Millət vəkilinə qarşı şok iddialar seriyası... - "Qara dosya"...
Tarix: 22-02-2016, 11:33 | Çap et
Azərbaycan mediasında ən çox adı hallanan oliqarx-deputat Rəfael Cəbrayılov cənablarıdır. Bu deputatımızın adı maliyyə fırıldaqlarından tutmuş, rüşvətlə deputat mandatına sahib olma, sahibkar xanıma pul atma, bir mənzili bir necə nəfərə satmaqla bağlı geniş spektrda hallanmışdır. Həyat yoldaşının erməni olması isə medianı dahada qızışdırmış və Hafiz Hacıyevdə öz iddialı çıxışları ilə ocağın üstünə bir qədərdə benzin tökərək dahada alışdırdı. Hətta üstündən bu qədər keçsədə Rəfail Cəbrayılovun adı E.Abdullayev işi ilə əlaqələri yada düşdü və Gülər Əhnmədovanın Elşad Abdullayevə Rəfail Cəbrayılovu necə deputat etmək istəməsi ritorikası qəzet və saytların səhifələrini bəzədi. Teref.info olaraq indi sizi media səhifələrində deputat Rəfael Cəbrayılov haqqında gedən seçmələrlə tanış edəcəyik. Onuda sizə bildirmək istəyirik ki, Şirvan şəhərindən deputat seçilən bu deputatı seçicilərindən kimdən soruşsaqda tanıyan adam demək olarki olmadı. Tanıyanlar isə onu ancaq seçki zamanı gördüklərini dedilər. Mətbuatdan "C. Həsənli kimi tarixçini tanımırlarsa bu, cəmiyyətin özünün günahıdır. Yenə də deyirəm mən tarixçi C.Həsənlinin vurğunuyam..." deyən deputat R. Cəbrayılov haqqında gedən seçmələri sizə təqdim edirik:
“.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirib ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin... Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...” Deyilənlərlə bağlı moderator.az-ın sorğusuna cavab verən R.Cəbrayılov E.Abdullayev mövzusunda danışmaq istəmədiyini bildirib: “Respublika Prokurorluğunda Elşad Abdullayevlə bağlı istintaq gedir. İstintaq Elşad Abdullayevin ictimailəşdirdiyi bütün məsələlərə aydınlıq gətirəcək. Buna görə də istintaqın nəticəsini gözləməliyik. Yalnız bundan sonra hansısa fikirlərə münasibət bildirmək olar”. Qeyd edək ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə pia.az saytı “Rafael Cəbrayılovun milyonluq mandatı” adlı material yaymışdı. Yazıda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu: “Rəfael Cəbrayılov deputat seçilmək üçün ”yuxarılara" 3 milyon manata yaxın pul ödəyib. Məlumatlı mənbə deyir ki, ilk əvvəl 1 milyon ödəyən iş adamı daha sonra mandatını tam qarantiyaya almaq üçün daha 2 milyon “tərləməli” olub. Bütün bu işlərdə isə ona Oqtay Əsədov himayədarlıq edib".musavat/com/ _______ Ən yüksək instansiyalara edilən şikayətlər bir zənglə yoluna qoyulacaq. Necə ki, xanım sahibkara yüz minlərlə manat "atan” millət vəkili Rafael Cəbrayılov və ortağı Mirəhməd Abbasova "gözün üstə qaşın var” deyən yoxdur.
Bu səbəbdən də "Məlahət” MMC firmasının direktoru Məlahət Qurbanova üzünü dövlət rəhbərliyinə tutaraq, onu müflis olma həddinə çatdıranlara gücünün çatmadığını, professional hüquqşünas olduğu halda hüququn belə bu özbaşınalıq qarşısında aciz qaldığını faktlarla çatdırıb.azerinfo.org/ ______ Amma Rəfail Cəbrayılovla bağlı başqa bir iddia da ortaya çıxıb. Əslində bu iddianın yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. JAM.AZ xəbər verir ki, hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər. Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini deymişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: "Rafael qalmışdı kənarda, bilmirdi nə etsin... Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...”
