Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                 

Ağstafa və Yevlaxdakı əməliyyat Ucarda keçirilərsə... - İTTİHAM
Tarix: 24-12-2019, 11:21 | Çap et
Ağstafa və Yevlaxdakı əməliyyat Ucarda keçirilərsə...
…”Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov: Cənab Prezident, … Siz qeyd etdiyiniz kimi, pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq.

Prezident İlham Əliyev: Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.

Mənsur Məmmədov: Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdı…məhsuldarlıq tam… pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və göstərir ki, gələcəkdə ….

Prezident İlham Əliyev: Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir…”

Bu sözlər dekabrın 19 da Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılıqla bağlı keçirilən müşavirədə səsləndirilib. Ölkə başçısının Ucar rayon İcra Hkimiyyətinin başçısı Mənsur Məmmədova tutduğu iradlar,bu rayonda baş verənlərə diqqəti bir az da artırmış oldu. Prezidentin tutarlı iradlarına, Ucar torpaqlarının xüsusiyyətinin bir qədər çətinlik yaratdığını bəhanə gətirən İcra başçısına, İlham Əliyev qonşu rayonda məhsuldarlğın yüksək olduğunu bildirməklə kifayətləndi. Yəni Yevlaxla Ucar torpaqlarını heç bir xüsusiyyət ayırmadığını və sadəcə işə səhlənkar yanaşma olduğunu İlham Əliyev açıq şəkildə Ucar rayon İcra Hkimiyyətinin başçısı Mənsur Məmmədova xatırlatdı.

Qeyd edək ki, elə həmin gün dövrü mətbuat Ağstafa rayon İcra Hakimiyyəti başçısının və müavininin Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunmaları barədə informasiyalar verdi. Bunun ardınca isə Yevlax rayon İcra Hakimiyyətinin keçmiş başçısının həbs edildiyi bildirilən məlumatlar yayıldı. Yüksək çinli məmurlarının külli miqdarda dövlət vəsitini talamaqda və rüşvətxorluqda ittiham olunaraq gözlənilmədən həbs olunmaları xəbəri təbii ki, ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı və hər şeyin ölkə başçısının nəzarətində olduğunu göstərdi. Heç kimin inanmaq istəmədəyi bu hadisədən sonra İcra Hakimiyyəti başçılarının təşvişə düşmələri barədə dolaşan məlumatlar da əsassız deyildi. Çünki Ağstafa və Yevlax rayonlarında baş verənlər bu gün ölkənin əksər rayonlarında da baş verməkdədir. Götürək elə cənab Prezidentin müşavirədə irad tutduğu Mənsur Məmmədovu və onun rəhbəri olduğu Ucar rayonunda bu gün baş verənləri.

Aktualinfo.org-un bir müddət öncə sözügedən rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər icra nümayəndəliyi tərəfindən elan olunmuş tenderlər yolu ilə dövlət vəsaitinin talanması hallarına yol verildildiyi barədə araşdırma yazılara rayon rəhbərliyi tərəfindən heç bir münasibət bildirilmədi. Qeyd edək ki dövrü mətbuata da Ucar rayonunda “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına bu il 540 nəfər, digər idarə və müəssisələrə isə 300 nəfərin işə qəbul olunduğu barədə rayon sakinləri tərəfindən şikayət olunmuşdu. Şikayətçilərin sözlərinə görə onlardan yalnız 30-40 nəfər havadarları olmayan, zəhmətkeş işçi hər gün Kommunal Müəssisələri Kombinatına işə çıxsa da, qalan 500 nəfəri işə çıxmayaraq hər ay aldıqları əmək haqqının 100 manatını vəzifəli şəxslərə haqq verirlər. Həttda həmin işçilərin əksəriyyətinin bir neçə aydır Azərbaycan respublikasından kənarda,Rusiyada və digər xarici ölkələrdə yaşadıqları barədə də məlumatlar yayılmışdı.

Ötən yazıda qeyd etdiyimiz kimi,Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər üzrə Ərazi İcra Nümayəndəliyi tərəfindən elan olunmuş, 20.11 2019- cu ildə keçirilmiş tenderin qalibi fiziki şəxs Qasımov Zakir Məhəmməd oğlu olub. Sözügedən şəxs icra Nümayəndəliyinin elan etdiyi əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 10421 AZN, əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 12 668 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 36 487 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 44406 AZN dövlət sifarişı alıb. Bu tenderlərdə məhz bir nəfərin qalib olması şübhələri də artırmış olur. Görəsən Zakir Qasımov deyilən bu şəxs rayonda İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova yaxındır,yoxsa Ərazi İcra Nümayəndəsi Abdulla İbrahimova?

Fiziki şəxs olan Qasımov Zakirin qalibi olduğu tenderlərin özü çox maraqlı tenderlərdir. Sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması. Bu ehtiyacı olanlar kimlərdir? Məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər hansılardır? İctimai işlərə cəlb edilmişlərə yumşaq inventarlar nə məqsədlə alınır kimi suallar çıxır ortaya . Elə Qasımov Zakirin özünün də kimliyi sual doğurur. Ust-üstə 100000 manatlıq tenderin qalibi olan bu şəxsin bu pullara həqiqətən də mal material, inventarlar alması və kimlərəsə verməsi də sual doğurur. Burada da Ağstafa və Yevlax rayonlarında olduğu kimi ictimai işlərə cəlb olunanların pullarını nağdlaşdırılaraq ya müavinlərin, ya da elə şəhər Ərazi İcra Nümayəndəsi Abdulla İbrahimovun əli ilə İcra başçısına çatdırılmadığına bu kim zəmanət verə bilər?

Ağstafa və Yevlax rayonlarında olduğu kimi bu gün Ucar rayonunda idarə-müəssisə rəhbərləri müxtəlif yollarla dövlət vəsaitlərini mənimsəməklə məşğuldurlar. Tender yolu ilə talan edilən milyonlarla dövlət vəsaiti rayonda bir neçə nəfər arasında bölüşdürülür ki, onların da başında məhz İcra Hakimiyyətinin başçısı dayanır. İcra başçısına yaxınlığı ilə tanınan Ucar şəhər İcra Nümayəndəsi Abdulla İbrahimov, rayon Kommunal Müəssisələr Kombinatının direktoru İsmayıl İsmayılov, Ucar rayon Maliyyə İdarəsinin rəisi Yusif Bəkirov, “DOST” İş Mərkəzi MMC-nin direktoru Niyazi Rəhimov bu baxımdan birincilər sırasındadır. Onu da qeyd edək ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına 540 nəfər şəxsin kimliyinin yoxlanılmadan adının işə yazılmasında Ucar rayon Məşğulluq Mərkəzinin böyük rolu var. Hansı ki, uzun müddət adı iş axtaran kimi Ucar rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan şəxslər işlə təmin olunmayb, ancaq adı iş axtaran kimi qeydiyyata alınmayan şəxslər bir zənglə dərhal işlə təmin olunublar. Belə faktlar çoxlu saydadır ki, yoxlanılmasına zərurət var”.

Göründüyü kimi Ucar rayonunda baş verənlərlə ötən həftə həbs edilmiş Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə,Yevlax rayonunun sabiq İcra başçısı Qoca Səmədovun gördüyü özbaşınalıqlar,korrupsiya əməlləri ilə eynilik təşkil edir. Ucar rayonunda da əhali bilərəkdən və ya dolayısı yollarla dövlətə və onun başçısına qarşı narazı salınır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru