"KXCP ÜZVLƏRİNİN ƏSƏBLƏRİNDƏ PROBLEM VAR"...
Tarix: 5-12-2013, 12:06 | Çap et
“Deyəsən, həmin KXCP üzvlərinin əsəblərində problem var, bir az əsəbi insanlardırlar. KXCP üzvlərinin xüsusən Milli Şura kimi bir qurumun iclasında belə hərəkətləri, davranışları insanları üzür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Milli Şuranın son sessiyasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvləri ilə aralarında yaşanan qalmaqal barədə danışarkən deyib. Tural Abbaslı bildirib ki, Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının çıxışı zamanı onun qarşısındakı cərgədə əyləşmiş tanımadığı KXCP üzvləri yerdən müdaxilə etməyə, çıxışa mane olmağa başlayıblar. Müsavatın Divan üzvü, KXCP üzvlərinə iradını çatdırdığını, fikirləri varsa, Arif Hacılının çıxışından sonra söz alıb danışmağa dəvət etdiyini bildirib: “Arif Hacılıya qarşı hörmətsizlik edir, yerdən söz atırdılar. Mənim bu etirazıma da onlar aqressiv cavab verdilər. Dedilər ki, özümüz bilərik, yaxşı edirik. Mən dedim ki, belə olmaz, onlar daha da aqressivləşdilər. Mən də məcbur oldum ki, səsimi bir az yüksəldim ki, sözümü onlara eşitdirə bilim. Onlar ayağa qalxdılar və bu zaman KXCP-nin digər nümayəndələri araya girdilər. KXCP nümayəndələri həmin aqressiv partiyadaşlarını tutdular, sakitləşdirdilər. Mən zatən oturmuşdum, məsələ əlbəyaxa həddə gəlib çatmadı. Belə deyək ki, aramızda söz dueli oldu, əlbəyaxa dava olmadı”. Tural Abbaslı, tanımadığı bu KXCP üzvlərinin Milli Şuranın bundan öncəki sessiyasında qurumun başqa bir nümayəndəsi ilə də aqressiv tərzdə mübahisə etdiklərini deyib. Müsavat funksioneri ilə KXCP üzvləri arasında qalmaqalın əlbəyaxa həddə çatmasının qarşısını alanlardan biri olan KXCP Ali Məclisinin sədri Bəybala Əbil APA-ya açıqlamasında bildirib ki, Arif Hacılı çıxışında Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin seçki kampaniyası və bu kampaniyada fəal iştirak edən partiyalardan söz açıb. KXCP üzvləri də Arif Hacılının bu məsələyə aydınlıq gətirməsini istəyib: “KXCP üzvləri bu istəklərini səsləndirdikləri zaman arxada oturan Müsavat Partiyasının nümayəndəsi də partiyamızın üzvlərinə etirazını bildirdi. Sonra da ayağa durdular, bir-birlərinə nə isə demək istədilər, amma sonra sakitləşdilər. Məsələnin kökü ondadır ki, Milli Şurada seçkidən öncə ciddi proseslər baş vermişdi və Liberal Partiyanın Milli Şuradan çıxmasının da özəyi orada qoyulmuşdu. Çünki Cəmil Həsənli 23 avqustda AXCP və Müsavat Partiyasının vahid namizədi kimi ortaya çıxdı və seçkiyə az qaldığı üçün müəyyən anlaşılmazlıqlar oldu. Yaxşı ki, seçki kampaniyası dövründə Cəmil Həsənlinin ağsaqqallığı ilə bu məsələlər yoluna qoyuldu. Həmin narahatlıqlar, gərginliklər Milli Şuranın bu sessiyasında üzə çıxmışdı. Ancaq seçki ilə bağlı proseslər Milli Şurada mütləq müzakirə olunacaq. Cəmil Həsənli də dedi ki, darıxmayın, seçki və seçkinin nəticələri ilə bağlı məsələ Milli Şurada bütövlükdə müzakirə olunacaq.”. Bəybala Əbil, Tural Abbaslı ilə qalmaqalda iştirak edən KXCP üzvlərinin adlarını açıqlamaq istəməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|