İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Tarix: 1-11-2019, 11:17 | Çap et
Bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlama verib ki, bu il ərzində 2500 nəfər saxta əlillik statusu alan şəxs ifşa olunub: “Nəticədə dövlət büdcəsinə 13 milyon manata yaxın qənaət edilib. Ölkəmizdə müxtəlif əlillik dərəcələri olan, təxminən 620 min nəfər insan var. Bəziləri xroniki, patoloji, bəziləri qəzalar, işdə baş verən xəsarətlər və digər səbəblərlə əlaqədardır”.
Mövzu ilə bağlı AYNA-ya danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, vətəndaş əlillik statusu almaq üçün yaşayış yeri üzrə tibbi müəssisəyə müraciət etməlidir: “Hərtərəfli müayinədən sonra tibb müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik üçün lazım olan sənədləri göndərir. Bu, 88 nömrəli forma, tibbi arayış, diaqnoz və müayinə nəticələri qeyd olunan sənəddir. Bu sənədlər mütəxəssislərimiz tərəfindən nəzərdən keçirilir”. “Eyni zamanda, ekspertlərə əlillik statusu üçün ərizə ilə müraciət edənin şəxsi məlumatları barədə məlumat verilmir. Ad, soyad və ev ünvanı kodlaşdırılır. Ekspertlərimizin qərarına əsasən əlillik statusu verilir”, - deyə F.Talıblı bildirib.
ƏƏSMN-in şöbə müdiri Sabir Qocayev isə AYNA-ya, əlilliyin necə ləğv olunması barədə məlumat verib: “Bizə təqdim olunan bütün sənədləri diqqətlə yoxlayırıq. Səhiyyə Nazirliyi əlillik üçün təqdim olunan sənədlərin əsassız olduğunu aşkar edərək bu barədə bizə məlumat verir. Bundan sonra Nazirliyimiz əlillik statusunun ləğvi barədə qərar qəbul edir. Əlimizdə olan bütün məlumatları prokurorluq orqanlarına göndəririk”.
Lakin həmsöhbət olduğumuz hüquqşünaslar hesab edirlər ki, əlillikdən məhrumetmə prosesi fərqli olmalıdır. Yəni əlillik üçün təqdim olunan sənədlərin əsassız olması Səhiyyə Nazirliyi tərəfindən aydınlaşdırılmamalıdır, bunu hüquq mühafizə orqanları etməlidir.
“Səhiyyə Nazirliyi yalnız təqdim edilmiş sənədlərin ekspertizası tələbi ilə prokurorluğa müraciət edə bilər. Əlillik üçün təqdim olunan sənədlərin əsassızlığı yalnız hərtərəfli müayinədən sonra sübut edilə bilər. Nə Səhiyyə Nazirliyi, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə səlahiyyətlərə malikdir. Sənədlərin əsassızlığı təsdiqlənərsə, bu, cinayətdə iştirak edənlərin hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə vəkil Kamandar Nəsibov bildirib.
Vəkil Elmar Süleymanov isə o fikirdədir ki, əlillik statusundan məhrumetmə məsələsinə məhkəmədə baxılmalıdır: “Müayinə nəticəsində əlil statusu almaq üçün təqdim olunan sənədlərin etibarsızlığını sübut edən faktlar aşkar edilərsə, məhkəməyə göndərilməlidir. Yalnız məhkəmə bu faktların etibarlılığını təsdiqlədikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik statusunun ləğvi ilə bağlı qərar verə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|