Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                 

İRAN AZƏRBAYCANA QARŞI ŞOK İTTİHAM SƏSLƏNDİRDİ
Tarix: 20-11-2013, 14:11 | Çap et
İRAN AZƏRBAYCANA QARŞI ŞOK İTTİHAM SƏSLƏNDİRDİ
GUYA HƏSƏN FƏRƏCİ «MOSSAD»IN ƏLİNƏ VERİLİB

DİA.AZ: - İranla Azərbaycan arasında daha bir diplomatik qalmaqal baş verməkdədir. Bildirək ki, hazırda Azərbaycanda həbsxanada saxlanılan iranlı məhbus Həsən Fərəci ilə bağlı məsələ o həddə çatıb ki, artıq Azərbaycanın daxili işlər nazirliyi də olaya reaksiya verərək iranlı məhbusa hər hansı işgəncənin verilməsi iddialarını təkzib edib.

DİA.AZ xatırladır ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm noyabrın 19-da jurnalistlərlə görüşündə Azərbaycan Respublikasında tutulmuş İran vətəndaşından danışaraq Azərbaycan dövlətinin ünvanına müəyyən ittihamlar da səsləndirmişdi.

Mərziyə Əfxəm “Azərbaycan Respublikasında tutulan İran vətəndaşının vəziyyəti, ona bu ölkənin zindanında işgəncə verilməsi iddiaları haqda nə deyə bilərsiniz” sualını belə cavablandırıb: “Azərbaycan Respublikasında sionist rejimin səfirliyinin qabağından keçərkən tutulan İran vətəndaşının həbs olunmasından sonra İranın bu ölkədəki səfirliyi ilkin tədbirlər görməyə başlayıb. Biz Azərbaycan rəsmilərinə nota göndərərək tutulan İran vətəndaşının durumu, eləcə də ona işgəncə verilməsi xəbərinin düz olub-olmadığı məsələsinə aydınlıq gətirilməsini istəmişik. Bundan başqa daha bir məktubla Bakıdakı konsulluğumuzun həmin şəxslə əlaqə saxlamasına, onunla görüşməsinə şərait yaradılmasını istəmişik.

Biz Azərbaycan tərəfinin bu məsələ ilə bağlı təcili və səmərəli əməkdaşlıq etməsini istəyirik. Həmçinin ölkəmizin bütün iranlıların işi üzrə idarəsinin rəhbərləri Azərbaycanın Tehrandakı səfirliyinin rəsmiləri ilə görüşüblər, Bakıda tutulan İran vətəndaşının durumunu onlarla müzakirə ediblər.

Azərbaycan zindanlarında İran vətəndaşına işgəncə verildiyi haqda ötən gün məlumatlar yayılıb. Biz bu xəbərdən çox təəssüflənirik. Əgər bu məlumatlar düz çıxsa, Azərbaycan rəsmiləri buna görə cavabdeh olmalıdırlar. Biz İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamışıq, səfirlik Azərbaycan tərəfinə rəsmi bir məktubla müraciət edərək xəbərin düz olub-olmadığı ilə maraqlanıb. Məsələ həssaslıqla izlənilir. Eyni zamanda hesab edirik ki, Azərbaycan rəsmiləri məsələ ilə bağlı cavab vermək üçün təcili tədbir görməlidirlər”.

Bakıda tutulan İran vətəndaşının adının Həsən Fərəci olduğu bildirilir. Qeyd edək ki, İranın “Aran” agentliyi Həsən Fərəcinin Bakı polisinin Binəqədidəki inzibati həbs məntəqəsində işgəncələrə məruz qaldığı haqda məlumat yayıb. Agentlik qeyd edib ki, işgəncə xəbərini Həsən Fərəcinin tanışları çatdırıb. Agentliyin iddiasına görə, saxlanılan şəxsin bədəni siqaretlə yandırılaraq ondan İsraillə bağlı etiraf almağa çalışıblar.