Qeyd edək ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə PİA.AZ saytı "Rafael Cəbrayılovun milyonluq mandatı” adlı material yaymışdı. Yazıda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu: "Rəfael Cəbrayılov deputat seçilmək üçün ”yuxarılara" 3 milyon manata yaxın pul ödəyib. Məlumatlı mənbə deyir ki, ilk əvvəl 1 milyon ödəyən iş adamı daha sonra mandatını tam qarantiyaya almaq üçün daha 2 milyon "tərləməli” olub. Bütün bu işlərdə isə ona Oqtay Əsədov himayədarlıq edib". JAM/az --------- Son zamanlar mətbuatın gündəmindən düşməyən Rafael Cəbrayılovla bağlı yeni məlumat əldə etmişik
Savash.org-a sızdırılan həmin məlumatda bildirilir ki, Rafael Cəbrayılov haqqında mediada səsləndirilən dələduzluq ittihamları ilə bağlı Prezident Adminstrasiyasına çağırılıb və ondan bu söhbətlərə birdəfəlik son qoymaq tələb olunub.
Deputat isə hüzuruna çağırıldığı PA rəsmisi qarşısında öhdəlik götürüb ki, məsələni tezliklə yoluna qoyacaq. Savas.orq/ ------- Deputat Rəfael Cəbrayılov "Dərhal” MMC işi ilə bağlı "günah keçisi” tapıb. Deputat şərikini qurban verir.
VİZUAL.az-ın əldə etdiyi xəbərə görə, ondan şikayət edən vətəndaşlara qarşı dələduzluğu ortağı Mirəhməd Abbasovun üzərinə qoymaqla Cəbrayılov yaxasını kənara çəkməyə çalışır. Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götürərək, bütün işləri deputatdan хəbərsiz gördüyünü "etiraf” edib. Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər. Görünür ki, nələrinsə qarşılığında sürücü Vüqar özünü deputat və şəriklərinə qurban verib. Hər halda sıradan bir sürücü bu boyda işin altına imza ata bilməzdi. Heç M.Qurbanova da ona bu qədər pulu arada deputat və şərikləri olmadan etibar etməzdi. Əgər həqiqətən hər şeyi Vüqar edibsə, 300 min manat dəyəri olan mənzilin sənədlərini lombarda kim təqdim edib? Sual rotirikdir. Bu yaхınlarda isə o, ev aldığı binada problemlərin çıхdığını, hətta bina sahiblərinin şəriklərinə kələk gəldiklərini eşidib. Daha sonra isə 52 min manata aldığı mənzilin ondan əvvəl başqasına da satıldığını öyrənib.
Çarəsiz qalan O.Hacıyev də Baş Prokurorluğa müraciət edib. Lakin onun da qarşısına sürücü Vüqar çıхıb. Nə təsadüfdürsə, yenə də Vüqar hər şeyi sahiblərindən хəbərsiz (!) gördüyünü bildirib.VİZUAL.az/ ---------- – Mən Rəfael Cəbrayılov kimi nə qadınları aldatmamışam, nə də onların pulunu yeməmişəm. Rəfael Cəbrayılov onu yaxşı bilməlidir. Rəfael Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunmalı və o hüquq mühafizə orqanları qarşısında cavab verməlidir. Sahibkarın pulunu yemək cinayətdir. Bunu ölkə prezidenti cənab İlham Əliyev də deyib. Bu gün R.Cəbrayılov özünü itiribsə, buna sevinirəm. Çünki R. Cəbrayılov Eldar Mahmudovla bir yerdə Azərbaycan dövlətinə qarşı çevriliş etmişdir. Hüquq mühafizə orqanları da bunu gözəl bilir. R. Cəbrayılov əlində olan pulu da ona verməklə canını qurtarmaq istəyir. Belə bir şey yoxdursa, gecə saatlarında R. Cəbrayılovun