Gənc nazirin çevrəsində tamah daş yarır... - FOTOFAKT
Tarix: 2-10-2019, 10:19 | Çap et
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 11 aprel 2018-ci il seçkilərindən dərhal sonra islahatlara başladı və bir sıra nazirliklərdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də korrupsiya halları səbəb göstərilərək dəyişikliklər edildi. Nazir Səlim Müslümov yeni gənc kadr hesab edilən Sahil Babayevlə əvəzləndi. Nazirlikdə baş verən bu dəyişikliklərdən sonra sadə insanlarda bir ümid yaranmışdı ki, daha əvvəlki korrupsiya hallarına son qoyulacaq, pensiya və ünvanlı yardımların təyinatında şəffaflıq yaranacaq. Amma zaman bu ümidlərin puça çıxdığını göstərir. Nazir təyin edildikdən sonra bir sıra dəyişikliklər edən Sahil Babayev korrupsiya ilə mübarizə aparmalı olan mühüm vəzifələrə bəzi keçmişi qaranlıq olan şəxsləri təyin edəndən sonra bu nazirlikdə nəyinsə dəyişəcəyini gözləmək mənasızdır. Maraqlıdır ki, gənc nazirin ilkin fəaliyyəti sələfi Səlim Müslümovun ilk vaxtlarına bənzəyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı cumhuriyyet.az-a maraqlı məlumatlar daxil olub.Nazir Sahil Babayev hər yerdə fəxrlə saxta əlilliyə qarşı mübarizə apardıqlarını və 1300 nəfər vətəndaşın əlilliyini ləğv etdiklərini bəyan etmişdir. Lakin bildirək ki, “Əlillər klubu” sözün həqiqi mənasında nazirliyin Daxili audit şöbəsində fəaliyyət göstərir. Belə ki, Daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır. Redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri İsmayılov Eyvaz Firqət oğlu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri, Nazirlik yanında DSMF-nin monitorinq qrupunun rəhbəri Məmmədov Fikrət Qənimət oğlu ilə bağlı ilginc məlumat daxil olub. Belə ki, cumhuriyyet.az-a təqdim olunan sənədlərdə hər iki şəxsin özünə ikinci qrup əlillik pensiyası düzəltdiyi görünür...
Şəxslərə 2-ci qrup əlil olmaları barədə tibbi rəy verilməsi üçün onlar ən azı 6 ay ərzində stasionar müalicədə olmalıdılar,hansı ki,bu müddət ərzində şəxs stasionar müalicədə olduğundan təbii ki,onun hər hansı bir işdə fəaliyyət göstərməsi qeyri mümkündür.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri İsmayılov Eyvaz Firqət oğlu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri və monitorinq qrupunun rəhbəri Məmmədov Fikrət Qənimət oğlu saxta əlillik almaqla həm ən azı bu 6 ay ərzində və eləcə də əlillik təyin olunan vaxtdan saxta əlillik aşkar olunanadək yəni 2019-cu ilin sentyabr ayına kimi büdcənin küllü miqdarda vəsaitini mənimsəyiblər. Amma sözügedən qurumda anoloji hallar bununla bitmir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəli şəxslər olan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaş saxta yolla əlillik əldə etmiş şəxslərdir. Redaksiyamıza Daxili audit şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşları tərəfindən təqdim olunan “Heybət İmanov, Cəmil Kərimov və Rüfət Bəbirov triosu”nun əlilliyi olan şəxslər olduğunu təsdiq edən sənədlərdə bir sıra maraqlı məqamlar əksini tapmışdır. 1. Heybət İmanov: II qrup əlildir. Əlillik sənədinə görə əqli cəhətdən zəif, idrakın enməsi, qabarıq yaddaş pozuntuları olan, görmə qabiliyyəti zəif, psixi pozuntuları olan, adi şəraitdə işləyə bilməyən əmək qabiliyyətsiz şəxsdir. İşin gülməli tərəfi odur ki, bu adam guya alimdir, fəlsəfə elmləri doktorudur. Faciə isə ondan ibarətdir ki, belə bir şəxs idarəetmə orqanlarında səlahiyyətli vəzifə sahibi təyin olunmuşdur. 2. Cəmil Kərimov: II qrup əlildir. Gərginlik stenokardiyası, III dərəcəli kəskin ürək çatışmazlığı, hipertoniya diaqnozu olan əmək qabiliyyətsiz şəxsdir. Bu adam “müfəttiş”dir, guya nöqsanları axtarıb tapır. 3. Rüfət Bəbirov: II qrup əlildir. Hipertoniya II mərhələ, ağır ensofalopatik hal, yüksək risk faktoru ilə stenokardiya, xroniki beyin qan dövranının pozğunluğu diaqnozu ilə əmək qabiliyyəti olmayan şəxsdir. Kənardan baxıb qiymətləndirdikdə hər üç şəxsin sağlamlıq durumunun ağır olduğu, hətta yataq xəstələri kimi diqqəti cəlb etdikləri açıq-aydın görünməkdədir. Hörmətli nazir Sahil Babayev bu məsələyə ciddi reaksiya verməlidir, əks halda, belə hesab edilə bilər ki, gənc nazir ciddi səlahiyyətli dövlət vəzifələrini icra etmək üçün sağlam adam tapa bilməmişdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|