“Mən heç kimin tərəfini saxlamaq fikrində deyiləm” - Zəlimxan Məmmədli
Tarix: 15-02-2014, 12:50 | Çap et
Müsavat-AXCP, Eldar Namazov-Cəmil Həsənli qarşıdurmasının ardınca jurnalist Xədicə İsmayılın ABŞ xüsusi xidmət və kəşfiyyat orqanları əməkdaşlarına ötürdüyü hesabat gündəmin əsas mövzusuna çevrilib. AXCP sədri Əli Kərimlinin təsiri altında jurnalistin tərtib etdiyi bu hesabatda siyasətçilərin, vətəndaş cəmiyyəti sektorunun, QHT-lərin, KİV-lərin ümumilikdə 100-ə yaxın nümayəndəsinin adı çəkilib və onların iqtidara işlədiyi bildirilib. Siyahıda adları çəkilən partiya sədrlərinin hadisəyə kəskin rəy bildirməsi isə müxalifət düşərgəsində vəziyyəti yenidən gərginləşdirib. Müxalifət funksionerlərinin bir-birinə münasibəti, liderlərin qarşılıqlı ittihamları, Amerika kəşfiyyatçılarına ötürülən hesabat və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Zəlimxan Məmmədli cavablandırır.
- Prezident seçkilərindən sonra Milli Şurada parçalanma, liderlərin bu qurumu ard-arda tərk etməsi, Sizcə nə ilə bağlıdır? - Bütün bunlar uzun zaman ayrı-ayrı firqələr, fərdlər, liderlər arasında olan gərginliyin olmasından, əməkdaşlıq formaları tapılanda isə strateji planlaşdırmanın olmamasının təzahürüdür. Eyni zamanda bu, siyasi və politoloji anlamda seçki texnologiyaları prinsipinə uyğun gəlməyən davranış amilləridir. Ən ciddi məsələlərdən biri isə ölkə içi siyasi qütblər arasında mübarizənin rəqabət deyil, daha çox düşmənçilik, qisasçılıq səviyyəsində olmasıdır. Bu bir kompleks olaraq Azərbaycanda siyasət institutunun cazibəli olmasına gətirib çıxarmır. Əksinə, insanlar siyasətdən daha çox qaçmağa, uzaqlaşmağa meyl edirlər. Beləliklə də “siyasət çirkin bir oyundur” fəlsəfəsi meydana çıxır. Şəxsən mən bu cür düşünməsəm də, insanlarımızın əksəriyyətində belə bir rəy formalaşır.
- Milli Şuradan ayrılanlarla hazırda bu qurumda təmsil olunan tərəflər arasında qarşılıqlı ittihamlar bu gün də davam etməkdədir. Sizcə belə münasibətin kökündə nə dayanır? - Təbii ki, bu, təəssüf doğuran haldır. Azərbaycan siyasətində, siyasətin bu günə düşməsində bir sıra adı çəkilən və çəkilməyən fiqurların ciddi məsuliyyəti var. Milli Şura yarananda ilkin ideya olaraq, dairələrdən vaxtilə deputatlığa namizədliyi verilmiş, lakin uğur qazana bilməyən insanların birliyi nəzərdə tutulurdu. Ancaq sonrakı proseslərdə bu ideyadan kənara çıxıldı. Göründüyü kimi ardıcıllıq olmadı, siyasi prinsiplər aydın şəkildə ortaya qoyulmadı. Milli Şura başlanğıcda bir əməkdaşlıq modeli idisə, sonradan siyasi bloka çevrildi. Hərçənd, bu siyasi blok da deyildi. Çünki bir sıra parametrlərə cavab vermirdi. Şəxsən mənim müşahidələrimə görə, burada hər hansı bir partiyanın, fərdin, liderin mütləq məsuliyyəti yox idi ki, o, əbədi və əzəli Milli Şurada qalacaq. Mən heç kimin tərəfini saxlamaq fikrində deyiləm. Hər zaman bu cür davranışa protest edənlərdən olmuşam. Narazılığımın kökündə də qeyri-səmimilik dayanıb. Əgər hər hansı partiya öhdəlik götürübsə ki, əbədiyyən filan-filan təşkilatlarla bir yerdə olacam və bunu pozursa, o zaman həmin partiyaya müəyyən ittihamlar irəli sürmək olar. Hərçənd ki, bu ittihamları da normal qəbul etmirəm. Bəd ayaqda, - “yanlışlıq etdi” - kimi qələmə vermək olar.