Bu gün isə İranın xəbər portalları Həsən Fərəci ilə bağlı yeni iddia səsləndiriblər. DİA.AZ-ın «arannyus» portalına istinadən verdiyi məlumatda deyilir:

«Sionist rejimin Bakıdakı səfirliyinin önündən keçdiyinə görə, saxlanılan İran vətəndaşı- Həsən Fərəcinin MOSSAD-ın Bakıdakı məmurlarına təhvil verildiyi ehtimal olunur.

MOSSAD-ın bu işə bilavasitə qarışdığı üçün Azərbaycan R-nın dövlət orqanları İran səfirliyinin konsulluq əməkdaşlarının Həsən Fərəci ilə görüşünə icazə verə bilmirlər.

İran İslam Respublikasının Bakıdakı səfirliyi həmin şəxslə konsulluq əməkdaşlarının görüşünün təşkili ilə bağlı qurumlara müraciət edib. Ancaq bu müraciətə hələlik müsbət cavab verilməyib.

Buna görə Həsən Fərəcinin işgəncələrə məruz qaldığı da hiss olunur».

Hər halda, bu boş və absurd iddianı irəli sürən fars-molla rejiminin nəyə nail olmaq istədiyini təxmin etmək o qədər də çətin deyil. Və elə buna görə də rəsmi Tehranın növbəti təxribat cəhdini önləmək üçün Azərbaycan tərəfi ehtiyatlı davranma yolunu seçib ki, bu da anlaşılandır. Çünki bu günə kimi Azərbaycanla bağlı siyasətində quldur mövqeyi seçən və cəngəllik qanunlarına söykənən İranı Bakıda yaxşı tanıyırlar. Məsələn, İran səfirliyinin əməkdaşı olan Kazıminin Azərbaycana silah gətirmə niyyəti səbəbindən həbsə atılması fonunda rəsmi Tehran azərbaycanlı xanım alim Xalidə Xalidi girov götürmüşdü. Yəni iranlılar öz adamlarının azadlığına adam oğurluğu ilə nail olmaq istəyirlər.

Odur ki, əslində konkret cinayət əməlində ittiham olunan Həsən Fərəci ilə bağlı məsələdə də rəsmi Bakı ehtiyatlı olmaq zorundadır. Bildirək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin Bakının Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Yerində işgəncələrə məruz qalması haqda xəbərə münasibət bildirib.

S. Gözəlov açılamasında deyib ki, Həsən Fərəcinin guya işgəncələrə məruz qalması barədə İranın "Aran" agentliyi tərəfindən yayılan və ölkəmizdəki bəzi KİV-lərdə getmiş məlumatların heç bir əsası yoxdur: “Araşdırmalar zamanı Həsən Fərəci izahatında saxlanma şəraitindən, ona olan münasibətdən narazılığının olmadığını, burada saxlandığı müddətdə özünə qarşı hər hansı təzyiqin, işgəncənin, şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlərin baş vermədiyini bildirib.

Onu da qeyd etməliyəm ki, məlumatda verilmiş və Həsən Fərəci olduğu iddia edilən fotoşəkil də qondarmadır, ona aid deyil və qəsdən oxucunu aldatmağa yönəlmiş cəhddir.

Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu dezinformasiya yayılana qədər Həsən Fərəci ilə göruş üçün nə müdafiəçisi, nə də yaxınları tərəfindən polis orqanlarına heç bir müraciət daxil olmayıb. Belə bir müraciət olunarsa, mövcud təlimata uyğun olaraq onunla görüşlərin keçirilməsi təmin edilər”.

Onu da bildirək ki, artıq millət vəkili Çingiz Qənizadə də həbsdəki İran vətəndaşı ilə görüşməyə hazırlaşır. Millət vəkili deyib ki, hazırda Bakının Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Yerinə gedir. Ç. Qənizadə orada İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin işgəncələrə məruz qalması haqda xəbərə aydınlıq gətirmək üçün getdiyini deyin. O, İran vətəndaşı ilə görüşəcək və onun işgəncəyə məruz qalıb-qalmadığını müəyən edəcək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru