![Şimali Koreya yeni raketlərini dünyaya göstərdi Şimali Koreya yeni raketlərini dünyaya göstərdi](/uploads/posts/2017-04/thumbs/1492235118_885.jpeg)
Şimali Koreyanın paytaxtı Pxenyanda ilk dəfə keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketləri nümayiş etdirilib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sualtı qayıqlar “Pukkıkson-2” tipli ballistik raketlərlə təchiz olunub.
Qeyd edək ki, KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəti ilə Pxenyanda hərbi parad təşkil olunub.