"Hələ almadığım o 190 manatı sağdan sola, soldan sağa bölüşdürürəm..." - GİLEY
Tarix: 21-04-2020, 09:11 | Çap et
“Böyüklər birtəhər yola verir, ancaq 6 yaşında uşağı başa sala bilmirəm ki, çörək almağa pul yoxdu, əl tutan da yoxdur”. DİA.AZ bildirir ki, Binədəki Südçülük Sovxozunda yaşayan Mirəziz Ağayev yataq xəstəsidir. O, 11 nəfərlik ailənin karantin dövründə üzləşdiyi ağır durumdan danışır. Deyir, karantin dövrünədək iki oğlu orda-burda günəmuz fəhləlik edərək ailəni yaxşı-pis dolandırırmış. Ancaq hökumətin “hamı evdə qalsın” tələbindən sonra onlar da işsiz qalıb.
“İki oğlum günəmuzd işləyirdi, hər gün evə 10-15 manat gətirirdi, birtəhər dolanırdıq. Küçəyə çıxırlar, polis deyir, gir evə... Özüm yataq xəstəsi, həyat yoldaşım xəstə, 61 yaş mənimdir, 57 yaş onun... Heç birimizin yaşı pensiyaya düşmür, heç dünyanın düz vaxtı heç yerdə bizə iş olmayıb. Əvvəl yaşımıza baxıb iş verməyiblər, sonra da sağlamlığımıza... Evdə 6, 12 yaşında daha iki övladım var. Onlara görə də bidiyiniz kimi, dövlət uşaqpulu vermir. İki yekə oğlumu soxublar evə ki, karantindi, çıxmayın, cərimələyərik. Bir oğlum da hərbi xidmətdədir”, - Mirəziz Ağayev deyir.
Mirəziz Ağayev karantin dövründə birdəfəlik yardım kimi 190 manat üçün aidiyyəti quruma elektron müraciət edib, ancaq hələ də cavab almayıb: “Deyirlər, ailədən bir nəfər müraciət edə bilər, ikincisinə o pul ayrılmır. Mənim ailəm dediyim kimi, 11 nəfərdən ibarətdir. Hələ almadığım o 190 manatı sağdan sola, soldan sağa bölüşdürürəm, baxıram ki, çörəkdən başqa heç nəyə çatmır. Üstəlik də, hələ ətrafımda bircə nəfər də o pulu almayıb, mənim kimi gözləməkdədir. Veriləcək, verilməyəcək, bilmirik. Həyətdə parnik vardı, hissə-hissə sökdük, əvvəl örtüyünü satdıq, sonra da dəmir konstruktorlarını... Hökumət bizi evə soxandan elə həyətdəki dəmir-dümürü satıb dolanmışıq. Bir sözlə, karantin gəldi, parnik əldən getdi. Daha həyətdə də satmağa heç nə qalmayıb”.
Mirəziz Ağayev deyir, vaxtilə ona verilmiş və əkin işləriylə məşğul olduğu torpaq sahəsi əlindən alınmasaydı, bəlkə də böyük bir ailə indi bu əziyyətləri çəkməzdi: “Vaxtilə mənə çoxuşaqlı ailə başçısı kimi əkin işləri üçün torpaq sahəsi ayrılmışdı. Əkin işləri görüb, məhsulu satıb, dolanışığımızı təmin edirdim. Bir vəzifəli, pullu oğlan çıxdı ortalığa, icra hakimiyyəti ilə razılaşdı, bütün torpaqları əlimizdən alıb verdilər ona... Neçə-neçə ailənin mənim kimi əli torpaqdan kəsildi, insanlar aclığa məhkum oldu. Yoxsa indi durumumuz lap belə də pis olmazdı, heç olmasa evimizdə unumuz, qəndimiz olardı“.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|