TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM
Tarix: 29-07-2020, 12:22 | Çap et
Məlum olduğu kimi,yanvar ayının 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb.Bununla bağlı Prezident İlham Əliyevin Fərmanına əsasən Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş,quruma tabe olan bir çox səhiyyə müəssisəsi yeni yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçirilmişdir.Lakin bu gün insanların bir çoxu hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyinə,hansıların isə “TƏBİB”-ə tabe olması barədə hələ də məlumatlı deyillər.Təbii ki,bunun əsas səbəbi,elə işlərini günün tələbləri səviyyəsində qura bilməyən səhiyyə müəssisələrinin özündədir.Ölkə başçısının verdiyi Fərmandan və Nazirlər Kabinetinin çıxardığı qərardan artıq xeyli müddət keçməsinə baxmayaraq TƏBİB -ə tabe olan səhiyyə müəssisələrinin böyük əksəriyyəti hələ də rəsmi blanklarında Səhiyyə Nazirliyinin müəssisəsi kimi göstərilir.İnsanlar arasında çaşqınlıq yaradan da məhz bu amillərdir.
Aşağıda adlarını çəkdiyimizin hamısı TƏBİB-in balansına verilmiş səhiyyə müəssisələridir.Lakin sözügedən müəssisələrin bir neçəsi istisna olmaqla,mühafizə xidmətinin təşkili ilə bağlı elan etdikləri tenderlərdə əksəriyyəti hələ də Səhiyyə Nazirliyinə tabeli qurum kimi göstərilir.Bu isə TƏBİB tərəfindən idarəetmənin zəif təşkil olunmasından xəbər verir.
Aktualinfo.org TƏBİB-ə tabeli səhiyyə müəssisələrində mühafizə xidmətinin təşkil olunması ilə bağlı elan olunmuş tender prosedurlarının keçirilməsində bir sıra suallar doğuracaq maraqlı məqamları araşdırıb.Belə ki, TƏBİB və Səhiyyə Nazirliyinə tabeli səhiyyə müəssisələri tərəfindən 10.10.2019-cu il tarixdən 28.07.2020-ci il tarixə qədər,yəni cəmi 10 ay ərzində aşağda göstərdiyimiz səhiyyə müəssisələrində mühfizə xidmətinin aparılması üçün “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına ümumi olaraqq 1 092 115 manat dövlət vəsaiti köçürülüb.Bu vəsaitlər tibb ocaqlarında mühafizə xidməti aparan şəxslərin aylıq əmək haqqına ayrılıb.Diqqətlə fikir verdikdə nələri görmüş oluruq. Məsələn,Respublika Neyrocərrahiyyə Xəstəxanasının 24 nəfər tərəfindən il ərzində mühafizə olunmasına 62503.32 manat,Azərbaycan Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutunun 2 nəfər tərəfindən mühafizə olunmasına da 62955.36 manat.Fərqə fikir verdinizmi?Qeyd edək sözügedən tibb məssisələrinin mühafizə xidmətindəndə çalışanların aylıq əmək haqqı 350 manat,uzağı 400 manatdır.Bəs bu qədər dövlət vəsaiti hara gedir?
İndi isə “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühafizə etdiyi səhiyyə müəssisələrini və onlara ayrılmış vəsaitləri diqqətinizə çatdırırıq.
“Respublika Neyrocərrahiyyə Xəstəxanası” Publik Hüquqi Şəxs tərəfindən 28.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 24 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62503.32 manat.
Azərbaycan Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu tərəfindən 27.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 2 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62955.36 manat
Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən 21.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 34900 manat.
Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən 17.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 7 Birləşmiş Şəhər Xəstəxanasında 11 nəfərin mühafizə xidmətlərinin göstərilməsinə iki tender yolu ilə 111756.62 və 160943.76 manat.
Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən 09.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 35000 manat.
“Şamaxı Müalicə Diaqnistika Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən 23.06.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 3 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62940.48 manat.
Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən 16.06.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 47925 manat.
Ə.Əliyev adına Azərbaaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən 31.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 47700 manat.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanası tərəfindən 30.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 12 nəfər mühafizə xidmətlərinin göstərilməsinə 62969.52 manat.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Zaqatala Müalicə Diaqnostika Mərkəzi (qurum TƏBİBƏ tabedir) tərəfindən 18.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 1 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62969.52 manat.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qəbələ Müalicə Diaqnostika Mərkəzi (qurum TƏBİBƏ tabedir) tərəfindən 12.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62941.2 manat.
“Bərdə Müalicə Diaqnistika Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən 01.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 10 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62969.52 manat
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax Müalicə Diaqnostika Mərkəzi (qurum TƏBİBƏ tabedir) tərəfindən 22.04.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində 1 nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 62962.44 manat.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 24.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 47640 manat.
“Sanator-Kurort Reabilitasiya Mərkəzi”Publik Hüquqi Şəxsi tərəfindən 19.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 49480.2 manat.
Uşaq Nevroloji Xəstəxanası tərəfindən 19.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 6416.66 manat.
Kliniki Tibb Mərkəzi tərəfindən 22.11.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 34920 manat.
“Sanator-Kurort Reabilitasiya Mərkəzi”Publik Hüquqi Şəxsi tərəfindən 10.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən il ərzində sayı açıqlanmayan nəfərin qurumda mühafizə xidmətlərinin göstərilməsinə 12250 manat
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyəti 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu,Zeynal Xəlil ev 14,nizamnamə kapitalı 10 manatdır.MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|