Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                 

“Yol İnşaatçısı” MMC-də fəhlə həyatı risqə atılır... - İTTİHAM VAR
Tarix: 12-02-2016, 11:54 | Çap et
“Yol İnşaatçısı” MMC-də fəhlə həyatı risqə atılır...
Bir müddət bundan əvvəl redaksiyamıza “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sifarişlərinin icrasına cəlb olunmuş “Yol İnşaatçısı” MMC-nin fəaliyyəti zamanı baş vermiş bir neçə bədbəxt hadisə barədə məlumatlar daxil olmuşdu. Həmin məlumatlar əsasında apardığımız araşdırmalar nəticəsində bəzi ilginc nəticələr əldə edə bilmişik. Xatırladaq ki, qəzetimizin 22.12.2015-ci il tarixli sayında artıq bu mövzuya dair ““Yol İnşaatçısı” MMC-də bədbəxt hadisə” sərlövhəli bir tənqidi material dərc olunmuşdu. Həmin yazıda biz göstərmişdik ki, “Yol İnşaatçısı” MMC keçmiş Bakı şəhəri baş yol təmir-tikinti trestinin tərkibindəki 3 saylı yol təmir-tikinti idarəsinin bazasında yaradılmışdır. Həmin vaxt 3 saylı YTTİ-nin müdiri vəzifəsində çalışmış Zahid Nuriyev bu gün də MMC-yə rəhbərlik edir. Həmin vaxt aldığımız məlumata görə, “Yol İnşaatçısı” MMC-nin Nardaran qəsəbəsində apardığı yol çəkilişi işlərinin gedişində məsuliyyətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində fəhlələrdən bir nəfəri dünyasını dəyişmişdir. Mənbə xəbər verirdi ki, hadisənin baş verməməsi üçün ən elementar təhlükəsizlik tədbirlərinin görülməsi belə yetərli ola bilərdi. Lakin təəssüflər olsun ki, rəhbərliyin sadəcə qazanc barədə düşündüyü müəssisələrdə bir çox hallarda bu kimi tədbirlərə işi kecikdirən amil kimi baxılır. Bu səhv baxışın nəticəsi isə, göründüyü kimi, çox ağır olur.
Lakin son apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Zahid Nuriyevin fəaliyyətini heç də sadəcə məsuliyyətsizlik kimi dəyərləndirmək olmaz. Ən azından, əgər söhbət bir il ərzində baş vermiş artıq üç ölüm hadisəsindən və onların gizlədilməsindən gedirsə, bu zaman sırf cinayət əməlindən bəhs olunmalıdır.
Bu hadisələrdən birincisi 2015-ci ilin mart ayının 22-də (bayram günü!) baş verib. Hadisə nəticəsində Baba adlı şəxs (Gürcüstan vətəndaşı) dünyasını dəyişib. Bundan dərhal sonra Zahid Nuriyev mərhumun meyidinin Gürcüstana, Faxralı kəndinə aparılmasını və orada dəfn olunmasını təmin edib.

İkinci hadisə yenə də ötən il baş verib. Bu dəfə artıq Sumqayıtda görülən işlər zamanı Süleyman adlı şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Yenə də Zahid Nuriyev mərhumun meyidinin Gürcüstana, Faxralı kəndinə göndərərək, orada dəfn etdirib.
Və nəhayət, bu ilin fevral ayının 7-də, “Yol İnşaatçısı” MMC-yə məxsus Balaxanı asfalt zavodunda Hümbətov Araz Musa oğlu (fəhlə) traktorun altında qalaraq, ağır xəsarətlər alıb. Zahid Nuriyev xəsarət alanı Sabunçu rayon xəstəxanasına aparsa da, Araz Hümbətov ora çatdırılanda artıq ölmüş olub. Meyid morqa verilib və pataloqoanatomik müayinədən keçirilib (yarılıb). Bundan sonra isə, yenə də eyni qaydada, Zahid Nuriyev mərhumun meyidinin Gürcüstana, Faxralı kəndinə aparılmasını və orada dəfn olunmasını təmin edib (Türklər demişkən, manyak bu ya!). Hətta Araz Hümbətovun meyidi ailəsinə belə verilməyib. Məsləyə aydınlıq gətirmək üçün “Yol İnşaatçısı” MMC-nin rəhbəri Zahid Nuriyevlə əlaqə saxlamaq istədik, amma bu mümkün olmadı. Müəssisənin baş mühəndisi Yunis Babayev isə, belə bir hadisənin baş vermədiyini bəyan etdi. Araşdırmamızın gedişində Sabunçu RİH-nin Balaxanı inzibati ərazi vahidi üzrə nümayəndəliyinə, Sabunçu Rayon İcra Hakimiyyətinə də müraciət etdik. Orada da hadisə barədə məlumatsız olduqlarını bildirdilər. Sabunçu RİH başçısının köməkçisi Müslüm müəllim isə məsləhət gördü ki, polis orqanlarına müraciət edək. Etdik. Balaxanıda zavodun yerləşdiyi ərazi üzrə sahə müvəkkili də hadisə barədə məlumatsız olduğunu bildirdi. Amma...
Amma məsələ bundadır ki, Sabunçu rayon xəstəxanasından deyilən faktı təkzib etmirlər. Əksinə, burda bizə bildirdilər ki, xəstəxananın morqunda meyidin qəbul edilməsini, yarılmasını və müayinənin nəticələrini təsdiqləyən sənədlər də tərtib olunub. Ola bilərmi ki, həkimlər bu fakt barədə polisi məlumatlandırmasınlar? Əlbəttə ki, ola bilməz. Bəs elə isə, bu məlumatlar hansı səbəbdən gizlədilir?
Digər tərəfdən isə, “Yol İnşaatçısı” MMC-də olan və təbii ki, adının açıqlanmasını istəməyən bir nəfər şahid deyir ki, bu gün müəssisədə çalışanların əksəriyyəti Zahid Nuriyevlə bu və ya digər formada qohumluq əlaqələri olan, Gürsüstanın Faxralı kəndindən gəlmiş və müəssisədə heç bir müqavilə bağlanmadan işlədilən insanlardır. Məhz buna görə də, MMC rəhbəri baş verən hadisələr barədə şikayətlərin olunmamasını asanlıqla təmin edə bilir. Faciələrin isə, birbaşa müəssisədə təhlükəsizlik qaydalarına qətiyyən əməl olunmaması səbəbindən baş verdiyi heç bir şübhə doğurmur.
Amma qayıdaq əsas məsələyə. Hadisə nəticəsində ölmüş insanların yaxınları şikayət etməyə bilərlər. Bəs ölkə qanunlarında belə vəziyyətlərdə hansı tədbirlərin görülməsi nəzərdə tutulub? Yəni polis orqanları ən azından AR CM-nin 162.2 (ehtiyyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə də cinayət işinin açılmasına əsas görməyiblər? Axı nə qədər də olmasa, bir ildə üç insan öz həyatını itirib. Bəs buna görə heç kim məsuliyyət daşımalı deyil..?
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək istərdik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16
"Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru