Türkiyə polisi Ərdoğan və Gülən arasında qalıb
Tarix: 11-02-2014, 09:01 | Çap et
ABŞ və Britaniya mətbuatı Türkiyə baş naziri ilə onun keçmiş müttəfiqi, Pensilvaniyada könüllü sürgündə olan sufi vaizi Fethullah Gülen arasında “müharibə”ni geniş işıqlandırır.
Lakin bu dəfə Britaniyanın nüfuzlu “The Guardian” qəzeti bu qarşıdurmaya, necə deyərlər, “mikroskopla” baxıb.
Qəzetin yazdığına görə, bəzi polis zabitləri Gülen-in gözəgörünməz şəbəkəsi üzərinə hücumu dəstəkləsələr də, düşünürlər ki, bütün bunlar hökumətin korrupsiya əməllərini pərdələməməlidir.
“The Guardian”ın məqaləsində, fərdi polislərdən söz açılır, hərçənd yazıda onların əsl adlarının gizlədildiyi etiraf olunur.
“Türker Yilmaz polis akademiyasındakı təlimlərinə təzəcə başlamışdı ki, sistemin necə işlədiyini anladı, - yazır “The Guardian” – yaxşı iş, yaxşı maaş, karyera – bunların hamısı baş qərargahı Pensilvaniyada olan gözəgörünməz islamçı şəbəkəyə sədaqətdən asılı idi”.
Namaz qılanlara, oruc tutanlara “5”
"Onlar hər bir kursant üçün dosye tərtib edirdilər və onlara 1-dən 5-dək qiymət verirdilər – deyir Türker, - 5 bal namaz qılanlara, oruc tutanlara və dilinə içki dəyməyənlərə verilirdi”.
Türker Yılmaz qəzetə bildirib ki, hər şey polis məktəblərindən başlanır.
O bu şəbəkəyə daxil olmaq barədə təklifi dərhal rədd edib. Lakin fethullaçılar bununla əl çəkməyiblər.
“Bir də görürsən, dostlarından kimsə səni başqa bir dostun evinə qonaq aparmaq istəyir. Orada müəyyən kitablara baxırsan, şam edirsən. Sonradan bu cür qonaqlıqlar daha müntəzəm xarakter alır. Tələbənin də pulu az olur, axı. Onlar kömək edirlər. Pulsuz yemək, qalmaq üçün pulsuz yer. Lakin elə ki, bu sistemə daxil oldun onlar sənin həyatını idarə edirlər və sistem səni sorur. Polis məktəbini qurtaranda isə istədiyin bölmədə işin təmin olunur” – deyir Yılmaz.
Ən maraqlı sual bundan ibarətdir ki, Erdoğan və Gülen arasında korrupsiya qovğası qopmasaydı, bu sistem hələ nə müddətdə belə işləyə bilərdi?
Anonim tənqid, anonim qarğış
Ötən ilin dekabrında baş nazirin yaxın çevrəsinə qarşı korrupsiya ittihamları irəli sürüləndə, Recep Tayyip Erdoğan bu daşın onun bostanına haradan atıldığını hamıdan yaxşı bilirdi.
O dərhal özünə qarşı qəsdin Gülen davamçılarından qaynaqlandığını elan etdi və korrupsiya araşdırmasında iştirak edən yüzlərlə polis və ədliyyə işçisi vəzifələrini itirdilər və ya başqa işlərə köçürüldülər.
Erdoğan elan etdi ki, söhbət dövlət içində dövlət yaratmaq istəyənlərdən gedir. Ən maraqlısı isə budur ki, baş nazir çıxışlarında “yalançı peyğəmbər” deyə işarə etdiyi şəxsin adını indiyədək bir dəfə də açıq deməyib. Öz növbəsində Gülen də internet qarğışlarında yalnız “korrupsiyaya qarşı mübarizə aparanları hədəfləyənləri” hədələyir və ad çəkmir.
Bunun səbəbini anlamaq çətindir. Keçmiş müttəfiqlərdən heç biri cızıqdan çıxmaq istəmir, hərçənd ən adi insanlar da artıq ortada heç bir cızığın qalmadığını başa düşürlər.
Avropa ilə məxfi söhbət
“The Guardian” qəzetinin məqaləsindəki ən maraqlı məqamlardan biri Erdoğan-ın bu hadisələrdən sonra Avropa İttifaqının rəsmiləri ilə gizli aparılmış danışıqlarına müəyyən işıq salınmasıdır.
Adlarının çəkilməsini istəməyən vəzifəli Brüssel rəsmiləri qəzetə bildiriblər ki, Türkiyə baş naziri özünün Gülen-lə çarpışmasının ölüm-dirim məsələsi olduğunu etiraf edib.
Həmin rəsmilər deyiblər ki, Erdoğan “paralel dövlət” adlandırdığı adamların axırına çıxmaq əzmində olduğunu söyləyib.
“The Guardian” yazır ki, Gülen şəbəkəsinin ədliyyə və təhlükəsizlik sistemlərindəki fəaliyyəti uzun müddət nəzarətsiz qalıb.
Təhqiqat jurnalisti Ahmet Şık bu barədə məqalələrinə görə, keçmiş polis rəisi Hanefi Avcı isə şəbəkənin gizli fəaliyyətini faş edən kitabına görə həbsxanaya atılıblar.
