"”Azəriqaz"da toplaşmış dələduzlar..." - QHT sədrindən SƏRT MÖVQE
Tarix: 9-08-2019, 12:49 | Çap et
Son vaxtlar qaz təchizatında fasilələrin sayı çoxalıb. Sosial şəbəkələrdəki müzakirələrdən aydın olur ki, müxtəlif yaşayış məntəqələrində qaz təchizatı demək olar ki, hər həftə bir günlüyə dayandırılır. Bu, səhər saat 9.00 radələrindən axşam saat 18.00-dək davan edir. Təchizat bərpa olunanda isə ilk 15-20 dəqiqə ərzində borulardan təbii qaz deyil, adi hava gəlir. Və qazdan dəfələrlə yüksək təzyiqlə gələn hava sayğacların daha sürətli işləməsinə və istehlakın artmasına səbəb olur.
Onu da qeyd edək ki, vətəndaşların qaz təchizatındakı kəsintilərin say çoxluğu və boruya hava vurulması ilə bağlı narazılıqları illərdir davam edir.
Niyə Azərbaycanın qaz təsərrüfatında təmir-bərpa işləri bu qədər çox həyata keçirilir? Onların sayını azaltmaq, bu işlər görülərkən qaz təchizatını alternativ xətdən təmin etmək mümkündürmü? Nəhayət, kəsintidən sonra borulara vurulan havanın miqdarını azaltmaq, yaxud əhaliyə dəyən zərəri qarşılamaq olarmı?
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyir ki, payız-qış mövsümü ərəfəsində qaz təchizatı şəbəkəsində təmir-sazlama işlərinin aparılması zəruridir: “Əks halda, biz payız-qış mövsümündə əhaliyə keyfiyyətli xidmət təqdim edə bilmərik. Digər tərəfdən, bir çox hallarda təmir-bərpa işləri ”Azəriqaz"ın balansında olmayan magistral xətlərdə aparılır. Məsələn, bugünkü (dünənki -red.) təmir qaz ixrac idarəsinin balansında olan magistral kəmərdə aparılır".
Ceyhun Səfərov: “Payız-qış mövsümünə hazırlaşırıq” Təmirin uzunmüddətli olmasını isə C.Səfərov işin xüsusiyyəti ilə izah edir: “Yerüstü kəmərlərdə işi qısa müddətə başa çatdırmaq mümkündür. Amma yeraltı kəmərlərdə bu, mümkün deyil, işin həcmi imkan vermir”.
Təmirdən sonra borulara hava vurulmasına gəlincə, xidmət rəhbəri bu prosesin də mövcud normativlər çərçivəsində həyata keçirildiyini bildirdi.
Uzun illər Bakının qaz təsərrüfatında rəhbər vəzifələr tutmuş mütəxəssis Nüsrət Qasımov isə hesab edir ki, on min kilometrlərlə uzunluqda olan qaz təchizatı sistemində təmirin tez-tez aparılması normal haldır: “Bunların hamısı yerüstü və yeraltı kəmərlərdir. Bakının torpağı aşındırıcı xüsusiyyətə malikdir, borular tez korroziyaya uğrayır. Eyni zamanda borular korroziyanı sürətləndirən su, elektrik xətləri ilə eyni ərazidən keçir. Bütün bunlar borularda korroziya nəticəsində sızmalara səbəb olur. Bu isə qazın kanalizasiya, kabel quyuları vasitəsilə gedib evlərin altına yığılması və böyük faciələrə səbəb ola bilər. Digər tərəfdən, Bakıda çoxsaylı böyük binalar tikilir. Bir binanın qaz təchizatı şəbəkəsinə qoşulması böyük vaxt tələb edir. Eyni zamanda bəzən bir binanı qoşmaq üçün bütöv bir qəsəbəyə gedən kəmərdə təchizatı dayandırmaq lazım gəlir”.
Nüsrət Qasımov: “Təmir işləri zəruridir” N.Qasımov deyir ki, təmirdən sonra boruya hava vurulması mütləqdir: “Borular təmirdən sonra 2-3 dəfə artıq təzyiqli hava ilə yoxlanmalıdır. Təzyiqə davamlılığı, həm də sızmanın olub-olmadığı yoxlanır. Bunsuz mümkün deyil. Bu hava sayğacda elə də böyük pul yazmır. Uzağı, 0,57 kubmetr yazır ki, bu da 5-6 qəpik edir. Camaat buna danışır, amma 2200 kubmetrdən sonra 20 qəpik hesablanmasından danışmır. Həyət evlərində yaşayanlar üçün 2200 kubmetr cəmi 2 aylıq qaz deməkdir”.
Mütəxəssisin sözlərinə görə, qaz təchizatı şəbəkəsi elə qurulub ki, təmir gedən əraziləri alternativ xəttlə təchiz etmək mümkün deyil.
Mirvari Qəhrəmanlı: “Təmir adıyla itkiləri əhalinin canından çıxardırlar” Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Mirvari Qəhrəmanlının “Yeni Müsavat”a dediyinə görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən son illərdə qaz itkilərinin ört-basdır edilməsi üçün təmir-bərpa işləri bəhanə olunaraq, hər gün müxtəlif ərazilərdə qaz təchizatında fasilələrə yol verilir: “Elə bir gün olmur ki, hansısa rayonda, ərazidə qaz kəsilməsin. İnsanlar aktiv olub, təmirin, bərpanın harada olduğunu şəxsən müşahidə etmək istəsələr, görəcəklər ki, əslində heç yerdə təmir-filan getmir. Mən 5 ildir Şərqi Avropaya gedib-gəlirəm, həftələrlə orada qalıram. Çexiyada indiyədək bir dəfə də olsun təmir adıyla 10-12 saat qaz kəsildiyini görməmişəm. Qazı kəsəndə də hər bir binaya ayrıca xəbərdarlıq vurulur və bu kəsinti 2-3 saatdan artıq çəkmir”.
M.Qəhrəmanlı bildirir ki, həqiqətən də sızmanı yoxlamaq üçün qaz borusuna əvvəlcə hava vurulmalıdır: “Amma təmir olubmu? Kim gedib yerində təmir gedən əraziyə baxıb? Biz özümüz də Bakıda yaşayırıq da, öz ərazimizdə qaz borularında təmir aparıldığını ildə neçə dəfə görürük? Mən UPD-də yaşayıram, neçə illərdir öz ərazimizdə qaz işçilərinin hansısa təmir apardığını görməmişəm. Su işçilərini, elektrik işçilərini görmüşəm, amma ”Azəriqaz" işçilərini yox. Digər tərəfdən, bu nə təmirdir ki, istisnasız olaraq 10-12 saat çəkir? Bunun yüngülü, ağırı olmur - elə mütləq bütöv gün ərzində davam edir?
Digər tərəfdən, sızmanı yoxlamaq üçün hava niyə yarım saat müddətində vurulur? Sızmanın olub-olmadığını 5-10 dəqiqəyə müəyyənləşdirmək mümkündür axı? Daha bir məsələ, niyə havanı qazı vurduqları təzyiqlə deyil, onqat artıq təzyiqlə vururlar? Çünki sayğacların sürətlə fırlanaraq əlavə sərfiyyat yazması lazımdır bunlara".
Cəmiyyət sədri xatırladır ki, bir vaxtlar “Azəriqaz” rəsmiləri qəbul olunmuş normaları pozaraq, sayğaca müdaxiləyə görə 6 aylıq sərfiyyat həcmində cərimə yazırdılar: “Prezident bunları cəzalandırandan sonra dayandırdılar. İndi də təmir-bərpa adıyla istixanalara, iri obyektlərə verdikləri artıq qazı əhalinin ayağına yazmaqla məşğuldular. Mən bu çetenin arxasında dayananları da tanıyıram, durmayacaqlar. Bu məsələyə də prezident müdaxilə edib, qulaqlarını burmasa, camaatın cibinə girməyə davam edəcəklər”.
M.Qəhrəmanlı hesab edir ki, qaz təchizatı sistemindəki problemləri aradan qaldırmaq üçün istehsalçı ilə paylayıcının ayrılması gərəkir: “Avropada qazpaylayıcı şəbəkə bir neçə şirkətin əlindədir, bu isə sağlam rəqabət yaradır. Sağlam rəqabətin olduğu yerdə isə keyfiyyətli xidmət mütləq olur. Bizdə də paylayıcı şəbəkə bir neçə ələ verilməlidir ki, rəqabət və keyfiyyətli xidmət olsun. Əks halda, ”Azəriqaz"da toplaşmış dələduzlar əhalini hökumətə qarşı qaldırmağa davam edəcəklər. Onlar olan yerdə bu ölkədə başqa müxalifətə ehtiyac yoxdur - özləri necə lazımdır narazı salırlar vətəndaşları dövlətdən". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|