Ukrayna Hindistanı seçib - İNCƏLƏMƏ...
Tarix: 24-04-2023, 11:13 | Çap et
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarovanın bir müddət əvvəl Hindistana işgüzar səfəri beynəlxalq medianın diqqət mərkəzində olub. Əminə Cabbarova Hindistanın xarici işlər nazirinin müavini Minakşi Lexi və baş nazirin milli təhlükəsizlik üzrə müşavirinin müavini Vikram Misri ilə görüşüb. Dehlidə iki ölkə arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət-iqtisadi, elmi-texniki, sənaye və mədəni əməkdaşlıq üzrə hökumətlərarası Ukrayna-Hindistan komissiyasının işinin bərpası müzakirə edilib. Cabbarovanın sözlərinə görə, görüşlər zamanı o Hindistan hökumətini Ukrayna prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəkləməyə çağırıb. Kiyev Çinin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsindən narahatdır. Çinin Fransadakı səfiri Lou Şaye Fransanın “LCI” telekanalına danışarkən Krımı “rus əsilli” adlandırması Kiyevin Pekinin siyasəti ilə bağlı narahatlığını artırıb. Çin səfiri ümumiyyətlə müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadığını” da bildirib. Çinli diplomatın sözlərinə görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”. Çinli səfirin “məntiqinə” görə Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibində olan keçmiş respublikaların müstəqilliyi nominal xarakter daşıyır. Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomatı deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə ziddiyət təşkil etdiyini bildirib. Çinin müdafiə naziri Li Şanfunun bir müddət əvvəl Moksvaya iki günlük səfəri zamanı rusiyalı həmkarı Sergey Şoyqu ilə müzakirə aparması, Kreml sahibi Vladimir Putinlə görüşü də Kiyevin diqqətini çəkib. Buna görə də Kiyev Çinin bölgədəki rəqibləriylə əməkdaşlığı gücləndirməyə qərar verib. Bu rəqiblərin başında Hindistan gəlir. Dehli neytral xarici siyasət yürüdür. Pekin Rusiya və Ukrayna arasında vasitəçilik təklif edərkən, Dehli bu məsələlərə qarışmır. Dehli də Pekin kimi müharibənin başa çatmasını istəyir, ancaq bunun üçün xüsusi fəallıq göstərmir. Kiyev Yaponiyanın baş naziri kimi Hindistanın baş naziri Narendra Modinin də Kiyevə səfər etməsini istəyir. Bu səfərin reallaşması problematikdir. Çünki Modi Kiyevə səfər edib Moskvaya getməsə, bu Hindistanın neytrallığının pozulması demək olacaq. Dehli neytrallığının pozulmasını istəmir. Digər tərəfdən Modi həm Kiyevə, həm də Moskvaya səfər edərsə, o Çin lideri Tsi Cinpin kimi müharibənin dayandırılmasıyla bağlı hansısa açıqlamalar verməli, plan təklif etməlidir. Pekinin 11 maddəlik planı var, Dehlinin isə belə bir planı yoxdur. Vaşinqton da Dehlinin Ukraynanın mövqeyini fəal müdafiə etməsini istəyir. Dehli son illərdə ABŞ-la tərəfdaşlığını gücləndirib. Hindistan Rusiyadan müəyyən silah növləri alsa da, ABŞ və Avropa ölkələrinin hərbi texnikasına daha çox maraq göstərir. Buna baxmayaraq, Dehli Moskva ilə də dialoqu davam etdirməyə üstünlük verir. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Qərbin Hindistanın Ukrayna ilə bağlı mövqeyilə barışmalı olduğunu bildirib: “Avropada elə bilirlər ki, onlara aid problemlərin həll ilə dünya məşğul olmalı, Asiya isə problemlərini özü həll etməlidir”. Bu o deməkdir ki, Dehli Ukrayna müharibəsiylə bağlı sülh çağırışlarından başqa daha fəal siyasət yürütməyəcək. Müharibəyə qədər Ukraynada minlərlə tələbə təhsil alırdı. Müharibə başladıqdan sonra tələbələrin mütləq əksəriyyəti geri qayıtdı. Müharibənin getdiyi şəhərlərin bir qismində hindli tələblərin geri qayıdışı çətinləşmişdi. Onlar üçün ciddi təhlükə yaranmışdı. Dehli Moskva ilə danışıqlar nəticəsində mühasirəyə düşən tələbələrinin geri qayıdışını təmin etdi. Müharibənin bitişi ilə Ukrayna hindli tələbələrin yenidən Ukraynada təhsil almasını istəyərdi. Bunun reallaşması yalnız müharibə bitdikdən sonra mümkündür. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|