“Qara mühasibatlıq”dan belə xilas olmaq olar - MODEL
Tarix: 16-11-2019, 13:12 | Çap et
2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr) Azərbaycanda POS-terminalların sayı 1381 ədəd artaraq 64 min 777 ədədə çatıb.
İyun ayının sonunda POS-terminalların sayı 63 min 396 ədədədək düşmüşdü. Mərkəzi Bankın statistikasına əsasən, hələ də, ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 2018-ci ilin sonu ilə müqayisədə 1333 ədəd, 2015-ci ilin sonu ilə müqayisədə isə 15 min 524 ədəd azdır. 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı. Sonradan sahibkarlar POS-terminallardan imtina etməyə başlamışdılar.
Bu ildən Azərbaycan ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Müasir e-kassalar POS-terminal funksiyasını da yerinə yetirir. Hazırda sahibkarlar üçün təklif olunan yeni nəsil onlayn-kassalardan biri “AzurPos”dur. Bu qurğu kassa aparatı olmaqla bərabər, həm POS-terminal, həm də ödəniş terminalıdır. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nağdsız ödəniş göstəricilərində əvvəlki dövrlərlə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, bu dövr ərzində ölkədə Milli Ödəniş İnfrastrukturu vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 191 milyard manat, sayı 40 milyon ədəd təşkil edib. Əməliyyatların sayı üzrə göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44 faiz artıb. Azərbaycan Mərkəzi Bankının operatoru olduğu Hökumət Ödəniş Portalının (HÖP) əhatə dairəsi genişləndirilib, 1 437 bələdiyyə üzrə ödənişlərin qəbul edilməsi imkanı yaradılıb. Bununla da, əksər dövlət orqanları, kommunal xidmət müəssisələri, mobil rabitə operatorları, ali təhsil müəssisələri və s. qurumların 550-dən çox xidməti üzrə ödənişlərin portalın onlayn resurslarından, bankların elektron bankçılıq xidmətlərindən istifadə etməklə nağdsız qaydada aparmaq mümkündür. HÖP üzərindən bu dövrdə həyata keçirilən əməliyyatların həcmi 2,286 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur. Aparılan nağdsız əməliyyatların həcmi isə 3,4 dəfə artaraq 956 milyon manat olub. Cari ilin sentyabrın 30-na ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 16 faiz artaraq 1.2 milyon ədədi təmassız olmaqla 7,5 milyon ədəd təşkil edib. Təmassız kartların sayı 2,4 dəfə artıb.
Ölkə üzrə bankomatların sayı 2 654 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd çoxdur. Banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 65 153 ədəd olub ki, bunun da 27 530 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin ilk 9 ayı ilə müqayisədə təmassız POS-terminalların sayı 31 faiz (6 466 ədəd) artıb. Ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 28 faiz artaraq 15,535 milyard manat təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi isə 59 faiz artaraq 3,3 milyard manat (21%) olub.
Məlumat üçün bildirək ki, bu ilin oktyabr ayının əvvəlinədək ölkədəki iri ticarət mərkəzləri, şadlıq evləri, şəbəkə marketlər, yanacaqdoldurma məntəqələri avtomobil və mebel satışı mərkəzləri e-kassa sisteminə keçməli idilər. Bu iaşə obyektlərinin e-kassa sisteminə keçib-keçməməsi başa mövzudur. Amma reallıqda Azərbaycanda bu kimi obyektlərin sayının on minlərlə olduğunu nəzərə alsaq, POS-terminalların sayının 1381 ədəd olması zəif artım hesab olunur. O da bəllidir ki, bu gün ölkədə əmək müqaviləsi olmadan işləyənlərin sayı kifayət qədərdir. Maaşlarını kart vasitəsilə almayanlar buna görə də nağdsız ödəniş edə bilmir. Nəticədə nağdsız ödənişlə bağlı problemlər həllini tapmaqda gecikir.
Real mənzərəni təsəvvür etmək üçün nağdsız ödənişlər sahəsində əsas vasitələr olan POS-terminallar və bankomatların statistikası önəmlidir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. Bankomat isə bank kartlarından və istifadəçi kodlarından (PİN) istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır.
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, nağdsız ödənişlər sahəsində ləngimələr var:
“Hələlik ölkədə kifayət qədər insanlar müqaviləsiz, mövsümi müqaviləsiz iş yerlərində çalışır. Burada işsizliyin də sayını nəzərə almaq lazımdır. Bu gün Azərbaycanda işsizlik səviyyəsi ilə bağlı əks statistik məlumatlar verilir, ancaq reallıq başqadır. Bu göstəricələr nağdsız ödənişlərlə bağlı məsələsinin ləngiməsinə səbəb olan başlıca amildir. Ümumiyyətlə, bu sahədə dinamik inkişaf ləng getsə də, amma müşahidə olunur.
Nağdsız ödənişlərdə alış-veriş həcminin az olmasının əsas səbəbi bir çox bankların bu sahədə stimullaşdırıcı, həvəsləndirici proqramlarının olmamasından irəli gəlir. Söhbət nağdsız ödənişlərə müxtəlif bonusların, o cümlədən xərclənmiş kapitalın müəyyən bir hissəsinin müştəriyə qaytarılması kimi təkliflərdən gedir. Bu cür tətbiqlər vətəndaşlarda stimul yaradır, onları daha çox nağdsız ödənişlə alış-veriş etməyə sövq edir. Bu da öz növbəsində tədricən nağdı xidmət göstərən sferaların azalmasına gətirib çıxaracaq. Çünki rəqabət onu göstərəcək ki, insanlar daha çox nağdsız ödənişə üstünlük verir, buna görə də iaşə obyektləri, xidmət qumları məcbur olub POS-terminalların sayını artıracaqlar. Prosesin yubadılması əmək müqavilələrinin bağlanmaması, real işsizlik səviyyəsi kimi gizli iqtisadi amillər bu göstəriciləri tam inkişaf etdirməyə imkan vermir”.
İqtisadçı POS-terminalların sayının artmasına şəraitin yaradılmasının tərəfdarı olduğunu da vurğulayıb:
“Nə qədər ki, POS-terminallar qurulacaq, nə qədər ki, nağdsız ödənişlər olacaq, ölkə iqtisadiyyatının dövriyyəsi də bir o qədər artacaq. Həmçinin makroiqtisadi sabitlik olacaq. Gizli iqtisadiyyatla mübarizə metodlarından biri də nağdsız ödənişlərə keçiddir. Buna görə də POS-terminalların sayının dinamik olaraq artmasında maraqlı olmaq lazımdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|