Müharibə olmasaydı... - ARAŞDIRMA
Tarix: 5-05-2023, 11:36 | Çap et
Vaşinqton Çini rəqib kimi qiymətləndirdiyinə görə bu dövlətlə bağlı ümumiləşdirilmiş siyasətini formalaşdırmağa çalışır. ABŞ və Avropa Çinlə iqtisadi əlaqələrini davam etdirdikləri halda Tayvan ətrafında cərəyan edilən hadisələrdə Pekini ittiham edirlər. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel Avropa İttifaqına üzv dövlətlərin hərbi gəmilərinin Tayvan ətrafına göndərilməsi vacibliyini bildirib. Həmin gəmilər Tayvan adası ətrafında patrul xidməti göstərməlidirlər. Borrel Fransanın “Journal du Dimanche” dərgisinə verdiyi Avropanın Tayvan ətrafında fəallaşmasının önəmli olduğunu bildirib. ABŞ hərbi gəmiləri hazırda Tayvan adası ətrafında patrul xidməti göstərirlər. Jozep Borrel Çinin durdurulması vacibliyini bildirərkən, Avropa İttifaqının iki əsas dövləti – Fransa və Almaniya Pekinlə dialoqu genişləndirməyin tərəfdarıdırlar. Almaniya kansleri Olaf Şoltsun və Fransa prezident Emmanuel Makronun bir müddət əvvəl Çinə səfərləri də bundan xəbər verir. Makron Çindən Fransaya qayıtdıqdan sonra Avropanın Tayvan məsələsində ABŞ-ın siyasətini dəstəkləməməsi vacibliyini bildirdi. Şolts da Tayvana görə Avropanın Çinlə qarşıdurmasının əleyhinədir. ABŞ-ın ən yaxın müttəfiqlərindən Böyük Britaniya da ehtiyatlı mövqenin tərəfdarıdır. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə qarşı “soyuq müharibənin” elan edilməsinin yanlış qərar olacağını vurğulayıb. Belə olan halda Borrel nədən Avropanın Tayvan adası ətrafında fəallaşması gərəkliyini bildirib? Görünür, Borrel Avropanın ABŞ-dan geri qalmasını istəməyərək patrul gəmilərinin birgə xidmətinə üstünlük verir. Çin Xarici İşlər Nazirliyi Borrelin təşəbbüsünü tənqid edib. Pekinin xəbərdarlığı Brüsseldə mövzuyla bağlı müxtəlif mülahizələrə səbəb olub. Avropalıların bir qismi Tayvanla bağlı Brüsselin ABŞ-Çin qarşıdurmasından məsafə saxlaması gərəkliyini ifadə edib. Bu qrupun fikrincə, diqqəti Ukrayna müharibəsindən yayındırmaq olmaz. Onların fikrincə, Avropanın həm Rusiya, həm də Çinlə mübarizə aparması doğru deyil. Ancaq fərqli düşünənlər də var. Çin Tayvanı ələ keçirərsə, bu ölkənin bölgədə rolu artacaq və Pekin anti-Qərb qüvvələrinin liderlərindən birinə çevriləcək. Bu Brüssel üçün təhlükəli gedişatdır. Avropada Çinin Ukrayna məsələsində mövqeyindən narahatlıq da artır. Çexiyanın yeni prezidenti Petr Pavel ABŞ-ın “Politico” nəşrinə verdiyi müsahibədə Çinin Ukrayna müharibəsindən dividentlər qazandığını bildirib: “Pekin müharibənin bitməsində maraqlı deyil. Çünki müharibə davam etdikcə Rusiyanın Çindən asılılığı artır. Bu Pekinin maraqlarına cavab verir”. Həqiqətən müharibə olmasaydı, Çin Rusiyadan ucuz neft və qaz ala bilməyəcəkdi. Ukrayna müharibəsi Qərbi də yorur ki, bu da Çinin maraqlarına cavab verir. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|