Əhaliyə: Canınızı sevirsinizsə, buralardan uzaq durun... - Nazirliyə: Allahınızı sevirsinizə, buralara əncam edin
Tarix: 19-08-2015, 14:03 | Çap et
Artıq bir neçə müddətdir ki, redaksiyamıza ardıcıl daxil olan məlumatlarda paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovanın öz fəaliyyətində yol verdiyi saxtakarlıq hallarına dair konkret faktlar təqdim olunur. Bu xüsusda aldığımız açıqlamalarda 36 saylı poliklinikada yaranmış vəziyyətin həddindən artıq acınacaqlı olduğu bildirilir. Dolayısı ilə bu məlumatlar bir daha təsdiq etmiş olur ki, bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlara, Azərbaycan səhiyyəsinin beynəlxalq standartlar səviyyəsinə yaxınlaşmasına yönəldilmiş irimiqyaslı tədbirlərə rəğmən ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Həmçinin dövlətimiz tərəfindən bütün ölkə ərazisində mövcud səhiyyə müəssisələrinin daim yenilənməsinə və müasir tibb avadanlıqları ilə təchiz olunmasına yönəldilmiş əhəmiyyətli tədbirlər də heç də hər zaman gözlənilən effekti vermir. Bu isə, ilk növbədə ayrı-ayrılıqda götürülmüş tibb müəssisələrinə rəhbərliyin bir çox hallarda hələ də səriştəsiz kadrlar və korrupsioner məmurlar tərəfindən həyata keçirilməsi səbəbindən baş verir. Korrupsiya faktları isə, ilk növbədə dövlət tibb müəssisələrinə müraciət edən vətəndaşlara qarşı irəli sürülən pul tələblərində və müəssisənin tələbatlarının ödənilməsi üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilmə hallarında özünü büruzə verir. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, bu gün 36 saylı poliklinikaya müraciət edən vətəndaşlar da buranın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul verməyən xəstələr isə, nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Digər tərəfdən də qəsəbə sakinləri 36 saylı poliklinikanın rəhbərliyini saxta arayışların verilməsində ittiham edirlər. Bu xüsusda əldə etdiyimiz məlumatlarda vurğulanır ki, bu tibb müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. İddialara görə, poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta vurğulanır ki, məbləği bir qədər yüksəltməklə arayışların köhnə tarixlə qeydiyyata alınmasına da nail olmaq mümkündür. Eyni zamanda da, pul ödəmədikdə bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Aldığımız digər bir məlumatda isə Ramidə İbrahimovanın bəzi vətəndaşlara Tibbi Sosial Ekspert Komissiyalarına təqdim etmək üçün verdiyi əlillik barədə arayışın alınması üçün irəli sürülən tələblərdən bəhs edilir. Bildirilir ki, bir illik müddətə verilən belə arayışı almaq üçün baş həkimə “xəstə”nin şəxsiyyət vəsiqəsinin surətini və 250-300 manat civarında pul vermək kifayətdir. Bütün bu özbaşınalıqlara rəğmən, yerli sakinləri daha çox narahat edən məqamlardan biri də 36 saylı poliklinikada sanitar-gigiyena qaydalarına son dərəcə zəif əməl olunması ilə bağlıdır. Etiraf edək ki, tibb müəssisəsinə qarşı məhz bu kimi ittihamlarla biz özümüz də kifayət qədər nadir hallarda rastlaşırıq. Lakin mənbələr israrla iddia edirlər ki, poliklinikanın dəhlizində və bir çox kabinetlərdə təmizlik qaydalarına qətiyyən riayət olunmur, tibbi alətlərin sterilizasiyası lazımi qaydada həyata keçirilmir. Bildirilir ki, baş həkim Ramidə İbrahimova bu kimi nöqsanları aradan qaldırmaqdansa, yalnız yeni gəlir qaynaqları aşkarlayıb üzə çıxarmaqla məşğuldur.Təəssüflər olsun ki, 36 saylı poliklinikanın rəhbərliyi ona qarşı irəli sürülən ittihamlara münasibət bildirmək niyyətini qətiyyən büruzə vermir. Belə ki, bu günlərdə əməkdaşımız Ramidə İbrahimova ilə telefon əlaqəsi saxlasa da, baş həkim poliklinikada yaranmış vəziyyəti müzakirə etməkdən imtina etmişdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|