köməkçisi nədən mənə zəng edir, mesaj yazır? Onunla danışıq telefonumdadır. Bunların hamısını açıb, mətbuata bəlli edəcək və bildirəcəm ki, R. Cəbrayılov kimdir. Bu şəxsin keçmişi də mənə bəllidir. Səviyyəsi olmayan bir insandır. Özü də xalqı aldatmaqla məşğul olan bir adamdır. R. Cəbrayılov narahatdırsa, gedib xanım sahibkarın pulunu qaytarsın. Növbəti iş həftəsinin ilk günü hüquq mühafizə orqanlarına müraciət edəcəyəm. Bildiyimə görə, R. Cəbrayılovu rayon sakinləri xeyir və şər yerlərinə belə buraxmırlar. Bir neçə nəfər insan var ki, xalqımızın başına belə oyunlar açır. Ölkə prezidenti də onlara qarşı qəti mövqe ortaya qoyub deyə, narahatlıq keçirməyə başlayıblar. R. Cəbrayılovun vaxtilə Akif Covdarovla birgə gördükləri iş, ölkəmizin namuslu, qeyrətli xanımlarının başlarına açdıqları oyunların hamısı üzə çıxacaq. Hər halda R. Cəbrayılov burcutmasın. Etdiyi cinayətlərə görə cavab verəcək. Pis yerə gəlib axşamlayıb. O bilməlidir ki, Hafiz Hacıyevlə heç zaman bacara bilməyəcək. Aygün Kazımova bir qadındır. O deyib, mən də ona cavab vermişəm. Məndə olan məlumata görə R. Cəbrayılovun haylarla qohumluğu var. Haylar da bu gün çalışırlar ki, Azərbaycana təzyiq etmək üçün müəyyən işlər görsünlər. Amma buna nail ola bilməyəcəklər. Hər halda prezidentimizin də Hafiz Hacıyev kimi qardaşı var və sona qədər qardaşımın yolunda mübarizə aparacağam. R. Cəbrayılovun səviyyəsini bütün Azərbaycan xalqı bilir. – Onların bu gün Cəmil Həsənli və digər müxalif qüvvələrin yanında olmasını hamı bilir. Bu barədə sizdən də daha çox faktlara malikəm. Onlar fikirləşir ki, ölkədə bu gün neftin qiymətinin enməsi ilə hakimiyyəti onlara verəcəyik. Bu qətiyyən mümkün deyil. Eldar Mahmudovun dəstəsinin özü müxalifətlə birgə idi. Məndə Cəmil Həsənli ilə Rəfael Cəbrayılovun birgə yeyib-içmələrini əks etdirən şəkillər var. Bunlarla bağlı faktlar var ki, hamısı ortaya qoyulacaq. C. Həsənlini vurmağım bunlara yer edir. Klon mən deyiləm, Rəfael Cəbrayılovun özüdür və onun müdafiə etdiyi müxalifətdə olan insanlardır. İmkan verməyəcəyik ki, bu cür səviyyəsiz, özünü gədə yerinə qoyan, müxalifətə pul verən bir insan Azərbaycanda gəlsin nəsə etsin. MİA.AZ ------------- Erməni qohumluğu Elə həmin vaxtlarda o xəbər də yayıldı ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır. Maraqlıdır ki, deputat o zamanlar məhz iddialara tutarlı cavab verə bilmədiyi üçün zaman-zaman mətbuatdan qaçmağı üstün tutmuşdu. Biznesi qorumaq üçün “deputat qalxanı” Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur. Belə ki, cumhuriyyet.az media üzərindən araşdırmalar zamanı o məlumatı da əldə edib ki, Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib.cumhuriyyət.az/ ------- Rəfael Cəbrayılova Teref.info olaraq mediada gedən bütün bu iddialara cavab vermək haqqı tanıyırıq.Onun fikirlərini dinləməyə və saytımızda bu fikirlərə yer ayırmağa hazırıq!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|