AZAL ŞEFİ BÜDCƏ PULLARINI HAVAYA NECƏ UÇURUR?
Tarix: 1-11-2013, 15:34 | Çap et
"HƏR RAYONDA BİR AEROPORT TİKƏK" PLANIAzərbaycanda iri məmurların büdcədən iri pay əldə etmək uğrunda mübarizə apardığı sirr deyil. Külli miqdarda pulları ayrı-ayrı investisiya layihələri adı altında öz nəzarətinə keçirmək uğrunda illərdən bəri ayrı-ayrı oliqarxlar arasındakı çəkişmə hətta ciddi iqtidariçi mübarizəyə gətirib çıxarıb.
Ən pisi isə odur ki, bir çox məmurların büdcə vəsaitlərindən pay əldə etməsinə xidmət edən investisiya layihələrinin bir çoxu kənardan çox cəzbedici görünsə də, əslində iqtisadi faydalılıq, səmərəlilik baxımından heç də istənilən nəticələri vermir. Bu, bir daha sübut edir ki, Azərbaycanda dövlət vəsaitləri hesabına təklif və qəbul olunan bəzi investisiya layihələri yalnız oliqarx maraqlarına xidmət edir. Bəs belə bir məqapma toxunmağımızın səbəbi nədir? Srağagün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) prezidenti Cahangir Əsgərov jurnalistlərə müəyyən açıqlamalar verib və həmin açıqlamaların bir qismi xüsusi diqqət çəkir. Baxmayaraq ki, bu, bir çoxların diqqətindən yayındı. Əvvəlcə, gəlin, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərinin həmin açıqlamaları ilə yenidən tanış olaq. Cahangir Əsgərov jurnalistlərlə məlum söhbətində bildirib ki, Quba rayonunda yeni hava limanı inşa olunacaq.
“AZAL” şefinin sözlərinə görə, yeni hava limanının inşası ilə bağlı proses sənədləşmə mərhələsindədir: “Hazırda ölkədə 6 hava limanı fəaliyyət göstərir. Qubada tikiləcək aeroportla birgə bu hava limanlarının sayı yeddiyə çatacaq”. C.Əsgərov əlavə edib ki, ölkənin bütün bölgələrində hava limanlarının inşası nəzərdə tutulub. C.Əsgərov daxili reyslər üçün bir nəfərin gediş qiymətlərinin aşağı salındığını da diqqətə çatdırıb: “Məsələn, əvvəllər Qəbələyə gediş haqqı 50 manat olduğu halda, hazırda qiymət 30 manata endirilib”. C.Əsgərov qeyd edib ki, təyyarə parkının yenilənməsi istiqamətində də zəruri işlər görülür və bu proses davamlı olaraq həyata keçiriləcək. “AZAL” rəhbərinin açıqlamalarında diqqətçəkən məqam bütün rayonlarda aeroportların inşası ilə bağlı dedikləridir. Əvvəla, onu qeyd edək ki, hazırda Azərbaycanın bir neçə rayon və şəhərində (məsələn, Zaqatala, Qəbələ, Gəncə, Lənkəran) aeroportlar istifadəyə verilib. Amma onların rentabelliyi tam şübhə doğurur. Müşahidələr deməyə əsas verir ki, həmin aeroportlar arasında yalnız Gəncə aeroportu sərnişin sarıdan nisbətən yaxşı vəziyyətdədir. Digər aeroportlar isə ümidləri doğrultmayıb. Bunu əksər regional aeroportlarda bəzən həftələrlə heç bir uçuşun həyata keçirilməməsi, hansısa ölkədaxili və xarici reysin açıldıqdan qısa müddət sonra bağlanması halları da təsdiqləyir. Belədə, Azərbaycanın az qala hər rayonunda aeroport tikilməsi layihəsini həyata keçirmək iqtisadi baxımdan nə qədər doğrudur? İkincisi, hələ Zaqatalada aeroportun inşası zamanı xərclərin şişirdilməsi ilə bağlı o vaxt mətbuat yazırdı. Kifayət qədər ciddi rəqəmlər hesabına başa gətirilən bu aeroportun indinin özündə belə həmin xərcləri çıxardığına inanmaq qeyri-mümkündür. Bu isə bəri başdan aeroportların inşasının başqa məqsədlərə hesablandığını düşünmək üçün əsaslar yaradır.
Üçüncü, müşahidələr onu da deməyə əsas verir ki, yerli əhali yalnız xarici səfərlər üçün bölgələrdəki aeroportlardan istifadədə maraqlı ola bilər. Məsələn, Qəbələdən Bakıya təyyarə ilə gəlmək yalnız vaxt sarıdan sərfəli ola bilər. Nəzərə alsaq ki, bizim əhalinin vaxtı çox, pulu azdır, o zaman rayon əhalisi arasında nə qədər insan paytaxta gəlmək və ya paytaxtdan rayona getmək üçün 5-10 manat əvəzinə bundan dəfələrlə çox pul xərcləməyi üstün tuta bilər? Bölgə aeroportlarının xarici reyslərinin isə hədsiz məhdudluğu onların rentabelli çalışmasına imkan vermir. Bu reallığı göz önünə alsaq, yenə də təəccüb yaranır ki, hər rayonda bir aeroportun inşasının məqsədi, ən əsası isə dövlət büdcəsi və vətəndaşların cibinə xeyri nə ola bilər? Sadalananlardan və yazımızın girişindən belə qənaətə gəlmək olar ki, digər bir çox məmurların dövlət investisiya layihələri adı altında büdcədə önəmli paya sahib olmalarını görən “AZAL” prezidenti Cahangir Əsgərov da bu fikrə düşüb. O da büdcə vəsaitləri üzərində hər hansı bir məbləği nəzarətinə almaq üçün yuxarıda haqqında danışılan “hər rayona bir aeroport” planını reallaşdırmaq istəyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|