Bu rayonda rəsmən yaşıllıqların qəsdinə durublar... - İcra başçısı ilə müavini qanunları tanımır...
Tarix: 23-12-2014, 13:45 | Çap et
Ölkənin şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşən Ağstafa rayonunda "yaşıl soyqırım" səngimək bilmir. Əldə etdiyimiz məlumatlara görə, havaların soyuması ilə rayonun meşə massivlərində ağacların kütləvi şəkildə qırılması prosesinə start verilib.
Yerli əhali isə nadir və qiymətli ağac növlərinin məhv edilməsində Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyevi, habelə onun birinci müavini Ramiz Tatarovu günahkar bilirlər. Bu barədə bir qədər sonra. Məlumat üçün bildirək ki, Məhərrəm Quliyev 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Lənkəran rayonunun "Avrora" sovxozunda aqronom, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində mütəxəssis və müdir, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləyib. Prezidentin 01 iyul 2011-ci il tarixli sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Ağstafada meşələr talan edilir. Məlumatda bildirilir ki, bir zamanlar keçilməz olan Qarayazı meşələri artıq yoxa çıxmaq üzrədir: "Qarayazı meşələri tamamilə məhv olmaq təhlükəsi ilə üzləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yetkili şəxsləri, həmçinin aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları yaşıllıqların qəsdinə duran şəxslərə qarşı ciddi mübarizə tədbirləri aparsalar da, odun biznesmenləri qanunsuz əməllərindən geri çəkilmirlər. Ağstafada son illər meşələr vandalcasına məhv edilir. Rayon camaatı bununla bağlı müvafiq instansiyalara çoxsaylı müraciətlər edib, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. Məhərrəm Quliyev icra başçısı vəzifəsinə keçəndən sonra isə bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə Qarayazı meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. Qarayazı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi bu ağaclardan mebel sənayesində total şəkildə istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonda fəaliyyət göstərən sexlərdən ibarətdir". Qaynağımızın iddiasına əsasən, bu sexlər Ağstafanın icra başçısı Məhərrəm Quliyevlə müavini Ramiz Tatarova məxsusdur: "Həmin mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumşaq və bərk mebellər olan maddə üzrə bütün alqı-satqı işləri həmin sexlərin məhsulları hesabına reallaşdırılır. Bundan başqa, meşələri məhv edən şəxslər odunları rayon camaatına satırlar. Çünki Ağstafanın əksər kəndlərində vətəndaşların mavi yanacaqla təminatı olduqca bərbad vəziyyətdədir. Əhali qışda soyuqdan donmamaqdan ötrü əsasən odundan istifadə edir. Odun isə meşə massivlərinin qırılması hesabına əldə olunur. Rayonda bir maşın odunun qiyməti 600-800 manat arasında satılır. İcra başçısı Məhərrəm Quliyev və müavini Ramiz Tatarovun icazəsi olmadan heç kim ağacları məhv edə bilməz. Çox maraqlıdır ki, icra hakimi törətdiyi "yaşıl soyqırım"ı diqqətdən kənarda sazlamaq üçün rayonun bəzi mərkəzi hissələrində il ərzində bir neçə dəfə ağacəkmə kampaniyası həyata keçirir. Amma bu sırf görüntü yaratmaq naminə atılan addımdır. Əkilən ağaclara qulluq göstərilmir və onlar bir müddətdən sonra quruyub məhv olurlar". Meşə massivlərinin məhvində Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinin də əlinin olduğunu deyən mənbəmiz bildirdi ki, müəssisənin işçiləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər: "İskra deyilən və Kürün sağ sahilində yerləşən meşə zolağında acınacaqlı vəziyyət yaşanır. Müəssisə rəhbərliyinin "xeyir-duası" ilə burdakı yaşıllıqlar məhv edilir. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları "yaşıl soyqırım"ın qarşısını almırlar". Bunlar mənbənin bizə verdiyi məlumatlardır. Əlimizdə konkret faktlar olmadığı üçün Ağstafada meşələrin icra başçısı və müavini tərəfindən məhv edildiyini dəqiq deyə bilmərik. Amma ortaya bu barədə iddia atılıbsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, eləcə də rayonun aidiyyəti hüquq-mühafizə orqanlarının yetkililəri dərhal araşdırmalara başlamalıdır. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|