"Şapka Mamed"in ölmüş toyuq biznesi... - İDDİA
Tarix: 13-04-2016, 11:39 | Çap et
Dünən redaksiyamıza yeni daxil olmuş məlumatda bir neçə gün bundan öncə “Şuraabad Quşçuluq” MMC-nin rəhbərliyi tərəfindən yol verilmiş ağlasığmaz hərəkətdən bəhs olunur. Etiraf edək ki, bu əməli necə adlandırmaq barədə çox düşünsək də, ağlımıza “cinayət” ifadəsindən daha münasib bir söz gəlmədi. Həm də birbaşa insanlığa qarşı işlənmiş bir cinayət. Hətta belə də demək olar ki, bu əməlin törədə biləcəyi ağır fəsadlar nəticəsində kütləvi şəkildə vətəndaşların həyat və sağlamlıqları da ciddi təhlükə altında qala bilər.
Məlum olduğu kimi, “Şuraabad Quşçuluq” MMC-nin sahibi Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri olan Məmməd Musayevdir. Müəssisənin direktoru isə, onun qardaşı, Hatəm Musayevdir. Qeyd edək ki, bu müəssisənin fəaliyyəti barədə əvvəllər də bizimdovr.az-a bir çox şikayət xarakterli məlumatlar daxil olub. Belə məlumatlarda ilk növbədə MMC-nin məhsullarının əksəriyyətinin kimyəvi dərmanlar hesabına bəslənib-böyüdüldüyü və müəssisədə bir sıra neqativ halların yaşandığı diqqət mərkəzinə gətirilir. Bu xüsusda müxtəlif mənbələr tərəfindən təqdim edilən açıqlamalarda bildirilir ki, “Şuraabad Quşçuluq” MMC-də artıq çoxdan qeyri-normal vəziyyət hökm sürür. İrəli sürülən iddialara görə, müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması hallarına geniş yer verilir. Bu barədə açıqlama verən mənbələr bildirirlər ki, fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən öldürülərək, doğranılır və digər toyuqlara yedizdirilir. Halbuki, baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yalnız yüksək temperaturda yandırdıqdan sonra, onların külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq, təkrar yem kimi istifadə etmək olar. Bu isə, onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir. Bundan başqa aldığımız bir çox açıqlamalarda MMC-də istehsal olunan toyuq əti məhsullarının keyfiyyət baxımından müasir standatlara cavab vermədiyi iddia olunur. Qeyd edək ki, bu gün əhali arasında da bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. Dünən bizimdovr.az-a daxil olmuş açıqlama isə, bütün bu sadalanan nöqsanları kölgədə qoyur. Bu barədə açıqlama verən mənbə iddia edir ki, aprel ayının 10-da “Şuraabad Quşçuluq” MMC-nin fermasında naməlum səbəbdən toyuqların kütləvi şəkildə qırılması baş vermişdir. Gözlənilmədən və olduqca qısa zaman kəsiyində baş vermiş bu hadisə nəticəsində çoxlu sayda toyuq məhv olmuşdur. Bu barədə məlumat alan MMC rəhbərliyi dəymiş maddi ziyanı minimuma endirmək üçün ağlasığmaz qərar qəbul etmişdir. İlk növbədə işçilərə ciddi şəkildə göstəriş verilmişdir ki, baş vermiş hadisə barədə məlumat müəssisədən kənara çıxarılmasın. Daha sonra, yenə də rəhbərliyin tapşırığı ilə, ölmüş quşların başları kəsilmiş və toyuqlar adi qaydada tüklərdən təmizlənib, qablaşdırılaraq satış mərkəzinə göndərilmişdir. Qeyd edək ki, Fuad adlı şəxsin rəhbərlik etdiyi bu satış mərkəzi Bakının Nərimanov rayonu ərazisində, məşhur “Çin restoranı”nın yaxınlığında yerləşir. Mənbə bildirir ki, “Şuraabad Quşçuluq” MMC-nin ölmüş toyuqları bu satış mərkəzindən marketlərə paylanıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|