“Lakin bunlar baş verəndə, Erdoğan və Gülen hələ müttəfiq idilər” – yazır qəzet.
ABŞ səfiri həyəcan təbili çalırdı
2009-cu ildə ABŞ-ın Ankaradkı səfiri James Jeffrey dövlət departamentinə yazırdı ki, “Türkiyə milli polisinin fethullahçılar tərəfindən idarə edildiyini qəti təsdiq etmək mümkün deyil, lakin buna şübhəsi olan demək olar, yoxdur”.
7 il polis sistemində işləmiş Oğuz Gün bildirir ki, belə gizli qruplar çox təhlükəlidir.
“Gülen-in qruplaşması isə onlarla eyni dəyərləri və həyat tərzini bölüşməyənləri hədəfləyir” – deyib Gün.
Keçmiş polis fethullahçılardan qurtulmaq üçün başqa sahələrə - məxfi kəşfiyyata, anti-terror və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölümünə keçirilməsi üçün ərizələr yazıb.
Lakin onun sözlərinə görə, fethullahçı hərəkatın xeyir-duası olmadan belə köçürmələr qeyri-mümkün olub.
“Əgər birisindən soruşsan ki, sən kəşfiyyat bölümündə necə iş tapmısan, cavab verərdi kİ, dualar elədim və tapdım. Elə dostlarım var ki, 6 dil bilirlər, lakin onları məntəqələrin qapısında gözətçi qoyurdular. Lakin başqa, daha az qabiliyyətli adamlar yüksək vəzifələrə fethullahçı hərəkata daxil olduqları üçün yetişirdilər”, - deyir Oğuz Gün.
“Erdoğan və Gülen bir-birinin tayıdır”
“The Guardian”-nın məqaləsində deyilir ki, Erdoğan-nın komandasının korrupsiyaya bulaşması barədə ittihamların Gülen-in düşərgəsindən qaynaqlandığı və bu ittihamların doğru olduğu heç bir şübhə oyatmır, çünki bu ittihamları təhlükəsizlik və ədliyyə sisteminə daxil olmuş fethullahçı vəzifəlilər irəli sürüblər.
“Belə görünür ki, Erdoğan indi təkcə vaizi yox, həm də özünə qarşı korrupsiya itthamlarını darmadağın etmək istəyir” – yazır qəzet.
Jurnalist Şık 2011-ci ildə yazdığı kitabda bildirirdi ki, fethullahçı hərəkata qarşı mübarizə aparılması hələ Erdoğan-ın haqlı olması demək deyildir, lakin hərəkata daxil ədliyyə və polis rəsmilərinin də korrupsiya ilə bu cür mübarizəsi demokratik sayıla bilməz.
Jurnalist bu nəticəyə gəlir ki, qarşı-qarşıya duran qüvvələr bir-birinin tayıdır və Türkiyə odla su arasında qalıb.
Bir çox polis zabitləri korrupsiyaya qarşı mübarizənin müsbət bir hal olduğunu qeyd edirlər, lakin onlar buna da inanırlar ki, dini bir hərəkatın ədliyyə sisteminə soxulmasına hökumətin özü şərait yaradıb.
Qurunun oduna yaş da yana bilər
Yılmaz Gün deyir ki, o, nəhayət polis sıralarının dini hərəkat davamçılarından təmizlənməsini alqışlayır.
O xatırlayır ki, “heç kəs səni namaz qılmağa və ya oruc tutmağa məcbur etmirdi. Lakin onlar hər bir polis nəfəri üçün dosye yığırdılar. Hamı bunu bilirdi, lakin səsini çıxarmırdı”.
“The Guardian” yazır ki, Erdoğan-ın etdiyi kurs dəyişikliyi nəhəngdir. Beləki, onun hakim Ədalət və İnkişaf Partiyası uzun illər hakimiyyətdə olması üçün Gülen-in hərəkatına, bu hərəkatın təşkilatçılığına, pul və nüfuzuna arxalanıb.
Qəzet yazır ki, hələ iki il əvvəl Gülen hərəkatına qarşı söz deyəni, hökumətin özü çox sərt şəkildə cəzalandırırdı.
Jurnalist Ahmet Şık millətçi təşkilata üzvlükdə və hərbi çevrilişə cəhddə ittiham edilərək həbsə atılıb və yalnız 2012-ci ildə şərti olaraq azadlığa buraxılıb.
Keçmiş polis rəisi və keçmiş fethullahçı Hanefi Avcı 2010-cu ildə Gülen tərəfdarlarının polis sıralarına necə soxulduqlarını ifşa edən kitab yazdıqdan sonra terrorçuluqda ittiham olunub və həbsxanaya salınıb.
Avcı həmin kitabda polis sıralarında olan fethullahçıların telefonlara necə gizli qulaq asdqılarından və şahid ifadələrini necə saxtalaşdırdıqlarından yazmışdı.
“The Guardian” keçmiş polis zabitlərinə istinadən yazır ki, polis və ədliyyə sistemindəki fethullahçılara qarşı təmizləmə əməliyyatına əslində sakit bir şəkildə dörd il bundan əvvəl başlanıb və on minlərlə polis nəfəri barədə təhqiqat aparılıb.
Lakin bir çox polis zabiti Gülen hərəkatına qarşı təqiblərdən narahatdır.
Onlar qorxurlar ki, “qurunun oduna yaş da yana bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|