Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                 

Hörmətli nazirimizin yəqin Göyçaydakı bu bazardan xəbəri yoxdur... - İTTİHAM VAR
Tarix: 10-05-2016, 12:10 | Çap et
Hörmətli nazirimizin yəqin Göyçaydakı bu bazardan xəbəri yoxdur...
Dəqiq məlumata görə tələbələrin təqaüd kartları direktorun evindəki seyfdə saxlanılır və hər ay Qulu Xəlilova yaxın adamlar Göyçayda və yaxın rayonlarda həmin kartlardan pul çıxarır.

Ölkə təhsilində rüşvətə qarşı aparılan mübarizə hələ ki problemin qarşısında acizdir. Xüsusən kolleclərdə rüşvət baş alıb gedir və bu açıq rüşvət bazarı rəzalətinə dur deyən yoxdur.

Ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən kollec və təhsil ocaqlarında rüşvət azalmaq əvəzinə çıxalmaqda davam edir. Belə bir təhsil ocaqlarından biridə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecidir.

AzFakt.com-a Göyçaydan daxil olan məlumata görə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində artıq imtahan bazarı açılıb. Öncədən qeyd edək ki, adı çəkilən təhsil ocağında 1000-dən yuxarı təhsil alan tələbə ilə bərabər, 100-ə yaxın müəllim işləyir. Direktor isə kollec yaranan gündən ona rəhbərlik edən Qulu Xəlilovdur.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci 11 ixtisaslar üzrə mütəxəsisslər hazırlayır. Bunlar, Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Hüquq mühafizə fəaliyyəti; Mühasibat uçotu; Maliyyə işi; Elektrik təchizatı; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Yol hərəkətinin təşkili; Aqrar (fermer) təsərrüfatının təşkili; Nəqliyyat vasitələrinin təmiri və servisi ixtisaslarıdır.

Qeyd edək ki, uzun illərdir mətbuatda Göyçayda fəaliyyət göstərən bu təhsil ocağındakı rüşvət və korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunsa da, vəziyyət dəyişmir. Çünki Qulu Xəlilov öz yerini o qədər möhkəm bərkidib ki, artıq kolecdə onu “əbədi” direktor ayaması ilə çağırırlar.

Adının çəkilməsini istəməyən bir qrup kollec tələbəsinin AzFakt.com-a göndərdiyi məlumatda qeyd olunur ki, təhsil ocağında artıq imtahan bazarı açılıb. Bu bazarın sahibi isə kollecin direktoru Qulu Xəlilovdur. Tələbələrdən aldığı rüşvət sayəsində özünə cah-cəlalı həyat quran Qulu Xəlilov, həmin pullar hesabına tez-tez özü haqqında bəzi media qurluşlarında tərif yazısı da yazdırır. Tələbələr yazırlar ki, “Qulu Xəlilov nə qədər özünü təriflətsə, özünün aydan arı, sudan duru olduğunu söləsə də, Göyçayda və Dövlət İdarəetmə və Texnologiya Kollecinin kollektivi onun necə rüşvətxor bir direktor olduğunu yaxşı bilir”. Kollec tələbələrinin verdiyi məlumatda bildirilir ki, artıq yay imtahanlarının başlama vaxtıdır və buna görədə Qulu Xəlilov dekanları, müəlimləri yeni qiymətlərə təlimatlandırıb. Bu yeni qiymətlər isə 250 manatdan 450 manat arasında dəyişir.

Məlumatlarda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava əsil əmtəə birjasını xatırladır. Əslində, bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı bazar forması alıb. Müxtəlif fənlər üzrə imtahan qiymətləri məhz müəllimlərin, “prinsipiallığı” və tələbələrin “qiymət öldürmək” bacarıqlarına müvafiq olaraq fərdi qaydada müəyyən edilir. Təbii ki, müəllimlərin “prinsipiallığı” dedik də onların təyin etdikləri ilkin qiymətlərdən aşağı düşməmək bacarıqları nəzərdə tutulur. İmtahanlarda uğursuzluğa düçar olan tələbələrdən hər kəsiri “düzəltmək” üçün 100 manat tələb olunur. Kollecdə tələbələrdən pul tələbi ildən-ilə yüksələn xətt üzrə artır.

Digər məlumatda qeyd olunur ki, bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda deyilir ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə məşğul olurlar. Aydın məsələdir ki, belə halda bu gənclərin əmək hüquqları da qorunmur. Bütün bunlar əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyəsinə çox böyük ziyan vurur.
Tələbələrə ayrılan təqaüd isə onlara çatmır. Çünki tələbələrin adlarına olan kartları direktor Qulu Xəlilov özündə saxlayır. Dəqiq məlumata görə tələbələrin təqaüd kartları direktorun evindəki seyfdə saxlanılır və hər ay Qulu Xəlilova yaxın adamlar Göyçayda və yaxın rayonlarda həmin kartlardan pul çıxarır. Sonra kartlar və pullar Qulu Xəliovun seyfinə qayıdır. Direktor tələbələrin təqaüdlərini açıq şəkildə mənimsəməsini də gizlətmir. Kollecdə hər kəs yaxşı bilir ki, Qulu Xəlilovdan təqaüd kartını tələb edən tələbə qısa müddətdə kollecdən qovulacaq. Azfak.com-u məlumatlandıran mənbə iddia edir ki, belə bir hal bir neçə dəfə təkrar olunduğuna görə artıq heç kim direktordan təqaüd kartını istəməyi içitndən belə keçirmir.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən bu cür onlarla qanunsuzluğa baxmayaraq Qulu Xəlilova 15 ildir ki, heç kəs “gözün üstündə qaşın var” demir. Çünki Qulu Xəliov illər ərzində yığdığı milyonların bir hissəini rayon icra hakimiyyətinə və Təhsil nazirliyinə dadızdırmağın yolunu yaxşı bilir. Elə məhz ona görədir ki, Göyçaya kim icra başçısı təyin edilirsə, ilk günü kabinetininq arşısında əlində hədiyyə, cibində paket bağlaması ilə Qulu Xəlilovu görürlər. Ağsaqqal vaxtında rayon icra başçısı və səlahiyyətli məmurları haqqında məclislərdə dayanmadan sağlıqlar deyən kollec direktoru əslində yaltaqlığın kitabını yazıb. Məhz bu cür xasiyyətinə görədə Təhsil nazirliyində tanınan və “seçilən” Qulu Xəlilov vəzifəsində uzun müddət qalmaq niyyətindədir.

Qeyd edək ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri kllecdə baş alıb gedən rüşvət sistemi və onlara rəhbərlik edən müəllimlərin siyahsını yaxın vaxtlarda saytımıza göndərəcklər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru