Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                 

Dünyanın baş bəlasına çevrilən “Rosatom” – Cəzalandırılmalıdır, amma necə?
Tarix: 20-04-2023, 00:40 | Çap et
Dünyanın baş bəlasına çevrilən “Rosatom”
Ukrayna uzun müddətdir ki, Rusiyanın mülki nüvə sektoruna qarşı sanksiyaların qlobal sanksiyalar paketinin bir hissəsi olmalıdır çağırışı edir. Ukrayna artıq Rusiyanın nüvə enerjisi ilə əlaqəsi olan 200 nəfərə qarşı sanksiya tətbiq edib. Nəhayət, Almaniya Avropa İttifaqına Rusiya Federasiyasının nüvə sənayesinin məhdudlaşdırılması ilə bağlı növbəti paketdə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi təklif etdi.

Bu qərar ilk növbədə ona görə vacibdir ki, Rusiyanın “Rosatom” şirkətinin Zaporojye AES-dəki hərəkətləri ilə bağlı cəzasız qalmasını dayandırmaq lazımdır. “Rosatom”un AES-də gördüyü işlər praktiki olaraq nüvə şantajıdır, bu, MAQATE tərəfindən müəyyən edilmiş nüvə təhlükəsizliyinin bütün əsas sütunlarının pozulmasıdır. Bu cür pozuntulara dair kifayət qədər sübutlar var. “Rosatom”un bir çox nümayəndəsi AES-ə gəldi, amma onlar gizlənmədilər. Bu şirkət AES-i "idarə edir”. Və bu gün ruslar hesab edirlər ki, AES onlara məxsusdur, Moskvadan “idarə olunur”. Yəni söhbət təkcə nüvə şantajından yox, sözün əsl mənasında bütöv bir AES-in oğurlanmasından gedir. Bu, tarixdə görünməmiş hadisədir.

Bundan başqa, bəzi tikililərin tikintisi ilə bağlı ciddi qanun pozuntuları var (orada əslində nə tikildiyini heç kim bilmir).

Faktiki olaraq girov vəziyyətdə olan heyətə də daim təzyiqlər olur. Ruslar bütün Enerqodar şəhərini həbs düşərgəsinə çevirdilər. Orada AES işçiləri və onların ailə üzvlərindən hər cür sui-istifadə edir, onları “Rosatom”la qeyri-qanuni müqavilələr bağlamağa məcbur edir, Ukrayna vətəndaşlığından imtina etdirirlər. AES-in ukraynalı işçilərinə işgəncə verilməsi və öldürülməsi faktları da müəyyən edilib...

Birincisi, belə halların cəzasız qalmaması vacibdir. İkincisi, “Rosatom” üçün beynəlxalq bazarlardan maliyyə axınını azaltmaq lazımdır. Və “Rosatom”u uranın zənginləşdirilməsi və nüvə yanacağının özünün istehsalı üzrə xidmətlər ticarətindəki əsas əlaqələrdən - yanacaq elementləri, yanacaq çubuqlarından çıxarmaq çox vacibdir.

“Rosatom” nüvə yanacaq dövriyyəsində ciddi şəkildə iştirak edir. O və onun dünya üzrə törəmə şirkətləri (360-dan çoxdur) uranın zənginləşdirilməsi bazarının təxminən 40 faizini tutur. 20 faizdən çoxu - nüvə yanacağı istehsalıdır. Qərb ölkələrində istehsal olunan 250 giqavatdan çox elektrik enerjisi bu və ya digər şəkildə Rusiyadan nüvə texnologiyası, nüvə yanacağı və zənginləşdirilmiş uranın tədarükündən asılıdır.

Yəni bu gün nə ABŞ, nə də bir çox Avropa ölkələri, xüsusən də Şərqi Avropa ölkələri nüvə yanacağının zənginləşdirilməsi xidmətlərindən nüvə yanacağını almaqdan imtina etmək iqtidarında deyil. Həqiqətən də, bu cür tədarükləri diversifikasiya etmək üçün vaxt və ciddi investisiyalar lazımdır.

Başa düşmək lazımdır ki, neft və qaz tədarükünün diversifikasiyası ilə nüvə yanacağının şaxələndirilməsi arasında böyük fərq var. Birinci halda yalnız yeni təchizatçılar tapa bilərsiniz. İkinci halda isə uranın istehsalı, zənginləşdirilməsi, nüvə yanacağının istehsalı üçün əlavə qurğular tikmək lazımdır. Bu, bir-iki ildə həll olunası məsələ deyil. Nüvə texnologiyası sahəsində Rusiya tədarükündən uzaqlaşmaq üçün 5-7 il lazımdır.

Uzun müddətdir ki, Qərb tərəfdaşlarımız “Rosatom”a qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır deyildilər (və indi də tam hazır deyillər). Buna baxmayaraq, sanksiya təzyiqinin başlanması ilə bağlı bəyanatlar çox mühüm simvolik əlamətdir. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, “Rosatom” çadırlarını nüvə yanacaq dövrü zəncirinə o qədər dərindən salıb ki, bu çadırlardan qurtulmaq çox çətin olacaq. Ona görə də sanksiyalar “Rosatom”un əsas istehsalına tətbiq edilməyəcək.

Müəllif: Vladimir Omelçenko – Ukrayna Razumkov Mərkəzinin enerji proqramlarının direktoru

Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
Müəllif: Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru