“Asmet LTD” şirkətinin rəhbəri nədən istefa vermək zorunda qalıb? - "Rüşvəti çatdıra bilmədiyim üçün istefa vermək qərarına gəldim"
Tarix: 29-09-2014, 09:17 | Çap et
Bir müddət əvvəl əcnəbi vətəndaşın başına gələnlərlə bağlı redaksiyamıza məlumat daxil olmuşdu. Belə ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Bakıda avtomobil təmiri ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Taqavi Seyidrzanı Biləsuvar rayonu ərazisində zorla deportasiya edərkən əcnəbi vətəndaşı o qədər incidiblər ki, o, avtomobildən atılaraq özünü öldürmək istəmişdi. Və ciddi xəsarətlər almışdı. DMX-nin əməkdaşları bir gün sonra nəinki qanuna, ümumiyyətlə, insanlığa yaraşmayan addım ataraq ağır vəziyyətdə olan əcnəbini yenidən deportasiya etmək üçün Biləsuvara aparıblar. Və bu “əməliyyat”a DMX-nin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəis müavini Rövşən Səfərov başçılıq etmişdi. Bu gün isə DMX-nin qanunsuz əməlləri, məmur özbaşınalığı ilə bağlı başqa bir əcnəbi vətəndaş — Türkiyə Respublikasının vətəndaşı Mehmet Uğursevərlər Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edib. Yəni DMX-də baş verən qanunsuzluqlar artıq sistemli xarakter alır. Ona görə də problemə daha dərindən toxunmaq istəyirik. Azərbaycan Respublikası Prezdentinin təsdiq elədiyi “Dövlət Miqrasiya Proqramı”nda ölkəmizin miqrasiya siyasətinin əsasları mükəmməl şəkildə öz əksini tapıb. Ancaq buna baxmayaraq əcnəbi şəxslərlə, miqrantlarla bağlı problemlər azalmaq əvəzinə artmaqda davam edir. Əcnəbi iş adamlarının ölkəmizə gəlməsi, təkcə xarici kapitalın iqtisadiyyatımıza yatırılması, yeni iş yerlərinin açılması deyil. Bu həm də stabilliyin göstəricisidir və dövlətimizin müsbət imicinin formalaşmasında ciddi rol oynayır. Ancaq çox təəssüf ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) işini düzgün qura bilməməsi ciddi problemlər yaradır. Bu isə əcnəbi iş adamlarının narazılığına səbəb olur. Sözün düzü, DMX-nin rəhbərliyi dəyişəndə və Firudin Nəbiyev rəis təyin olunanda çoxu düşünürdü ki, vəziyyət müsbətə doğru dəyişəcək. Ancaq bu gözləntilər özünü doğrultmadı. Əksinə yeni rəhbərlik peşəkar kadrları işdən uzaqlaşdırmağa, öz savadsız “əlaltıları”nı iş başına gətirmyə başladı. Firudin Nəbiyevin “etimad” göstərdiyi şəxslərdən bir də onun “sağ əli” olan DMX -nin Miqrasiya Nəzarəti Baş İdarəsnin rəis müavini Rövşən Səfərovdur. Bütün əcnəbi iş adamları, miqrantlar Rövşən Səfərovun əlindən beziblər. Baş idarənin rəis müavini əcnəbi iş adamları ilə Xidmətin ofisindən kənarda, qeyri-rəsmi yerlərdə “konfidensial” görüşlər keçirir, onlarla sövdələşmələr aparır. Hər dəfə də xüsusi olaraq vurğulayır ki, mən Firudin müəllimin adından danışıram haa… İndi isə konkret olaraq Türkiyə vətəndaşının müraciətinə nəzər salaq. Türkiyə vətəndaşının dediyinə görə, Azərbaycan Dövlət Miqrasiya Xidməti onu ölkədən deportasiya eləmək istəyir. “Asmet LTD” şirkətinin keçmiş direktoru Mehmet Uğursevərlər qafqaznews.org-a bildirib ki, mən Dövlət Miqrasiya Xidmətindəki məmurların cinayətini ifşa elədiyim üçün mənə qarşı belə bir tədbir görürlər. Şikayətçi DMX-nin Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərovun qəbul etdiyi qərarı da bizə təqdim elədi.
Həmin qərarda göstərilir ki, “Asmet LTD” şirkətinin inzibati hüquqpozmaları ilə bağlı məsələyə 3 oktyabr 2014-cü il tarixdə baxılacaq. “Sizin “Asmet LTD”-yə nə aidiyyətiniz var” sualına şikayətçi belə cavab verdi: “ Beş il müddətində mən bu şirkətin direktoru olmuşam. Ancaq bu il Miqrasiya Xidmətinə rüşvəti çatdıra bilmədiyim üçün vəzifəmdən istefa vermək qərarına gəldim”. Mehmet Uğursevərlərin sözünə görə, şirkət hər il dövlət büdcəsinə müəyyən məbləğdə pul ödəyir: “ Bu məbləğ mənim Azərbaycanda yaşamağım və işləməyim üçün ödənilir. Ancaq bu qanuni məbləğdən başqa mən hər il Miqrasiya Xidmətinin əməkdaşı Əfrasim Aşurbəyova 1200 manat rüşvət verirdim.
DMX rəisi ona göstərilən etimadı doğrultmadı Ancaq bu il mən Aşurbəyovun tələb elədiyi pulu verə bilmədim. Ona görə də Miqrasiya Xidmətinin rəhbərliyi məni Azərbaycanda yaşamaq və işləmək hüququndan məhrum elədi. Ancaq məsələ bununla bitmədi. Miqrasiya Xidməti şirkətin özünü də cəzalandırmaq qərarına gəldi. Şikayətçinin sözünə görə, “Asmet LTD”-ni şəxsən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev cəzalandırıb. “Cəza nə ilə bağlı idi” sualına şirkətin keçmiş direktoru belə cavab verdi: “ Bir həftə əvvəl Xidmətin işçiləri birdən-birə “Asmet LTD”-nin Gəncə şəhərindəki ofisində yoxlamaya başladılar. Bu vaxt mən şirkətin ofisində idim. Mən şəkər xəstəsi olduğum üçün hər gün vaksinasiya elətdirirəm. Vaksinasiyanı şirkətdə işləyən həyat yoldaşım edir. Mən şirkətin ofisində olarkən Miqrasiya Xidmətinin əməkdaşları heç bir əsas olmadan məni saxladılar. Onlar məni şirkətin ofisində olmağımla bağlı rəsmi izahat yazmağa məcbur elədilər. Mən onların tələblərini yerinə yetirməyə məcbur oldum, ancaq yazdıqlarımı imzalamadım. Ona görə ki, mən yazdığım izahata Xidmətin əməkdaşları öz əlavələrini etmişdilər”.turrk DMX rəisi ona göstərilən etimadı doğrultmadı Türkiyə vətəndaşının sözlərinə görə, Dövlət Xidmətinin ona qoyduğu qadağaya baxmayaraq guya “Asmet LTD” şirkəti onun xidmətindən istifadə edir, ona görə də şirkət cəzalandırılır. Mehmet bəyin fikrincə, 3 oktyabr 2014-cü il tarixdə Miqrasiya Xidməti şirkəti cərimə edəcək. Türkiyə vətəndaşı qafqaznews.org saytı vasitəsilə öz ölkəsinin Azərbaycandakı səfiri cənab İsmail Alper Coşquna müraciət edərək onun hüquqlarını qorumağı xahiş edir. Biz deyilənlərə aydınlıq gətirmək üçün Əfrasim Aşurbəyovla əlaqə saxlamaq istəsək də, Xidmətdən bildirdilər ki, o, hazırda ölkə xaricindədir. Biz Türkiyə vətəndaşının şikayəti ilə bağlı Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə zəng elədik. Şöbənin əməkdaşı Fizuli (familiyasını deməkdən imtina etdi ) bizdən xahiş etdi ki, şikayəti Xidmətin ünvanına göndərək. O, bildirdi ki, biz araşdırma aparıb nəticə ilə bağlı sizə məlumat verəcəyik. “Biz nə vaxt cavab ala bilərik” sualına Xidmətin əməkdaşı belə cavab verdi: “ Mən deyə bilmərəm. Bu, araşdırmanın müddətindən asılı olacaq”. Redaksiyadan: Hər iki əcnəbinin başına gələnlər bir daha onu göstərir ki, söhbət hansısa əməkdaşın, yaxud idarə rəisinin qanunsuz hərəkətindən deyil, məhz DMX rəisi Firudin Nəbiyevin yerində olmamasından gedir. Həm də bütün əməkdaşlar açıq şəkildə bildirir ki, biz Firudin müəllimin adından danışırıq. Digər tərəfdən Türkiyə vətəndaşına göstərilən münasibət, Ulu Öndərin “Bir millət iki dövlət” şüarına nə dərəcədə uyğundur? Bəlkə, bu suala Firudin müəllim özü cavab versin?! \\ qafqaznews.org \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|