Vüsal Kərimli Ziya Məmmədovun aqibətini xatırlamaq istəmir... - GƏLİŞMƏ
Tarix: 30-09-2019, 10:01 | Çap et
...2001-ci il. Braziliya, Meksika, Kolumbiya serialları bumudur. Dövlət televiziyasına Latın Amerikasının ailə-məişət teleserialları ayaq açıb; “Qvadalupe”, “Dul qadın Blanko”, “Mariya” və...“Səhrada məhəbbət” teleserialları 90-lar nəslinin yaddaşlarında olar. Sonuncu serialın çox məşhur bir personajı varıydı - Kubillos...Heç kəsin sağ çıxa bilmədiyi “Faralion” həbsxanasının leytenantı, “işgəncə kralı” idi. O seriala baxanlar yaxşı xatırlayar ki, Kubillos adı dillərdə əzbər gəzirdi, azərbaycanlılar bu obraza nifrət edirdilər. Onun zahiri görünüşü ilə əməlləri düz mütənasiblik təşkil edirdi. Sanki içi çölünə təzahür eləmişdi. Və seriala baxan hər kəs ...“Səhrada məhəbbət”in sublimasiyasını yaşayırdı, türmənin “cəlladı” Kubillosu qeyri-ixtiyarı lənətləyirdi, hətta gündəlik hətta öz düşmənlərini bu personaya bənzədirdilər. Görünüş və əməl baxımından Kubillos obrazından o qədər də ciddi şəkildə seçilməyən Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimlinin fərqi, sadəcə, türmədə yox, paytaxtda sürücülərə qarşı “işgəncə kralı” olmasıdır. Allah üzümüzə baxıb, yaxşı ki həbsxana rəisi və ya “nadzor” olmayıb... Anaxeber.info ötən həftələrdə yayılan videonu yada salaraq yazır ki, təkcə bu kadrlar hansı qəddarlığın, zülmün baş verdiyini tam çılpaqlığı ilə əks etdirirdi. Keçmiş nazir Ziya Məmmədovun vaxtilə qoçuluq edən quldurlarından davranışca fərqlənməyən nəqliyyat müfəttişi sürücüyə dayanma-durma qaydasını pozmağa görə cərimə yazarkən onunla əlbəyaxa olur, qarşıdurma yaradır. Sürücülərin canını boğazına yığan ilk nəqliyyat müfəttişi deyil, BNA-nın küçələrə səfərbər olunan əli planşetli əməkdaşları camaatı təngə gətirib. Bu qurum prezident tərəfindən ona görə təsis edilmişdi ki, şəhərin nəqliyyat sistemində, dayanma-durmada, avtoparklarda səliqə-sahman yaradılsın, hərəkət tənzimlənsin. Amma yeni parkinqlər təşkil edilməmiş V.Kərimlinin qoçuları ağına-qarasına baxmadan ucdantutma harada dayanmış maşın görürlərsə ki, xəlvətcə çəkib qaçıb gizlənirlər, sonra sürücünün telefonuna cərimə edilməsi barədə məktub yollayırlar. Prezident bu qurumu yaratmamışdı ki, yenidən narazılıq baş qaldırsın, əhali partlayış həddinə çatsın. Sürücüləri döyən, maşınların nömrəsini açıb aparan, avtomobillərə oturub sürücülük vəsiqəsini götürən, maşın sahiblərini şül-küt edən Ziya Məmmədovun quldurları ona görə yığışdırıldı ki, narazılıq pik həddə çatmışdı, camaat üsyana qalxırdı, sürücülər aksiyalar keçirirdilər. Rəsmən nəqliyyat qoçuları sürücüləri əzişdirirdilər. Vüsal Kərimlinin təyinatı və BNA-nın təsisatı məhz bu neqativ halları aradan qaldırmağa hesablanmışdı. Amma görünür ki, prezidentə qarşı növbəti sosial təxribat hazırlanır. Məqsəd BNA-nın büdcəsini doldurmaqdır və bu acgözlüyü sürücülərə Kubillos kimi işgəncə verən Vüsal Kərimli ilə komandası həyata keçirir. Müfəttişlər özlərini Ziya Məmmədovun qudurğanları kimi aparırlar, heç kəsə rəhm etmirlər, xəbərdarlıq etmədən total şəkildə cərimə yazırlar. Hətta belə iddialar var ki, BNA əməkdaşları işə götürülərkən sırf həmin “meyar”lar, “kriteriya”lar əsas götürülür. Yəni, daha zülmkar, qaniçən, kasıb sürücüləri cərimələyən şəxslər BNA-nın nəqliyyat müfəttişi olurlar. Sosial şəbəkələrdə dolaşan informasiyalarda da iddia edilir ki, Vüsal Kərimlinin qeyri-rəsmi tapşırığı əsasında nəqliyyat müfəttişləri Bakı yollarına səfərbər olaraq, büdcəni doldurmaq naminə cərimələr yazırlar, əvəzində isə bunun hansı siyasi məsuliyyət daşıdığını, sosial zülmə gətirib çıxardığını hesablamırlar və çanaq yenə də hakimiyyətin başında çatlaya bilər. Çünki prezident sosial islahatlar həyata keçirməyə, insanlar üçün xidmət sektorunu yaxşılaşdırmağa çalışır, göstərişlər verir, layihələr icra edilir, dayanma-durma səlahiyyətlərinin də DYP-dən alınıb BNA-ya verilməsində niyyət islahatlar aparmaq, narazılığa son qoymaq idi. Lakin ortada dəhşətli bir mənzərə var - Kubillos dustaqlara, Kərimli isə sürücülərə işgəncə verir, Ziya Məmmədovun aqibətini xatırlamaq istəmir... Sürücülər də bildirirlər ki, BNA DYP-nin 7 arxadan dönənlərinə rəhmət oxudur. Əməkdaşlarının hərəsinin qoltuğuna bir “dayan-durma qadağandır” nişanı veriblər ki, harda boş yer gördünüz, mıxçanızı basdırın ora. Üzünü sağa çevirirsən, sola qaytaranda bir qadağa nişanı görürsən. Qısası: BNA paytaxtın dörd-bir yanında pullu dayanacaqlar işlədir - yarım saatı 20 manat. Yetim "parkovşiklər" qəpik-quruş alırdılar... Məsələn, aptekin qarşısında 3-5 dəqiqə saxlayıb dərman almaq istəyənə cərimə tətbiq olunur. Bir sürücü avtomobilini saxlayıb sərnişin düşürür və 20 manat məbləğində cərimə olunur. //teref.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|