Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə - Ortada pul söhbəti var
Tarix: 19-12-2019, 10:46 | Çap et
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 86 saylı uşaq bağçasında məşkunlaşan məcburi köçkünlərdən AYNA-ya şikayət daxil olub. Şikayətdə deyilir ki, uşaq bağçasının bir korpusunda yaşayan məcburi köçkünlərin mənzillərinin tavanı bərbad vəziyyətdədir.
“1998-ci ildən burada yaşayan 12 məcburi köçkün ailəsinə verilən otaqlarının təmirə ehtiyacı var, yağış yağanda otaq su içində olur, yığılan vedrələrlə suyu boşaltmaqdan bezmişik. Otaqların çoxunun dam örtüyü pis vəziyyətdədir, təzələnməyə ehtiyac var”, - deyə şikayətdə bildirilir.
Onlar qeyd edirlər ki, bağçanın müdiri binaya ayrılan təmir pullarını ancaq özünə lazım olan hissəyə - tikilinin bağçaya düşən tərəfinə xərcləyir: “Biz tərəfin təmir pulunu isə cibinə qoyur, halbuki dövlət vəsaiti bütünlüklə binaya ayrılıb. Xanım müdir deyir ki, “özünüz yaşayırsınız, özünüz də evinizi təmir edin”. Bizim də imkanımız yoxdur”.
Məsələ ilə bağlı AYNA-ya açıqlama verən sözügedən bağçanın müdiri Rəhilə Fətullayevanın sözlərinə görə, bina ötən əsrin əvvəlində istismara verilib və artıq köhnə tikili kimi istismar müddəti bitdiyindən tez-tez təmirə ehtiyac duyulur: “Hər yer çat-çatdır. Binanın əsaslı təmirdən çox, yenidən tikilməsinə ehtiyac var. Binanın bir hissəsində bağça yerləşir, oranın dam örtüyünü yenicə təmir etdirmişik, hər tərəf yamaq olsa da, hələlik problem yoxdur”.
Şikayətçilərin iddiasına gəlincə, müdir deyib ki, həmin otaqların yalnız bir neçəsinin damında problem var: “Məcburi köçkün ailələrinin bir neçəsi öz hesabına tavanı təmir etdirmişdi, amma faydası yoxdur, çünki dam özü sıradan çıxıb, indi də mənlik heç nə yoxdur, zəhmət çəkib özləri təmir etsinlər. İldə üç dəfə siyahı hazırlayıram, imzalayıram, burada məskunlaşan məcburi köçkünlərlə bağlı ölçü götürülür. İcra hakimiyyətinin də xəbəri var vəziyyətdən. Onlar bir otaqda qala-qala toy ediblər, gəlin gətiriblər. Mən neyləyim axı? Onların sayı artıb, artıq onların evə ehtiyacı var”.
“Sözünüzdən belə çıxır ki, bu insanların ailə qurmaq hüququ yoxdur” sualına R.Fətullayeva belə münasibət bildirib: “Onların çoxalmağına görə mən məsuliyyət daşımıram. Bilirsiniz necədir? İstəsələr, orada özlərinə yaxşı şərait yaradarlar. Həm də hazırda şikayət edənlər özləri bu otaqları başqa bir məcburi köçkündən pulla alıb dəyişiblər. Ona görə də, orada yaşayanlarla hər hansı müqaviləm yoxdur, heç onlara görə məsuliyyət daşımıram. Bağça binası hazırda Dövlət Əmlak Komitəsinin balansındadır, açıq satışa, özəlləşdirilməyə çıxarılıb”.
Bağça müdirindən məcburi köçkünlərin yeni yaşayış evləri ilə təmin olunması ilə bağlı hansısa xəbərinin olub-olmadığını soruşduq. “Bu iş növbəli formada həyata keçirilir. Bizə “Qaçqınkom”dan deyirlər ki, “gözləyin”, biz də gözləyirik”.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (QMKİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev AYNA-ya deyib ki, Komitəyə ayrılmış vəsait daxilində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı kompakt yaşayış sahələrinin əsaslı təmiri nəzərdə tutulmur: “Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə elektrik naqillərinin təmiri və dəyişdirilməsi, dam örtüklərinin, sanitar qovşaqların təmiri kimi cari işlər həyata keçirilir”.
“Bağçalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007 və 2011-ci illərdə edilmiş əlavələrdə nəzərdə tutulub. Buna uyğun olaraq qeyd edilən obyektlərdə məskunlaşmış məcburi köçkünlərin mərhələli şəkildə yeni mənzillərə köçürülməsi məsələsinə baxılacaq”, - Mirzəyev əlavə edib.
İqtisadiyyat Nazirliyi nəzdində Əmlak Məsələləri Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə AYNA-ya bildirib ki, 86 saylı uşaq bağçası özəlləşdirmə üçün satışa çıxarılsa da, orada baş verənlərin, eləcə də təmir məsələlərin onlara heç bir dəxli yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|