SOCAR-da saxta order qalmaqalı böyüyür... - Şahverənovun verdiyi saxta orderlər...
Tarix: 14-08-2015, 12:16 | Çap et
Bir müddət bundan əvvəl redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Həsənov Vüsal Kamil oğlu ARDNŞ-in Mənzil kommunal xidmətləri departamentinin direktoru Namiq Şahverənovu öz vəzifə səlahiyyətlərini aşmaqda, saxtakarlığa yol verməkdə və Həsənovlar ailəsinin qanuni hüquqlarını pozmaqda ittiham etmişdi. Qeyd etmək istəyirik ki, araşdırmalar nəticəsində ərizədə təqdim olunan faktların öz təsdiqini tapmasına baxmayaraq, indiyədək nə Həsənovlar ailəsinin həlli öz həllini tapıb, nə də məsələni araşdıran Xətai rayon prokurorluğu tərəfindən Namiq Şahverənovun törətdiyi aşkar saxta karlıq əməlinə hüquqi qiymət verilməyib. Müvafiq instansiyaların diqqətini bu məsələyə cəlb etmək məqsədilə Vüsal Həsənovun ərizəsini bir daha qəzetimizdə dərc etmək qərarına gəldik. Ərizədə deyilir: “Yazıb sizə bildirirəm ki, mən, 2003-cü ildə Azərneftyağ neft emalı zavodunda iqtisadçı vəzifəsinə işə qəbul olmuşam. 2004-cü il noyabr ayının 22-də Azərneftyağ NEZ-in müdiriyyəti həmkarlar ittifaqının 47.1-saylı 04.06.2004 tarixli qərarına əsasən, ailəli işçi kimi, Əbilov qəsəbəsi 2930-cu keçid, ev 35 ünvanında yerləşən ailəvi yataqxanada 45 nömrəli, 2 otaqlı mənzili 37 №-li orderlə mənə verdilər. 2006-cı ildə Azərneftyağ NEZ-in balansında olan yaşayış və qeyri-yaşayış binalarını ARDNŞ-in Sosial inkişaf idarəsinin Mənzil komunal xidmətləri departamentinə təhvil verdi. 2011-ci il dekabrın 28-də Baş nazirin 4352 saylı sərəncamı ilə Sosial inkişaf idarəsinin Mənzil komunal xidmətləri departamenti ləğv olunaraq, onun balansında olan yaşayış və qeyri yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin balansına verildi. Sonradan mənə məlum olub ki, 28.12.2011-ci ildə ləğv olmuş idarə, mənim yaşadığım evə 19 mart 2012-ci ildə tarixi ilə order verib. Qeyd edim ki, 492 saylı order Səbinə Atayeva adlı bir qadına verilib...” Artıq qeyd olunduğu kimi, saxta orderin təqdim olunduğu Səbinə Atayevə ümumiyyətlə heç zaman “Azərneftyanacaq”da işləməyib. Bu xanımın şikayətçiyə məlum olan yeganə çalışdığı yer isə 143 saylı MİS-də xadimə olub. Bundan sonra ARDNŞ-in Sosial inkişaf idarəsinin Mənzil komunal xidmətləri departamentinin rəisi Natiq Şahverənov tərəfindən aşkar saxtakarlığa və qanun pozuntusuna yol verilməsi səbəbindən, Vüsal Həsənov da şikayət ərizəsi ilə Xətai rayon prokurorluğuna müraciət edib. İlkin olaraq bu ərizə əsasında araşdırma aparan məsul şəxs, prokurorun böyük köməkçisi Bəsti Məçiyevaya şikayətçiyə bildirib ki, onun ailəsinin istifadəsində olan mənzilə başqa ailəni qeydiyyata götürmək qanun pozuntusudur və cinayət tərkibli işdir. Lakin bir müddət sonra, naməlum səbəblərdən bu iş B.Məçiyevadan alınaraq prokurorluğun böyük müstəntiqi Mehman Hümbətova verilir. 06 fevral 2015-ci il tarixdə M.Hümməov şikayətçiyə məktub yazaraq bildirib ki, toplanan materiallar bu işdə cinayət tərkibinin olmadığını göstərib və bu səbəbdən də prokurorluq cinayət işi açmaqdan imtina edib. Çox maraqlıdır ki, prokurorluğun müstəntiqi məmur tərəfindən artıq ləğv olunmuş bir idarənin möhüründən istifadə olunmaqla, rəsmi sənədin, həm də demək olar ki, mülkiyyət hüququnu əsaslandıra biləcək bir sənədin verilməsini cinayət tərkibli əməl kimi qiymətləndirmir! Eyni zamanda da, Vüsal Həsənov iddia edir ki, Mehman Hümbətov bu işin Bəsti xanımdan alınaraq ona verilməsində özü təkid edib. Bundan sonra Vüsal Həsənov baş prokuror cənab Zakir Qaralova müraciət edərək xahiş edir ki, Mehman Hümbətovun verdiyi qərəzli qərar yenidən araşdırılsın. Baş prokurorluqdan müraciət baxılması üçün Bakı şəhər prokurorluğuna göndərilir. Bakı şəhər prokurorluğu bu işi Xətai rayon prokurorluğundan tələb edəndə isə, rayon prokurorluğundan Mehman Hümbətovun verdiyi qərarın ləğv olunduğunu və yenidən araşdırılması üçün müstəntiq Mahmud Mehdiyevə verildiyini bildirirlər. Lakin aradan artıq 4 aydan ra çox vaxtın keçməsinə baxmayaraq, hələ də Xətai rayon prokurorluğu Natıq Şahverənovun əməlinə hüquqi qiymət verməyə tələsmir. ARDNŞ-in Sosial inkişaf idarəsinin Mənzil kommunal xidmətləri departamentinin ləğvi və yaxud da mübahisə subyekti kimi çıxış edən yataqxana binasının onun balansından çıxarılma tarixi, habelə rəis Natıq Şahverənovun verdiyi orderin də yazılma tarixi müvafiq sənədlər üzərində açıq-aşkar əks olunsa da, Xətai rayon prokurorluğu orderin qanuni olub-olmadığını müəyyənləşdirməyə aylar sərf edir...Bu arada isə, məsələnin ictimailəşdirilməsi nəticəsində, KİV-də bəzi rəsmi şəxslər və hüquq müdafiəçiləri tərəfindən bu problemə münasibət bildirilib. Mətbuatda yayımlanan məlumatlara görə, Neft və qaz sənayesi işçiləri həmkarlar komitəsinin sosial şöbəsinin müdiri Ramin Əliyev Vüsal Həsənovun ailəsinin yaşadığı evə başqa order verməklə, sosial inkişaf idarəsinin qanunsuzluğa yol verdiyini bildirib. Həmçinin Bakı ŞİH-nin təmir və tikinti şöbəsinin müdiri Faiq Əliyevin sözlərinə görə, yataqxanalar ŞİH-nin balansına veriləndən sonra SOCAR-ın idarəsinin həmin yataqxanaya kimisə qeydiyyata almağa hüququ yoxdur. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, nəzərdən keçirdiyimiz vəziyyət SOCAR-ın sosial inkişaf idarəsi tərəfindən qanun pozuntusuna yol verildiyi heç də yeganə hal deyil...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|