Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                 

“Nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar” - Keçmiş baş nazir
Tarix: 21-08-2017, 10:54 | Çap et
“Nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar”
Onu Azərbaycanın ən təcrübəli siyasətçilərindən biri hesab etmək olar. Amma təcrübəsinə rəğmən hələ də gənclik çılğınlığını qoruyub. Hər halda söhbət əsnasında bəzi suallarımıza verdiyi reaksiyalar bunu deməyə əsas verir.

10:54 Bölmə: Siyasət Oxunma sayı: 37 A-AA+
Beləliklə, “Ölkə.Az” xəbər portalının suallarını Azərbaycanın keçmiş Baş naziri (aprel 1993 – iyun 1993-cü il tarixlərində), Milli Məclisin sabiq deputatı Pənah Hüseyn cavablandırır:

– Gələn il Azərbaycanda prezident seçkiləri keçirilməsi nəzərdə tutulur. Seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

– Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı insanları əsasən bir məsələ xüsusi maraqlandırır. İnsanlar düşünürlər ki, görəsən indiki Prezidentin növbəti dəfə də namizədliyi irəli sürüləcəkmi? Görünür ki, indi bu məsələ bütün təbəqələri maraqlandırır. Hazırda isə seçki ərəfəsi əsas diqqət çəkən hadisə bundan ibarətdir.

Bütövlükdə baxsaq, hazırda dünya böyük sarsıntılar və toqquşmalar içərisindədir. Bunun ayrı-ayrı ölkələrdə və cəmiyyətlərdə üzə çıxmasını da narahatlıqla izləyirik. Bu baxımdan da sözügedən qlobal böhranların regiona, o cümlədən Azərbaycana da təsir edəcəyi məsələsini kənara qoymaq olmaz. Əgər bu gün Azərbaycanda seçkidən danışmağın mənasız olduğunu düşünsək də 5-6 ay sonra hansı vəziyyətin olacağını dəqiq proqnoz etmək çətindir. İstənilən an vəziyyət dəyişə bilər. Ona görə də Azərbaycanda seçki öncəsi vəziyyət fırtınadan əvvəlki sakitçiliyi xatırladır. Qlobal və regional problemləri kənara qoysaq, bu gün Azərbaycanın daxilində də siyasi-iqtisadi və elitaarası böhranların yarandığını müşahidə edirik. Bu cür proseslər istənilən an nəzarətdən çıxa bilər.

– Azərbaycanda keçiriləcək seçkilərə Rusiyanın müdaxilə imkanları nə qədərdir?

– Ümumiyyətlə, indiki vəziyyətdə Rusiyanın Azərbaycanda keçiriləcək seçkilərə müdaxiləsinə inanmıram. Çünki indi Azərbaycan iqtidarının apardığı siyasət Rusiyanı qane edir. Ona görə də düşünmürəm ki, Rusiya Azərbaycanda seçkilərə müdaxilə edəcək və sairə.

– Amma 2013-cü ildə keçirilən seçkilərdə Rusiyanın Azərbaycana təzyiqləri müşahidə olunmuşdu. Bunu bir çox iqtidar və müxalifət nümayəndələri də etiraf etmişdi...

– Nə olsun ki, 2013-cü ildə Rusiyanın seçkilərə təsiri olub? Nəticədə yenə də İlham Əliyev prezident seçilib. Həmin vaxt Rusiya prezidenti Vladimir Putin də Bakıya gəlib İlham Əliyevlə görüşmüşdü. Təkcə bu onu göstərir ki, hazırda Putinlə İlham Əliyev arasında münasibətlər yaxşı səviyyədədir. Yəni, hazırda Azərbaycan və Rusiya bir-birinin maraqlarına cavab verirlər. Bütün bunlar isə Azərbaycan müxalifətinin zərərinə işləyən məqamlardır. İndi yenidən Azərbaycanda keçiriləcək prezident seçkilərinə guya Rusiyanın təsir edəcəyi ilə bağlı məsələlər ortaya atılır. Bu heç də belə deyil. Real müxalifət bu məsələni düzgün qiymətləndirməlidir.

– 2013-cü ilin prezident seçkilərində Milli Şuranın namizədi olan Rüstəm İbrahimbəyov Rusiyada yaşaya-yaşaya Azərbaycan prezidentliyinə namizəd olmaq istəyirdi. Ancaq ona pasport verilmədi. Sizə elə gəlmirmi ki, Rusiya həmin vaxtı həm müxalifəti aldatmışdı, həm də bu yolla Azərbaycan iqtidarına da təzyiq göstərirdi?

– Mən sizinlə qəti razı deyiləm. Rusiyanın Rüstəm İbrahimbəyovu Azərbaycanda hakimiyyətə gətirmək istəyi blef idi. Sonradan da çoxlarının ağızına söz düşdü ki, Rusiya Azərbaycana təzyiq edəcək və sairə. Hesab edirəm ki, artıq bu məsələ ictimai rəyə təsir göstərmir.

– Son vaxtlar Sürət Hüseynovun, Rəhim Qazıyevin və digər bu kimi şəxslərin gündəmə gəlməsi də Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirilir. Bu məsələ ilə bağlı sizin düşüncələriniz nədən ibarətdir?

