"Naxçıvanda koalisiyon hökumətə bənzər bir sistem qurmuşduq"
Tarix: 21-02-2014, 09:05 | Çap et
Son günlər araşdırmaçı jurnalist Xədicə İsmayılın casus qalmaqalından sonra Xaliq Bahadırın da Moderator.az-a vaxtilə prezident Elçibəyə təqdim edilən 140 agentin içində AXC iqtidarının ən önəmli şəxslərinin də adının olmasına baxmayaraq onların açıqlanmasına toxunması bu mövzunu daha da aktuallaşdırıb.
“Xalq Arzusu” Hərəkatının lideri, 1991-ci ildə AXC Naxçıvan şöbəsinin sədri ikən Muxtar Respublika DTK-sının arxivlərini “ələk-vələk” etmək fürsəti qazanmış Asəf Quliyev də şok açıqlamalarla oxucularımızın hüzuruna gəlib, buyurub oxuyun:
“Təkcə DTK arxivlərinin açılması məsələsi deyil ki? Elə günü bu gün də bu və ya digər uğursuzluqları o dövrlərlə bağlmaq istəyi davam edir. Çoxları bununla itihamı öz üzərindən ataraq sanki yüngülləşmək istəyir. Bu gün bu barədə fikir yürütmək çox asandır, amma nəzərə almalıyıq ki, onda sovetlərin tərkibindən yeni çıxmışdıq və sözsüz ki, həmin adamların adları olan siyahının elan olunması qarşısıalınmaz proseslərə gətirə bilərdi. Bu gün müxalifətin içərisində hakimiyyətə işləyən kifayət qədər adamlar var və onların bir çoxunu da siz tanıyırsınız, bilirsiniz. Amma gəlin görək kimliklərini və keçmişlərini bildiklərimizi siyasi səhnədən uzaqlaşdıra bilirikmi? Sizə faktlarla deyəcəm. 1991-ci ildə biz Naxçıvanda DTK-nın binasını bağladıq. Binanı birdən götürdük və içəridəki əməkdaşları bir andaca çölə çıxararaq qapıya möhür vurduq. Naxçıvan Ali Məclisində də DTK arxivlərinin yoxlanmasıyla bağlı bir komissiya yaradıldı ki, Ali Məclisin sədr müavini Qafar Məmmədov həmin komissiyaının sədri odu. 9 nəfərdən ibarət də bir komissiya təşkil olundu. Həmin dövrdə Heydər Əliyev tərəfindən təkidlə mənə Milli Təhlükəsizlik Naziri vəzifəsi təklif olunmuşdu. Ona görə də qərara alınmışdı, daha doğrusu tapşırılmışdı ki, Qafar müəllim komissiyanın sədri olsa da gələcək DTK sədri kimi əsas məxfi sənədlərə mən baxım və təkbaşına araşdırma aparım. Beləliklə, komissiyanın 10 günlük yoxlamalarından sonra növbə gəlib əsas otağa-agentura şəbəkələrinin sənədləri olan bölməyə çatanda qərara alındı ki, həmin otaqda mən təkbaşına araşdırma aparam. Orda nələr yox idi? Ordakı kitablarda Naxçıvan DTK- sı ilə əməkdaşlıq edən insanların siyahısı var idi. Həmin sənədlərdə 3 formada əməkdaşlıq nəzərdə tutulurdu. Onların birinin üstündə qırmızı, birində göy, üçüncüdə isə sarı xətt çəkilmişdi. Birincidə bir xətt çəkilirdi, ikincidə iki xətt, üçüncüdə isə üç xətt çəkilirdi. Üç xətt olan sənədlərdə həm də ”Doverennoe litso” yazılmışdı, yəni bu adamlar o qədər özlərini qarşı tərəfə elə inandıra bilmişdilər ki, onların gətirdikləri informasiyanı, donosları yoxlamağı da lazım bilmirdilər, avtomatik qəbul olunurdu. Təsəvvür edin ki, təkcə Naxçıvan şəhərində 1800 nəfər inanılmış şəxs vardı. Məsələn, yadımdadır ki, Culfada 301 nəfər inanılmış adam vardı. Özü də nəzərə alın ki, həmin inanılmış adamların heç biri fəhlə sinfindən və ya orta təbəqədən deyildi. Hamısı o dövrdə Naxçıvanın tanınmış ziyalıları, universitetdə, elm mərkəzində işləyənlər, yüksək dövlət idarələrində və rəhbər postlarda işləyənlər idi. Hətta elə adamlar vardı ki, Naxçıvanda çox məhşur adamlar idi, ancaq övladı AXC-nin nəinki üzvü, hətta aktivlərindən idi. O vaxt mən bir adamın adını çəkdim və ona dedim ki, sən filan “kliçka” ilə DTK-nın agenti olmusan. Onda AXC-nin İdarə Heyətində mənə etiraz etdilər ki, bu yaxşı hal deyil. Bunun ailəsi, uşağı var və bu məsələlərin açılması yüzlərlə ailə faciəsinə səbəb ola bilər. Ondan sonra bu məsələnin üstünə çox getmədim və mən də razılaşdım ki, bunların açılması zaman məsələsidir. Siz təsəvvür edin, həmin siyahı demək olar ki, təxmini yadımdadır, orda elə adamların adı vardı ki, indi Milli Məclisdə oturub. Amma mən də hesab edirəm ki, bəzi fəal siyasiləri fərdi qaydada dəvət edib söhbət aparmaq olardı ki, sən vaxtilə bu işlərin içində olmusan, bu gün sənin partiya rəhbərliyində və ya başqa taleyüklü ictimai-siyasi təşkilatın başında olmaq haqqın yoxdur, get özünə peşə tap. İndi siz təsəvvür edin, Naxçıvanda 1800 nəfər idisə, görün Azərbaycan üzrə neçə on minlərlə inanılmış və verbovka edilmiş, öz iradəsiylə hərəkət etmək haqqı əlindən alınmış aktiv adam vardı? Bunları birdən-birə açıqlamaq olardımı? Ölkədə xaos yaranardı. Ona görə də illər uzunu bu arxivlərin açılmasının zəruriliyini iddia edənlər bu həssaslığı da nəzərə almalıdır və AXC iqtidarını, şəxsən Elçibəyi buna görə qınayanları anlamaqda çətinlik çəkirəm. Bilirsiniz, kimsə deyə bilməz ki, gələcəkdə onun da övladı bu işə cəlb edilənlərin arasında olacaq, ya yox. Tutaq ki, sovetlərin təzə yarandığı o kəsakəs vaxtı Fəhmin Hacıyevin atası İranda səfirlikdə işləyib və kommunist olub, ancaq onun övladı-Fəhmin Hacıyevin özü Azərbaycandakı milli azadlııq hərəkatında aktiv işirak etmiş, Azərbaycan dövlətçiliyi uğunda mübarizə aparmış bir insandır. Müqayisə üçün gəlin görək 1920-ci illərdə demokratik cümhuriyyət quran kişilərin övladlarının harda olduğunu və nə işə qulluq etdiyini biz bilirikmi? Bir şey də var. Tutaq ki, biz bu gün hansısa partiyaa sədrinin MTN-lə əməkdaşlığını bilirik. Amma onun adını açıb desək də əks effekt verəcək. Yəni onun tərəfdarları başlayacaqlar ağızlarına gələni, gözlərinə görünəni yazıb baş aparmağa, ictimai rəyi çaşdırmağa.” Bu yerdə Asəf bəydən niyə sonradan Heydər Əliyevin təklifini qəbul etməməsi səbəbini də soruşmağın məqamı gəldi və sualımıza cavabı belə oldu: “Yox, mən özüm imtina etdim. O vaxt AXC Naxçıvan şöbəsinin sədriydim. Məni ordan kənarlaşdırmaq üçün ən yaxşı və asan yol mənə mühüm post verib proseslərdən kənarlaşdırmaq idi. Təklikdə iki dəfə Heydət Əliyevlə də görüşdüm və bildirdim ki, mənim xüsusi xidmət orqanlarında təcrübəm yoxdur və mənə orda işləmək çox çətin olacaq. Yoxlama prosesində mən çoxsaylı əməkdaşlarla təmasda olmuşdum və onların necə peşəkar bir zabit olduqlarını görmüşdüm.Vicdanıma da sığışdıra bilməzdim ki, mən gedib onlara rəhbərlik edim. Təəssüf ki, onların çoxu sonradan xidmətdən kənarlaşdılar. Bir məsələ də o idi ki, biz razılaşma əsasında Naxçıvanda koalisiyon hökumətə bənzər bir sistem qurmuşduq və hakimiyyət demokratlarla kommunistlər arasında bölünmüşdü. Amma biz gördük ki, cəbhəçilərdən hakimiyyətdə olanlar qısa zamanda dönüb liberal olurlar və sanki AXC ilə onların arasındakı bağlar qırılır. Ona görə də təşkilatın nüfuzu üçün vəzifədən imtina etdim”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|