“Neftqaztikinti” trestində göyə sovrulan milyonlar - İTTİHAM
Tarix: 21-05-2015, 14:40 | Çap et
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) aparıcı struktur vahidlərindən biri hesab olunan “Neftqaztikinti” (NQT) tresti Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidentinin müvafiq əmrilə “Azərdənizneftinşaat” və “Xəzərdənizneftqaztikinti” trestlərinin bazasında yaradılmışdır. NQT tresti neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərir. Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir. Lakin son vaxtlar NQT tresti daha çox fəaliyyətində müxtəlif neqativ halların yer alması ilə diqqəti cəlb etməkdədir. Hətta müəssisədə elə bir vəziyyət yaranıb ki, artıq trestin fəhlələrinin ARDNŞ-nin prezidentinə ünvanladıqları şikayət məktubları müxtəlif mətbu orqanlarının səhifələrində dərc olunur: “Hörmətli Rövnəq müəllim, məlumunuz olsun ki, trestin müdri Mirkazım Abbasovun, trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılovun, həmçinin trestin direktor müavini Hənif Qurbanovun başı özlərinin MMC-lərinə qarışıb, dərdimizi eşitmirlər...” Bu kimi ittihamlar NQT trestində vəziyyətin həqiqətən son dərəcə gərgin olduğuna aşkar dəlalət edir. ARDNŞ prezidentinə ünvanlanan şikayət məktublarında fəhlələr trestin rəhbərliyinə qarşı konkret ittihamlar irəli sürürlər: “Bu rəhbər işçilərə Siz etimad göstərmisiniz, amma onların buradakı fəaliyyətini görsəniz həbslərinə göstəriş verərsiniz. Mirkazım Abbasovdan soruşun, niyə bizimlə birlikdə yeməkxanada yemək yemir, özünə ayrıca yemək hazırlatdırır? Niyə biz neftçilər yatan kazarmada o da yatıb dincəlmir? Necə olur, bizim çıxardığımız neftin puluna şərik ola bilir, pullar qazana bilir, amma bizim adicə problemimizə şərik ola bilmir? Bir söz deyəndə də deyirlər ki, qəzetə yazın, Prezident İlham Əliyevə teleqram vurun. Bəs onda bu müdirlər dəstəsi Neft Daşlarında kimə lazımdır?” Öz problemlərinin həlli məqsədilə trestin rəhbərliyinə müraciət edən fəhlələr biganəlik və etinasızlıqla qarşılaşdıqlarını iddia edirlər: “Mirkazım Abbasov işçilərə açıq şəkildə deyibdir ki, bütün bu işlərin heç biri məndən asılı deyil, şirkətin vitse-prezidenti Mikayıl İsmayılovdan, bir də şirkətin prezidenti Rövnəq Abdullayevdən asılıdır, onların səlahiyyətlərindədir. İşçilər soruşub ki, axı siz özünüzdən asılı olanı edin, həmkarların sədri Elşad Cəbrayılova tapşırın, qərar qəbul etsin, tədbir görsün. Axı o, hansı günün həmkarıdır? Mirkazım Abbasov isə deyib ki, mənim bunlara əlim çatmır, vaxtım da yoxdur, gedin mətbuata müraciət edin. Biz də sonra məcbur olub, əlimiz hər yerdən üzüləndən sonra qəzetə müraciət etdik. Sonradan başa düşdük ki, Mirkazım Abbasov «haqlı imiş», həqiqətən də onun da, həmkarın sədrinin də, müavini Hənif Qurbanovun da biz neftçilərin problemlərinə diqqət ayırmağa vaxtı yoxdur. Çünki Mirkazım Abbasovun başı Qusardakı mülkünə, Bakıdakı restoranına və mağazasına, şirkətin «Qazixracı» İdarəsində tikintidən yaxşıca pul qazanan firmasına qarışıb, nəyinə lazımdır ölkənin neft çıxaranları acdır, ya toxdur. Eləcə trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılov. Bu adamın bizi görməyə gözü yoxdur. Bir söz deyəndə, deyir ki, Prezident İlham Əliyevə teleqram vurun, mənim şirkətə gücüm çatmır. Bu təxribat deyilmi? Çünki onun da gözü şirkətin «Qazixracı» İdarəsində tikintidən yaxşıca pul qazanan firmasına dikilib, yaxşıca pulunu qazanır, Qusarda da müdiri Mirkazım Abbasovla birlikdə villasında lazım olanda istirahət edirlər…”Təqdim olunan digər bir məlumata görə isə NQT trestinin fəaliyyətində mənimsəmə hallarının artmasına səbəb olan şəxslərdən biri də Yol Tikinti Təmir İdarəsinin (YTTİ) rəisi Əlimirzə Adıgözəlovdur. Qeyd edək ki, Əlimirzə Adıgözəlovun rəhbərlik etdiyi idarə Zığda, Neft Daşlarında, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə hər növ asfalt-beton istehsalı, həmçinin Neft Daşlarında, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi işləri ilə məşğul olur. Əlimirzə Adıgözəlovun həyata keçirdiyi qeyri-qanuni işlərdən məlumatlı olan mənbənin təqdim etdiyi açıqlamalar görə, Yol Tikinti Təmir İdarəsinin balansında olan texnikalardan necə gəldi istifadə olunur: “İdarə rəisi dövlətin büdcəsini elə bir formada dağıdır ki, bunu təsəvvür etmək mümkün deyil. NQT Trestinin ən böyük idarələrindən birinə başçılıq edən rəis vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcəyə ziyan vurur. İdarənin sərəncamında olan texnikalar üçün nəzərdə tutulan yanacaqlar birbaşa onun əli ilə silinir. Bəzi texnikalar var ki, onlar qeyri-işlək vəziyyətdədir, yəni istismar müddətini başa vurublar. İdarə rəhbəri isə həmin texnikaları sənəddə saz vəziyyətdə göstərərək yanacaq və ehtiyat hissələri alır. Həmin yanacaq və ehtiyat hissələri isə idarənin müxtəlif işçilərinin vasitəçiliyi ilə satılır. Təbii ki, əldə olunan gəlir rəisin özünə çatır. Müəssisənin balansında olan yollarda təmir-tikinti işləri aparılarkən ciddi yeyinti hallarına rast gəlinir. Əgər hansısa əraziyə beş maşın asfalt lazımdırsa, bunu iyirmi maşın yazıb bu yolla artıq gəlir əldə edirlər. Əlimirzə Adıgözəlov heç kimdən və heç nədən qorxub çəkinməyərəkmilyonlar qazanır. Texnikaların çoxu dizel yanacağı ilə işləyir. Rəis yanacağı satıb pulunu mənimsəyir. Bəzi texnikalar isə təyinatdan kənar istifadə olunur. İdarə rəhbəri həmin texnikaları müxtəlif şəxslərə icarəyə verərək əlavə gəlir qazanır...”Sonda bunu da qeyd edək ki, Neftqaztikinti Trestində olan mənbələrin iddiasına görə Mirkazım Abbasov ARDNŞ rəhbərliyində təmsil olunan bəzi şəxslərin himayəsinə güvənərək bütün bu qanunsuzluqlara rəvac verir. \\ bizimdovr \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|