"Mənim və oğlum Elxanın “erməni olduğu” barədə təsəvvür yaratmaqla"... - Yəhudi əsilli azərbaycanlıdan müraciət
Tarix: 3-05-2016, 11:11 | Çap et
Almaniyada yaşayan yəhudi əsilli Azərbaycan vətəndaşı, Azərbaycan Dağ Yəhudiləri İcmasının nümayəndəsi, 1937-ci il təvəllüdlü Marus Yevda qızı Axundova (qızlıq soyadı Mixaylova) Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, BMT-nin, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya müraciət edib.
M.Axundova müraciətin surətinin bir nüsxəsini Qafqaz Xəbər Agentliyinə göndərib. DİA.AZ olaraq müraciətin mətnini oxuculara təqdim edirik:
“Hörmətli Mehriban Əliyeva!
Siz hər zaman Azərbaycanda tolerantlıq və həmrəylik tərəfdarı olmusunuz. Azərbaycanda yaşayan milli azlıqlara, o cümlədən dağ yəhudilərinə qarşı olan isti münasibət haqqında dünyanın bir çox siyasətçiləri, ictimai xadimləri də danışıblar. Biz, Azərbaycanda doğulub boya başa çatan yəhudilər olaraq, daim bu qayğı və diqqəti dəyərləndirmiş, dünyanın hansı ölkəsinə getsək belə, vətənimiz Azərbaycanı unutmamışıq. Sizin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının yəhudilərə olan diqqət və qayğısı Azərbaycan-İsrail münasibətlərinə də müsbət təsir göstərib. Təsadüfi deyil ki, İsrailin siyasi rəhbərliyi də Azərbaycandan danışarkən, “qardaş ölkə” ifadəsini işlədirlər. Biz bu diqqət və səmimi münasibətə hər zaman layiq olmağa çalışırıq və bundan sonra da çalışacağıq.
Dövlət başçısı İlham Əliyev də hər zaman milli və dini azlıqlara qarşı ədalətli yanaşmanın tərəfdarı olub.
Eyni zamanda, Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, məmurlar bizneslə məşğul olmamalı, açıq və ya gizli şəkildə hər hansı sahibkara xüsusi himayədarlıq etməməlidir.
Lakin təəssüflər olsun ki, bəzi məmurlar, onların himayə etdiyi işbazlar və şəxsi mənfəətini milli maraqlardan üstün tutan məsuliyyətsiz jurnalistlər Sizin və Cənab Prezidentin daim qorumağa çalışdığınız bu birlik və həmrəyliyə kölgə salırlar. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində etnik qarşıdurma və diskriminasiya yaratmaqdan belə çəkinməyən, Azərbaycan-Ermənistan müharibəsindən sui-istifadə edən bəzi naqislər öz maraqları naminə müxtəlif təxribatlara əl atırlar.
Onlar öz maraqları naminə Azərbaycanı sevən, heç bir cinayətə və ölkəsinə qarşı xəyanətə imza atmayan şəxsləri “erməni əsilli” adlandırmağı belə özlərinə rəva görürlər.
Bu günlərdə, daha dəqiq desək, 28 aprel 2016-cı il tarixində “Gündəlik Teleqraf” MMC-yə daxil olan teleqraf.com, publika.az və axar.az saytlarında mənim və oğlum haqqında böhtan xarakterli məqalə dərc olundu, orda mən “Bakıdan Almaniyaya qaçan erməni” kimi qələmə verildim. Maraqlıdır ki, “Gündəlik Teleqraf”ın rəhbəri Aynur Camalqızı bu barədə ona sual verən Qafqaz Xəbər Agentliyinin jurnalistinə belə deyib: “Qoy bizi məhkəməyə versin, ondan qorxmuruq”.
Qeyd edim ki, Azərbaycan Dağ Yəhudiləri İcmasından da rəhbər şəxslər Qafqaz Xəbər Agentliyinin sorğusuna cavab olaraq, mənim əslən yəhudi olduğumu və Oğuz rayonundakı yəhudi qəsəbəsində doğulduğumu təsdiqləyiblər. Beləliklə, mənim haqqımda yazılan bu böhtanların bir məqsədi var: Cəmiyyətdə mənim və oğlum Elxanın “erməni olduğu” barədə təsəvvür yaratmaqla, mənzilimin qanunsuz mənimsənilməsinə haqq qazandırmaq.
Belə bir böhtan və haqsızlıqdan sonra, Sizə yazmağı qərara aldım.
Əzizim Mehriban xanım!
Artıq bir neçə ildir ki, övladlarımla birlikdə Almaniyada yaşayıram. Oğlum Elxan Yaşar oğlu Axundov Almaniyada daimi yaşayış icazəsi alaraq, burada sahibkarlıqla məşğuldur.
Oğlum Elxan Axundov 3 il bundan əvvəl ortaq tanışlar vasitəsi ilə əslən Qərbi Azərbaycandan olan, Gəncədə yaşamış Sidqi Abbasov adlı şəxslə tanış olub.
Sidqi Abbasovun Bakıda bir neçə yerdə, o cümlədən Mərkəzi Univermaqda (MUM) qızıl mağazaları, lombardları var.
O, mənim oğlum Elxana təklif etdi ki, Almaniyada birgə biznes açaq, avtomobil satışı ilə məşğul olaq. Birlikdə şirkət açıblar, həmin şirkətin əsasnamə kapitalı 25 min avro olub. Elxan və Sidqi 50 faiz pay şəriki sayılırdılar. Elxan Bakıya gələndə Sidqi oğlumu Konstitusiya Məhkəməsinin İşlər müdiri olan Akif Hümbətovla tanış edib. Sidqi oğluma özünün biznesdəki sərmayəsinin, o cümlədən Almaniyada işə qoyduğu pulun da Akifə məxsus olduğunu deyib.
Bir müddət sonra Elxana təcili pul lazım olub, Sidqidən 30 min manat borc istəyib. O, Elxana deyib ki, “məndə Akif müəllimin pulu var, pulu sənə faizlə, ipoteka müqaviləsi ilə verə bilər”. 2013-cü il iyunun 4-də bağlanan müqavilədə imza atan tərəflər mən – Marus Yevda qızı Axundova və Sidqinin əmisioğlu Abbasov Xaqani Mikayıl oğlu oldu. Girov olaraq mənim adıma olan, Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən, 53 saylı mənzili girov qoyuldu. Mənzilə baxmağa Konstitusiya Məhkəməsinin işlər müdiri Akif Hümbətov da şəxsən Sidqi ilə birlikdə gəlmişdi.
Mənzilin qiyməti 300 min manatdan çox olsa da, qiymətləndirmədə 35 min manat yazdılar. Borcun müddəti iki il olsa da, oğlum Elxan il yarım ərzində onun borcunu tam şəkildə ödədi, hətta 9 min faiz ödənişini də verdi. Şahidlərimiz və sübutlarımız da var. Sonuncu dəfə oğlumun dostu Olim aparıb ona pulu əlbəəl verib, deyib ki, gedək notariusda mənzili girovdan çıxaraq, o isə “qadın Azərbaycana gəlsin, özünün iştirakı lazımdır” deyə bəhanəylə boyun qaçırıb. Bir müddət sonra isə Almaniyadakı ortaqlığımız tutmadı, Sidqi oğlumdan xəbərsiz şirkətin nizamnamə kapitalını – 25 min avronu da götürdü, hələ mənzili də mənimsədi (Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarı ilə, hakim Etibar Zülfüqar oğlu Hümbətov). O, bizim iştirakımız olmadan Nəsimi Rayon Məhkəməsində məhkəmə açıb və öz xeyrinə qərar çıxarıb.
Mən 2016-cı ilin yanvar ayında Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayevin qəbulunda oldum, deputat Yevda Abramovla da görüşdüm. Həmçinin, Konstitusiya Məhkəməsinin işlər müdiri Akif Hümbətovla görüşmək üçün, onun işlədiyi qurumun binasına getdim, lakin məni içəri buraxmadılar.
Möhtərəm Xoşməramlı Səfir!
Yazıb Sizdən xahiş edirəm ki, cəmiyyətimizdə çaşqınlıq yaradan və günahsız insanlara böhtan atan bu şəxslərin cəzalandırılması, həmçinin mənim qanuni mənzilimin geri qaytarılması istiqamətində mənə yardım edəsiniz.
Son ümid yerim kimi, Sizin məni tək və köməksiz buraxmayacağınıza inanıram.
Hörmət və sevgilərlə Marus Yevda qızı Axundova”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|