USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                 

“Mən bu işə qarışmıram” - Deputat qəzadan danışmaq istəmədi
Tarix: 9-08-2017, 08:59 | Çap et
“Mən bu işə qarışmıram”
YAP-ın icra katibinin müavini, deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibə verib.

- Siyavuş bəy, bir ara mətbuatda görünmədiniz. Yəqin istirahətdəydiniz, eləmi?

- Yox, istirahətə getməmişdim. Uşağın təhsili, yay məktəbi ilə bağlı bir-iki məsələ var idi, onunla məşğul idim. Həm dil kursları, həm sərbəst yaşaması ilə əlaqədar indidən hazırlıq işləri görürük ki, öyrənsin, uyğunlaşsın ki, gələcəkdə təhsilini artırmaq istəsə, əlavə təhsil almaq istəsə, tam hazırlıqlı olsun.

- Övladınızın neçə yaşı var?

- 15 yaşı var, indidən bu işlərə başlayırıq ki, sonrakı illərdə çətinlik çəkməsin.

- Bəs, yay tətili?

- Mən tətilə çıxanda da Naxçıvana gedirəm. Ən yaxşı tətil elə ordadır.

- Siyavuş bəy, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəza böyük rezonansa səbəb oldu. Hakim partiyadan deputat həmkarınız Aydın Mirzəzadənin şərhini oxudum, amma deyəsən, digər açıqlama olmadı. Siz partiya rəhbərliyində təmsil olunan şəxs kimi bu barədə nə deyə bilərsiniz?

- Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid məsələdir. Ona görə də bunun partiyaya heç bir aidiyyəti yoxdur.

- Razılaşmaq olar. Amma eyni zamanda cənab Əli Həsənov YAP sədrinin müavinidir...

- Təbii. Amma bunun partiyaya heç bir aidiyyəti yoxdur.

- Bəs, hazırda hakim partiyanın gündəliyindəki əsas məsələ nədir?

- Biz partiyanın konfranslarını keçiririk. Rayon təşkilatlarında tədbirlər keçirir, ilk təşkilatlarla əlaqələr məsələsini həll edirik, partiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə məşğul oluruq. Həmçinin gələcəkdə keçiriləcək seçkilərlə əlaqədar kadr bazasının formalaşdırılması ilə məşğuluq. 5 mindən artıq məntəqələr mövcuddur ki, bunlarda müşahidəçilər, məşvərətçi səs hüququ üzvləri təyin edəndə bu, 10 mindən artıq şəxs edir. Həmçinin imza toplaya biləcək şəxslər var. Yəni dünya praktikasına uyğun olaraq biz seçkilərə hazırlığı qabaqcadan başlayırıq. Birinci növbədə partiya təşkilatının sıralarına baxırıq. Artıq 84 təşkilatdan 63-də konfrans keçirilib, qalan 21-də də keçiriləcək. Bu ilin sonuna qədər yekunlaşdırmağa çalışacağıq. Partiyamızın yaranmasının 25 illik yubileyi gəlir, bununla bağlı bir sıra silsilə tədbirlərimiz keçiriləcək. Həmçinin layihələrin, proqramların hazırlanması, rayon təşkilatlarının qərargahları, maddi-texniki bazası, orada çalışan işçilərin təkmilləşdirilməsi, kursların artırılması, əlaqələrin genişləndirilməsi, rayon təşkilatlarının İdarə Heyətində hesabatların təqdim edilməsi, Qadınlar Şurası, Gənclər Birliyinin işinin aktivləşdirilməsi, sosial şəbəkələr və partiya həyatı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi ilə məşğuluq. Gələn ildən isə inşallah bütün fəaliyyətimiz seçki istiqamətində olacaq.

- Hələ ki partiyanın seçkilərdəki namizədi ilə bağlı konkret qərarınız yoxdur, eləmi?

- Yox, bu, partiyanın qurultayında müəyyənləşdirilir. Partiyanın qurultayının da çağırılması sədrin və yaxud Siyasi Şuranın qərarı ilə həyata keçirilir.

- Qurultay bu il baş tutacaq, yoxsa 2018-ci ilə qalacaq?

- İlin axırına qədər konfranslar qurtarmalıdır. Çünki nümayəndələr konfranslarda seçilir. Bu proses başa çatdıqdan sonra artıq qurultay haqqında fikirləşmək olar.

- Deputat həmkarınız Astan Şahverdiyev son açıqlamaları ilə yenə də diqqəti özünə cəlb elədi və buna görə hətta İntizam Komissiyasının sədri Ağacan Abıyevi qəzəbləndirdi. Siz vaxtilə İntizam Komissiyasının sədri olmusunuz. Necə bilirsiniz, niyə bəzi deputatlar qalmaqallı çıxışlarla gündəmdə qalmağa bu qədər həvəslidirlər?

- Bununla bağlı İntizam Komissiyası məşğul olur, onların səlahiyyətindədir. Vaxtilə mən bu komissiyanın sədri idim, amma indi İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm. Ona görə də mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...(gülür) O mövzularla bağlı nə maraqlandırsa, buyura bilərsiniz.