– Bilirsiniz, Sürət Hüseynovla bağlı məsələyə artıq cavab verdiyim üçün daha bu barədə danışmaq istəmirəm.
Rəhim Qazıyevi deyə bilmərəm, amma Sürət Hüseynovun indiki iqtidara loyal münasibəti əslində onun haradan qaynaqlanmasını göstərir.
Bilirsiniz ki, indiyədək Azərbaycanda bir neçə dəfə inqilab olub. Onlardan biri də xaricdən - Rusiyadan olan adamların köməyi ilə Sürət Hüseynov tərəfindən törədilən siyasi dövlət çevrilişidir.

Rəhim Qazıyevlə bağlı məsələ isə bir qədər fərqlidir. O, 1992-1993-cü illərdə Azərbaycanda iqtidarda olan hakimiyyətin komandasının vəzifəli üzvlərindən biri olub. Onunla bağlı məsələ şəxsi motivlərlə bağlıdır. Rəhim Qazıyevin hazırda Azərbaycan iqtidarına xidmət etməsi qənaətində deyiləm. Çünki Rəhim Qazıyevin indiki iqtidara qarşı tənqidi fikirləri bunu deməyə əsas verir. Ancaq bütün bunlar onun müsbət rolu olmasından xəbər vermir. Hesab edirəm ki, Rəhim Qazıyev 1992-1993-cü illərdə olduğu kimi, yenə də Azərbaycanın milli maraqlarına və mənafelərinə uyğun olmayan fəaliyyət göstərir. Çünki onun AXC-Müsavat və Əbülfəz Elçibəy hakimiyyəti və komandası haqqında söylədiyi xoşagəlməz fikirləri bunu deməyə əsas verir. Ona görə də Rəhim Qazıyevin fəaliyyəti Azərbaycanın milli və demokratik qüvvələrinin əleyhinədir. Azərbaycanın demokratik və milli maraqları strateji maraqlara uyğun olduğu üçün bu həm də Azərbaycanın dövlət maraqlarına qarşı olan mövqedir.

– Sülhəddin Əkbər Rəhim Qazıyevi AXC-Müsavat hakimiyyəti dövründə vətənə xəyanət etməkdə ittiham edir. Siz bu ittihamlarla razısınız?

– Bilirsiniz, istənilən addımın hüquqi və siyasi məzmunu olur. Hesab edirəm ki, həmin dövrdə Əbülfəz Elçibəy hakimiyyətinə qarşı mübarizə aparmaq və onun devrilməsinə xidmət etmək Azərbaycanın milli və dövlət maraqlarına tam zidd idi. Bununla bağlı istənilən siyasi xarakterli ifadələr də işlətmək mümkün idi. Bu baxımdan da 1993-cü ilin hakimiyyət dəyişikliyinə dəstək vermək hüquqi mənada milli xəyanət idi.

Digər tərəfdən isə istənilən hakimiyyət daxilində müəyyən qruplar və ya şəxslər olur ki, onlar illərlə o hakimiyyətdə vəzifədə işləyirlər. Ancaq onlara görə müəyyən fikirlərin yaranması ilə razı deyiləm. Çünki Rəhim Qazıyev bizim hakimiyyətdə olduğumuz dövrdə vəzifəsindən azad olunub. Biz hələ iqtidarda idik, Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən getmişdi.

– Razılaşırsınızmı ki, Azərbaycanda bir çox müxalifət partiyalarının özündə belə demokratik mühit yoxdur? Misal üçün siz 19 ildir ki, partiya sədrisiniz..

– Mən bununla qəti razı deyiləm. Ayrı-ayrı inkişaf etmiş demokratik ölkələrdə də partiya sədrinə fərqli münasibət var. Misal üçün, Türkiyədə partiyanın böyük-kiçikliyindən asılı olmayaraq, partiya sədrinə münasibət yüksək səviyyədədir.

Siz müxalifət partiyalarının daxilində guya demokratiyanın olmadığını düşünürsünüz. Bu doğru deyil. Deyirsiniz ki, partiya liderləri nə üçün dəyişmir? Məgər prezident dəyişib? Bu cür yanaşmalar düzgün deyil. Ümumiyyətlə, hakimiyyətlə müxalifətdə olan siyasi partiyaların Nizamnamələrinin müqayisəsi yanlışdır. Hakimiyyətdə olmağa müəyyən vaxt qoyula bilər. Siyasi partiya sədrləri üçün isə bunu tələb kimi qoymaq düzgün deyil. Bu həm də müasir demokratiyanın əsas funksiyalarından biridir.

Mən sizə bir həqiqəti deyim. Əgər Azərbaycanda vəzifəli şəxslərin öz qohumlarını yüksək vəzifələrə təyin etməsinin qarşısı alınmasa, yaxın illərdə nazirlər açıq şəkildə öz yerlərinə övladlarını, qohumlarını hazırlayacaqlar. Artıq əksər nazirlərimiz də qocalıb. Yəqin ki, gec-tez əvəz olunacaqlar. İnanın ki, nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar. Əgər bu prosesin qarşısı alınmasa, vəziyyət adiləşəcək. Azərbaycanda da bu prosesin başlanması istisna deyil. Sözümün canı da odur ki, bu məsələni qoyub, siyasi partiya sədrlərini neçə illərdir ki, sədrlikdən getməməklə bağlı günahlandırmaq absurddur. Mən 1998-ci ildən partiya sədriyəm. Ancaq burada heç bir qəbahət görmürəm. Digər tərəfdən isə arada mən bir müddət partiya sədri olmamışam, məni əvəz ediblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru