"Onların yaratdığı Milli Şuranı iflas olmaqdan Cəmil Həsənli xilas edib”
Tarix: 7-01-2014, 08:57 | Çap et
Cəmil Həsənli: «Yeni Müsavat» qəzetindən mənə dedilər ki, siyahını onlara EL Hərəkatının Idarə Heyətinin üzvlərindən biri ötürüb»
“Milli Şuranın Koordinasiya Şurasının (Idarə Heyəti) formalaşdırılmasında heç bir gizli iş yoxdur”. Bu sözləri “Azadlıq”a Milli Şuranın sədri Cəmil Həsənli qurumun Idarə Heyətinin formalaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Məlumat üçün deyək ki, artıq müsavat.com saytı Idarə Heyətinin siyahısını yayıb. Milli Şuranın üzvü, EL Hərəkatının sədri Eldar Namazov baş verənlərdən narazılığını gizlətməyib. O, virtualaz.org saytına açıqlamasında bildirib ki, bu proseslər açıq şəkildə aparılmalı idi: “Belə bir qərar geniş ictimai müzakirədən keçirilməli və ya məsləhətləşmələr aparılmalı idi. Bundan sonra bu qərar açıqlanmalı idi. Bu qərarı qapalı saxlamaq istəyənlər də var idi, mətbuata ötürmək istəyənlər də. Bu da məndə dərin təəssüf hissi doğurur”. Cəmil Həsənli isə bizimlə söhbətində deyib ki, Milli Şuranın ötən sessiyasında qurumun strukturlarının formalaşdırılması qərarına gəlinib: “Bəlli olduğu kimi artıq Milli Şuranın sədr aparatı formalaşdırılıb. Milli Şuranın Koordinasiya Şurasına gəlincə, indi buna Idarə Heyəti də deyirlər, bununla bağlı müzakirələr gedir. Hamı ilə, o cümlədən Eldar Namazovla məsləhətləşmələr aparılır. Bir məqamı da qeyd edim ki, bu məsələ hələ Tiflis görüşündə Rüstəm Ibrahimbəyov, Isa Qəmbər, Eldar Namazov və Milli Şuranın digər üzvləri ilə müzakirə edilib. O dövr üçün Məşvərət Məclisi adlandırılırdı. Müzakirələr nəticəsində belə qərara gəlinmişdi ki, Məşvərət Məclisi, Koordinasiya Şurası yaxud Idarə Heyəti Milli Şurada təmsil olunan partiya və hərəkat rəhbərlərindən, komissiya sədrlərindən formalaşdırılsın. Yəni bu yeni məsələ deyil. Və bu məsələ Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Isa Qəmbər, Eldar Namazov və digər partiya, hərəkat rəhbərləri, gənclər təşkilatlarının sədrləri ilə müzakirə edilib. Heç kimdən gizli iş tutulmayıb və gizli siyahı hazırlanmayıb”. Cəmil Həsənli əlavə edib ki, Koordinasiya Şurasının formalaşdırılması ilə bağlı irəli sürülən təkliflər Milli Şuranın növbəti sessiyasında müzakirəyə çıxarılacaq: “Yəni hələ qərar verilməyib. Çünki bu sədrin yox, sessiyanın səlahiyyətində olan məsələdir. Eldar Namazovun narazılığına gəlincə, açığı o, istəyir ki, EL Hərəkatının rəhbərliyində təmsil olunan şəxslərin hamısı Koordinasiya Şurasının tərkibində olsun. Hazırda isə hər partiya və hərəkatdan iki nəfərin Koordinasiya Şurasında təmsil olunması təklif edilir. Bir daha qeyd edirəm ki, bu təklifdir. Sessiya təklifləri qəbul edəcəksə konkret qərar veriləcək. Əks təqdirdə yenidən təkliflər hazırlanacaq”. Cəmil Həsənli əlavə edib ki, partiya və hərəkat rəhbərlərinə göndərilən siyahının mətbuata ötürülməsindən təəssüf edir. Amma bunu kimlərin etdiyini də bilir. “Yeni Müsavat” qəzetindən mənə dedilər ki, siyahını onlara EL Hərəkatının Idarə Heyətinin üzvlərindən biri ötürüb" deyən Cəmil Həsənli hələlik ad çəkmək istəmədiyini bildirib. Milli Şuranın sədri Eldar Namazovun “2013-cü ilin mayında yaratdığımız Milli Şura artıq yoxdur” fikrinə də toxunub. “Mən bütün məsələlərə münasibətdə təmkinli olmağa çalışıram. Amma Eldar Namazov ədalət naminə gərək onu da deyəydi ki, onların yaratdığı Milli Şuranı iflas olmaqdan Cəmil Həsənli xilas edib”, - deyə Cəmil Həsənli vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|