Qazaxda başçının adamı sakinlərin narazılığına səbəb olur - Şikayət var...
Tarix: 28-04-2015, 12:53 | Çap et
Redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda Qazax Rayon İcra Hakimiyyətinin Hüseynbəyli kəndi üzrə nümayəndəliyinin rəhbəri Əziz Əhmədovun fəaliyyətinə dair ciddi iradlar irəli sürülmüşdür. İlk növbədə aldığımız açıqlamalarda mənbələr Əziz Əhmədov tərəfindən ümumiyyətlə öz vəzifə borclarının yerinə yetirilməsinə son dərəcə məsuliyyətsiz yanaşma tərzinin nümayiş etdirildiyini iddia edirlər. Məlumatlarda kənd icra nümayəndəsinin davamlı olaraq törətdiyi özbaşnalıqlara dair müxtəlif faktlar öz əksini tapmışdır. Xatırladaq ki, bu məmurun yol verdiyi qanun pozuntularına dair əvvəllər də redaksiyamıza Hüseynbəyli kənd sakinlərindən çoxsaylı şikayət məktubları daxil olmuşdu. Belə məlumatlardan birində Əziz Əhmədovun bəzi digər məmurlarla cinayətkar işbirliyinə gələrək birgə törətdikləri maxinasiyalardan bəhs olunurdu. Bildirilirdi ki, bu “işbirliyinə” əsasən Hüseynbəyli kəndi ərazisində torpaqların qeyri-qanuni satışı həyata keçirilir. Həmçinin məlumatlara görə Əziz Əhmədov indinin özündə də Qazax Rayon İcra Hakimiyyətinin başçısının adından sui-istifadə edərək, bir çox ciddi qanun pozuntuları və vətəndaşların hüquqlarının tapdanması hallarına geniş yer verir, rayon rəhbərliyini isə biri digərini sığortalayan yalan məlumatlarla aldadır. Yeni aldığımız məlumatda isə Əziz Əhmədovun Hüseynbəyli kəndi ərazisində yerləşən uşaq bağçası ilə bağlı həyata keçirdiyi maxinasiyalardan bəhs olunur. Mənbə bildirir ki, bu yaxınlarda bağçanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonun daxili büdcəsindən Hüseynbəyli kənd icra nümayəndəliyinə müəyyən məbləğdə pul ayrılıb. Nəzərdə tutulub ki, həmin vəsaitlər hesabına bağçaya altı ədəd kompyuter və iki ədəd plazma televizor alınmalıdır. Lakin Əziz Əhmədov bu qənaətə gəlib ki, bağçanın tələbatlarının ödənilməsi üçün dörd ədəd kompyuter də kifayət edər. Digər iki kompyuter üçün ayrılan məbləğ isə icra nümayəndəsi tərəfindən mənimsənilib. Televizorlara gəlincə isə, iddialara görə Əziz Əhmədov dövlət pulları hesabına bağçanın deyil, öz evinin televizorlarını dəyişmək qərarına gəlib. Belə ki, bağçaya evdən iki ədəd köhnə televizor gətirib yerləşdirən icra nümayəndəsi, onların hər birinə görə 1000 manat məbləğində pul “silib”. Daha sonra məlumatda qeyd olunur ki, bağçaya alınan mebellərin və yataq ləvazimatlarının da aqibəti təxminən eyni olub. Yəni bu inventarlar bağça üçün alınsa da, öz ünvanına gəlib çatmadan naməlum şəxslərə satılıb. Bu yolla da ayrılan vəsaitlərin daha bir hissəsi nağdlaşdırılaraq mənimsənilib. Daha sonra aldığımız məlumatlarda oxşar maxinasiyaların Hüseynbəyli kənd orta məktəbində də törədildiyi bildirilir. Həm də maraq doğuran belə bir məqam diqqətə çatdırılır ki, bu məktəbin direktoru Mahirə xanım, Əziz Əhmədovun həyat yoldaşıdır. Həmçinin mənbə iddia edir ki, Hüseynbəyli kənd icra nümayəndəsi bir müddət əvvəl oğlu Pərvini ali təhsili olması barədə saxta diplomla təmin edərək, 3000 manat rüşvət vermək müqabilində onun Qazax rayonu Meşə mühafizəsi və bərpası müəssisəsinə işə qəbuluna nail olmuşdur. Digər bir məlumata görə isə, vəzifədə olduğu müddət ərzində Əziz Əhmədov həm hüquqi, həm də fiziki şəxslərdən müəyyən “vergilərin” yığılması üsullarına mükəmməl yiyələnib. Məsələn, bu gün Qazax RİH-nin Hüseynbəyli kəndi üzrə nümayəndəliyinə hər hansı bir arayış üçün müraciət edən vətəndaşlara ilk növbədə konkret qiymətlər əks olunan tariflər təqdim olunur. Məsələn, ailə tərkibini təsdiq edən 2 saylı forma arayışına görə Əziz müəllim sakindən 30 manat tələb edir. Əks halda bu arayışın verilməsi qeyri-müəyyən müddətə təxirə salınır. Eyni zamanda da məlumatlarda qeyd olunur ki, hər hansı arayış və ya digər sənədin alınması üçün müəyyən məbləği ödəməyə hazır olan vətəndaşlar belə öz məqsədlərinə bu tezliklə çata bilmirlər. Məsələ bundadır ki, hətta günün iş saatlarında da Əziz Əhmədovu öz iş yerində tapmaq olduqca müşkül məsələdir...
Materialda irəli sürülmüş ittihamlara dair qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\ bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|