- Əgər mətbuata diqqət yetirsək, Müsavat və AXCP funksionerləri Sizin dediyinizdən fərqli olaraq, bir-birini açıq-aşkar satqınçılıqda, xəyanətdə ittiham edirlər... - Mən bayaq qeyd etdiklərimin fövqündə əgər iki cinah öz arasında ədəb-ərkan qaydalarını, milli-mənəvi dəyərlərimizi, siyasət elminin incəliklərini pozaraq şəxsiyyəti aşağılamaq, müxtəlif yarlıqlar yapışdırmaq yolunu tutursa, bu, həm də utanc gətirən hadisədir. Mən də müxalif düşüncəli bir adamam. Cəmiyyətdəki naqisliklərə qarşı müxalif mövqeyimi ortaya qoyuram. Bu zaman fərdləri hədəfə götürmürəm. Demokratik islahatlar tələb etmək ayrı şeydir, amma müxalif olduğuma görə insanları, partiya sədrlərini təhqir etmək, onların ünvanına ittihamlar səsləndirmək yolverilməzdir. Biz indi müşahidə edirik ki, insanlarımız bir-birini aşağılayırlar. Məgər Müsavat Partiyasının Milli Şurada əbədi qalmaq barədə öhdəliyi var idimi? Mən bilən, belə bir öhdəlik yoxdur. O zaman qarşı tərəf Müsavat Partiyasını nədə ittiham edir? Bütün bunlar yenə də o məsələyə gəlib çıxır ki, eyni ideoloji prinsiplərə söykənən, bunu öz proqramlarında qeyd edən Müsavat, AXCP, KXCP arasında dəhşətli və amansız soyuq küləklər, mahiyyət etibarilə həmin ideoloji sistemin sarsılmasına qədər apara bilər, yaxud onun elementləri indi görünməkdədir. Bu insanlar məsuliyyətlərini də dərk etməlidirlər ki, qəzetdə səsləndirdikləri hər bir ifadəni cəmiyyət oxuyur. Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ərəfəsində ən azından bu dahi şəxsiyyətin ədəb-ərkanını, oturuşmasını, cəmiyyətə, rəqibə münasibətini, tolerantlığını, bərabərliyi, birliyi və sair şüarları önə gətirməlidirlər. Davranışlarında da bunlara əməl etməlidirlər. O insanlar ki, Məhəmməd Əmin Rəsulzadədən çox danışıb, onun dediklərinə əməl etmirlər, belələrinin nə siyasətə, nə də dahi şəxsiyyətə aidiyyətləri yoxdur.
- Milli Şuradan son olaraq Eldar Namazov istefa verib. Onun mətbuata müsahibəsində qurum daxilindəki bəzi proseslərə toxunması isə Cəmil Həsənlini hiddətləndirib. Hazırda hər iki şəxs bir-birini Milli Şuranı zəiflətməkdə ittiham edir. Sizcə “EL” Hərəkatı sədrinin qəfil mövqe dəyişməsi nə ilə əlaqədardır? - Bu da əməkdaşlığın fundamental prinsiplərdən uzaq olmasının təzahürüdür. Seçki artıq bitib. Zəlzələdən-vəlvələdən nəticə göz önündədir. İddialar, müxtəlif rəylər də ortadadır. Bu, tamam ayrı bir məsələdir. Əgər seçki bitibsə, ayrı bir dönəm başlayır. Yeni dönəmdə ortada iş olmayınca insanlar müzakirə edilməyə başlanır. Mənə elə gəlir ki, bir-birini ələşdirmələr yüksək, intellektual, kamil düşüncənin məhsulları deyil. Bunu edənlər də təsadüfi insanlar deyillər. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Belə vəziyyətdə mən onların, hələ də nə istəyirlər? - sualına cavab tapa bilmirəm.
- Jurnalist X.İsmayılın ABŞ kəşfiyyatına ötürdüyü hesabatla bağlı fikirləriniz necədir? - Birinci dəfə deyil ki, o persona bu cür diqqəti cəlb edən layihələrlə çıxış edir. Hər halda Azərbaycan iqtidarının müxalifət içərisində təsir gücünün olmasını inkar etmək olmaz. Lakin hesabatda konkret adları çəkilən şəxslərin hara və kimə işləməsi barədə fikir yürütmək, məncə düzgün deyil. Hər halda həmin insanların keçmişi, bu günü, zaman-zaman tutduqları mövqeləri də bəllidir. Yaranmış vəziyyətdən sadəcə təəssüf edirəm. Təfəkkür dəyişmədiyi üçün, yeni model ortaya qoyulmadığı üçün eyni proses davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|