- Amma belə görünür ki, İntizam Komissiyasının sədri olarkən çəkdiyiniz əziyyətlər boşuna gedib, bəzi deputatlar yenə də öz ampulasındadır, hətta spikerin xəbərdarlıqlarına, prezidentin deputatların etik davranış kodeksini imzalamasına baxmayaraq...

- Bir şeyi deyə bilərəm, mən İntizam Komissiyasına elə sədrlik etmişəm ki, heç kəsin işi bu komissiyaya düşməyib.

- Çox humanist olmuşunuz...

- Yox, o qədər ciddi olmuşam ki, çalışıblar mənə işləri düşməsin (gülür).

- Molla, məsciddən söz düşmüşkən, siz bir neçə dəfə demişdiniz ki, bu sahədə qanunvericiliyə təkliflər olacaq. Bu sahədə vəziyyət necədir?

- İş gedir. Qəbiristanlıqlarla bağlı artıq proses tam təkmilləşib. Yəqin ki, nümunəvi qəbiristanlıqların yaranması və idarə olunması barədə Nazirlər Kabinetinin qərarı olacaq. Bütün instansiyalardan artıq rəy alınıb, tam hazır vəziyyətdədir. Ola bilsin bu, qanun şəklində olsun. Hələ ki məsələ müzakirədədir, inşallah sentyabrda ortaya çıxar. Siyasi partiyalar, o cümlədən QHT-lərlə bağlı təkliflər gündəlikdədir.

- Söhbət qanunların sərtləşdirilməsindən gedir?

- Təkmilləşdirmədən, şəffaflığın təmin olunmasından. Maliyyə məsələsi, maliyyə dövriyyəsi bu gün dünyada hər kəsi maraqlandırır. Çünki terrorizmin, ekstremizmin maliyyələşməsi kimi məsələlər qanunla qadağan olunur. Siyasi partiyaların maliyyələşməsi də qanunla tənzimlənir. Burada da şəffaflıq önəmli məsələdir ki, hər bir təşkilatın maliyyə mənbələri məlum olsun və onun məsrəfləri müəyyənləşsin.

- 2018-ci prezident seçkisi ilindən gözləntiləriniz nədir?

- Təbii ki, hər bir seçki ili qaynar keçir. Siyasi debatlar, siyasi ab-hava olduğundan seçki ili bütün dünyada digər illərdən daha “isti” keçir.

- Vaxtaşırı Azərbaycanın keçmiş məmurları, yaxud oliqarxlarla bağlı xəbərlər yayılır. Rusiyanın dəstəklədiyi sürpriz namizəd ortaya çıxa bilərmi?

- İnanmıram. Rusiya ilə Azərbaycanın münasibətləri, prezidentlər, dövlət və xalqlar arasındakı münasibətlər normaldır. Ara qızışdırmaq istəyən, erməni “barmağı” olan qüvvələr var ki, indiki münasibətlərin üstünə kölgə salmaq istəyir. Ona görə də dezinformasiya yayır, müxtəlif məqalələr dərc edir, yaxud televiziya verilişlərində qərəzli fikirlər söyləyirlər. O cümlədən Rusiyanın ayrı-ayrı dövlət strukturlarında kifayət qədər ermənilər yerləşib, telekanal və mətbuat orqanlarında ermənilər fəaliyyət göstərir, dolayısı ilə Azərbaycan və Türkiyəyə qarşı fikirlər söyləyir, ictimaiyyəti çaşdırmaq istəyir. Belələri təbii ki, olacaq, amma onlar iki dövlət arasını korlamaq imkanında deyillər. Həm də ki, seçkidə xalqın rəyi əsasdır, qalan məsələlərin mənası yoxdur. Bu gün Azərbaycan prezidentinin gördüyü işlər, atdığı addımlar, sosial layihələrin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı ilə əlaqədar qərarları və digər hadisələr ictimaiyyət tərəfindən bütövlükdə dəstəklənir. Xalqın dəstəyi olan yerdə digər kənar qüvvələrin heç bir rolu ola bilməz.

- Söhbətin əvvəlində dediniz ki, bu məsələyə qarışmırsınız. Amma bu da var ki, ayrı-ayrı məmurlar öz hərəkətləri ilə prezidentin gördüyü işlərə xələl gətirirlər.

- Bunlar hamısı hüquq-mühafizə orqanlarının işidir, onlar araşdırıb öz sözlərini deyəcəklər, qərarlarını verəcəklər. Bu məsələnin mənim sahəmə - istər partiya baxımından, istərsə də Milli Məclisdəki fəaliyyət baxımından - heç bir aidiyyəti yoxdur.

- Belə yanaşmalar da var ki, bu hadisədən sonra həmin məmur xalqın qarşısına çıxıb üzr istəməli və postunu təhvil verməli idi.

- Yenə deyirəm, mən bu məsələyə qarışmıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru