haram qazanclarından məhrum edə bilər.Mövzuya qayıdacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|