![Ukraynanın baş naziri defolt təhlükəsi barədə xəbərdarlıq edib Ukraynanın baş naziri defolt təhlükəsi barədə xəbərdarlıq edib](/uploads/posts/2018-09/1536393211_0001.jpg)
"Əgər Ukrayna Beynəlxalq Valyuta Fondunun (IMF) təbii qazın qiymətinin artırılması barədə tələbini yerinə yetirməsə, ölkə maliyyə böhranına düşə, defolt təhlükəsi ilə üzləşə bilər".
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman bildirib.
Hökumət başçısı ölkənin 2005-2013-cü illərdə aldığı borcların qaytarılması ilə bağlı narahatlığını da ifadə edib və borc böhranı fonunda deloltdan qaçmaq üçün IMF ilə gələcək əməkdaşlığın vacibliyini vurğulayıb.